İmişlidə qanunsuz fəaliyyət göstərən 16 karxana müəyyən olunub
Icma.az, Tribuna portalına istinadən məlumat verir.
Tribunainfo.az-ın məlumatına görə, İmişlidə fəaliyyət göstərən “Bəhrəmtəpə-1”, “Bəhrəmtəpə-2” və “İmişli” qum-çınqıl yataqlarında istismar işləri aparan qum-çınqıl karxanalarında rayon İcra Hakimiyyəti tərəfindən monitorinq aparılıb.
Nəticədə 16 karxananın Torpaq Məcəlləsi və “Yerin təki haqqında” qanunun tələblərini pozaraq sənədləri olmadan əraziləri özbaşına zəbt etməklə qanunsuz fəaliyyət göstərdiyi müəyyənləşib.
Qanunsuz fəaliyyət göstərən karxanalar barədə tədbirlər görülməsi üçün İmişli Rayon İcra Hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, FHN-in Sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinə, Dövlət Su Ehtiyatları Agentliyinə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, İmişli Rayon Polis Şöbəsinə və İmişli Rayon Prokurorluğuna məktublar göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 14 Mart 2025 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















