Icma.az
close
up
RU
İmişlidə üç məktəblinin ölümü ilə nəticələnən ağır qəzaya görə hökm oxundu

İmişlidə üç məktəblinin ölümü ilə nəticələnən ağır qəzaya görə hökm oxundu

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Bu il yanvarın 18-də İmişli şəhərində “Mercedes-Beenz” markalı fərdi nəqliyyat vasitəsi və “BMW” markalı DYP avtomobilinin iştirakı ilə baş vermiş və 3 məktəblinin öldüyü qəzayla bağlı məhkəmə prosesi başa çatıb.

Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, İmişli rayon sakini 2008-ci il təvəllüdlü Bəylər Bayramlı 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məlum olub ki, 17 yaşlı yeniyetmə “Mercedes Benz 190” markalı avtomobili maşını idarə etmə hüququ olmadan sürüb. O, avtomobili İmişli şəhəri istiqamətində idarə edib “Əlillərin binası” adlanın yaşayış binasının qarşısında sola dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdəndən gələn DYP-nin xidməti avtomobilinə yol verməyərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsi ilə nəzərdə tutulan yol hərəkəti qaydasını pozub və nəticədə üç nəfər ölüb.

Bəyrlər Bayramlı hadisədən sonra avtomobildən düşərək ərazini tərk edib.

Təqsirləndirilən şəxs şəxs məhkəmədə ifadəsində bildirib ki, o, avtomobil idarə etməyə həvəsli olduğundan Yalavac kəndində yerləşən təndirxananın qarşısında dayısına məxsus “Mersedes-Benz” markalı avtomobili işə salaraq İmişli şəhəri istiqamətində hərəkət edib:

“Avtomobillə bir qədər hərəkət etdikdən sonra təndirxanaya qayıtmaq üçün “SOCAR” yanacaq doldurma mərkəzinin önündən dönüb qeri qayıtmaq istədim. Həmin vaxt təxminən 500-600 metr məsafədə yolun əks istiqamətindən avtomobilin Bəhramtəpə qəsəbəsi istiqamətində hərəkətdə olduğunu gördüm, avtomobilin uzaqda olduğunu düşünərək əks istiqamətə çıxdım və qəza baş verdi. Hadisədən sonra yol patrul xidməti avtomobilinin olduğu tərəfə qaçdım, amma onu halsız vəziyyətdə gördüm, uşaqların da cansız bədənlərini gördüyüm üçün qorxumdan hadisə yerindən qaçdım. Sonra dayıma zəng edib qəza törətdiyimi dedim. Dayım da məni Polis şöbəsinə gətirib təslim etdi. İkinci dəfə idi avtomobil idarə edirdim. Törətdiyim əməldən peşmanam”.

Məhkəmədə şahid qismində dindirilmiş DYP əməkdaşı isə hadisənin nəticələri barədə hospitalda məlumat aldığını bildirib:

“Hadisə günü xidməti avtomobili ilə ərazidə təyin olunmuş marşrut üzrə hərəkət edərkən Bayram Bəylərlinin idarə etdiyi avtomobil qəfildən qarşıma çıxdı, nəticədə toqquşma baş verdi. Qəza nəticəsində huşumu itirdim. Hadisənin nəticələri barədə hospitalda oyandıqdan sonra məlumatım oldu. Hadisə baş verən gün patrul xidmətini həyata keçirirdim. Yol Avtomobili idarə edərkən həm işıq, həm də səs siqnallarını işə salmışdım. Avtomobili təxminən 60-70 km/saat sürətlə idarə edirdim”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Noyabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri