İmişlidə oyun mərkəzi yandı
Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İmişli rayonunda yanğın hadisəsi baş verib.
Adalet.az xəbər verir ki, hadisə rayonun mərkəzində yerləşən oyun mərkəzində qeydə alınıb.
Belə ki, ümumi sahəsi 240 kvadratmetr olan binanın ikinci mərtəbəsində başlayan alov anidən güclənib.
Hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb, binanın birinci mərtəbəsi həmçinin içərisində yerləşən oyun avadanlıqları mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

İmişlidə oyun mərkəzi yandı
14 Noyabr 2024 22:04
İmişlidə oyun mərkəzi yandı VİDEO
14 Noyabr 2024 21:46

