Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

İmkan vermirik ki, Azərbaycan kinosu geriləsin

İmkan vermirik ki, Azərbaycan kinosu geriləsin

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müsahibimiz gənc rejissor Elvin Rüstəmzadədir. O, "Vətəndaş A", "Simurq", "İfşa-Çətin hədəf", "Dalan", "Otel Loo" kimi film və seriallara quruluş verib.

Elvin Rüstəmzadə ilə söhbəti təqdim edirik.

- Elvin bəy, ilk işiniz olan "Dalan" filmini çox gənc yaşınızda ərsəyə gətirmisiniz. Kollektivdə özünüzə qarşı inamı necə yaratdınız?

- 24 yaşımda peşəkar fəaliyyətimə başlasam da, bu sahə üzrə təhsilim, təcrübəm var idi. Sonra belə bir təklif gəldi. Mənə inananlar var idi. Mən özüm də bütün heyəti inandırdım. Beləcə, ilk tammetrajlı filmimi çəkdim. "Dalan" filmi tək mənim yox, bir çox aktyorların da rol aldığı ilk tammetrajlı film idi. Film kifayət qədər marağa səbəb oldu. Ondan əvvəl xırda işlərim olmuşdu, onları artıq saymıram.

- Kino sahəsində belə bir anlayış formalaşıb ki, tamaşaçı daha çox komediya janrına maraq göstərir. Komediya janrında olan "Otel Loo" filminizi bu fikrə əsasənmi ərsəyə gətirdiniz?

- Mən bu fikirlə razı deyiləm. "Vətəndaş A", "Əqrəb mövsümü" serialları komediya janrında deyil. Amma kifayət qədər tamaşaçı rəğbəti qazanmış işlərdir. Kinoteatrda yayımlanan "Tağıyev- Neft" filmi də komediya janrında olmamasına baxmayaraq, izləyici sevgisi qazandı. Yəni əsas janr deyil, keyfiyyətdir. Düzdür, 2011-ci ildən başlayaraq kinoteatrlarda komediya janrı ilə canlanma oldu, davamlı şəkildə bu janra üstünlük verildi deyə tamaşaçı bunu gördü və buna öyrəşdi. Amma artıq gedişat dəyişir. İndi dram janrına, eləcə də başqa janrlara da üstünlük verilir. Hələ təzədir, öyrəşdirmək lazımdır. Gözləməyin ki, bu dəqiqə hansısa dram və ya başqa janrda olan filmlər kinoteatrda yayımlansın və komediya janrında olan film qədər izləyici sayı toplasın. "Otel Loo"ya gəldikdə isə yaxşı film alındı. Bunu tək mən yox, çoxları deyir. Amma elə böyük kassa yığmadı. Açığı, biz "Otel Loo"nun piar işlərini lazımınca qura bilmədik. Bir sözlə, dayanmaq lazım deyil, cəhd etmək lazımdır. El dilində desəm, dirəşmək lazımdır. Tamaşaçı istənilən mövzuya açıqdır, sadəcə həmin mövzu keyfiyyətli və inandırıcı təqdim olunmalıdır. Dram janrında olan türk filmlərini bizim tamaşaçı gedir izləyir, deməli, bizdə də yaxşı film çəkilsə, izlənər.

- Hansı stereotipləri qırmaq istəyərsiniz?

- Elə biri ancaq komediya janrına müraciət məsələsi. Bu stereotipi qıra bilsək, çox yaxşı şeylər olacaq. Prodüserə fərqli janrda olan filmlə müraciət edirsən, razılaşmır, deyir, yox, camaat ancaq komediya janrına maraq göstərir. Təbii ki, cəsarətli prodüserlər də var. Nəticə etibarilə kino biznesdir. O adam da pul qoyur, istəyir ki, yaxşı gəlir götürsün, riskə getmək istəmir. Amma düşünürəm ki, riskə getmək lazımdır. Stereotiplərdən birini sındırmışıq artıq. Bir müddət dedilər ki, bizimkilər serial, film çəkə bilmirlər. Həm yutubu, həm kinoteatrları, həm də televiziyanı nəzərə alsaq, görərik ki, yerli məhsullarımız artıq izlənir. Deməli, o məsələ artıq keçmişdə qaldı. Artıq tamaşaçı qəbul edib ki, biz yaxşı film çəkə bilirik. Sadəcə tətikdə dayanıb ki, görüm kim nə çəkir. Vəssalam.

- Çoxları Azərbaycan kinosunun mənfi tərəflərindən danışır, gəlin sizlə müsbət tərəflərinə baxaq.

- İnsanlarımızın bəzilərində artığını istəmək var. 5-6 il bundan əvvələ kimi heç nə çəkilmirdi. Filmləri ancaq kinostudiya istehsal edirdi. Amma sonra özəl sektor inkişaf etdi, seriallar, filmlər çəkilməyə başladı. Özəl sektorun inkişafı ilə teatrda işləyən aktyorlarımızın çoxunun əlavə qazanc yerləri oldu, gün üzünə çıxdılar, ekran sayəsində parladılar, xalq onları daha yaxından tanıdı. İndinin özündə də serial və filmlərimiz çəkilir və biz orda çalışırıq, özümüzü daha çox inkişaf elətdiririk. Həm də imkan vermirik ki, Azərbaycan kinosu geriləsin.

- Bir çox rejissor və prodüserlər filminin televiziyada yayımlanmasına qarşıdır. Bunun əsas səbəbi nədir?

- Belə deyim, əgər mən bir film çəkmişəmsə və onun kinoteatr həyatı uğursuz olubsa, onu öncə hansısa xarici ölkəyə satmağa çalışaram. Rejissorları və prodüserləri yaxşı anlayıram, onlar xeyli əmək və pul xərcləyirlər. Əvvəlcə gözləmə mövqeyində dayanırlar, filmi sata bilmək üçün müəyyən əlaqələr qurmağa çalışırlar. Əgər filmi televiziyaya və yutuba qoyub daha sonra satmaq istəsələr, bu, yəqin ki, alınmaz. Çoxu buna görə əlindəki filmi saxlayır. Bəzilərinin isə başqa yanaşması var. Tamaşaçıya deyir ki, sənin film haqqında məlumatın var, baxmaq istəyirsən, amma baxmamısan. Biz filmi kinoteatra verək, sən bax, həm biz qazanaq, həm kinoteatrlar aktiv olsun, həm də kino bazarı daha yaxşı inkişaf eləsin. Ona görə mən çəkilən filmlərin yutubda paylaşılmağının tərəfdarı deyiləm. Çünki həmin filmin büdcəsi yutubda paylaşılan filmin büdcəsindən çox olur. İstər-istəməz bu adamların öz əziyyətlərinə heyifləri gəlir. Təbii ki, sonra filmi xarici bazarda sata bilməyəndə, hansısa çıxış yolu tapa bilməyəndə əvvəl-axır ya yutuba, ya da pullu platformaların birinə yükləyirik. Necə ki "Otel Loo" hazırda "Metafilx"dədir. Yəqin ki, bu gün, sabah da yutuba yerləşdiriləcək.

- Rejissoru olduğunuz "Vətəndaş A" serialı həm müsbət, həm mənfi mənada səs-küyə səbəb oldu. Amma bəzi tənqidçilərin fikrincə, filmdə qaldırılan problemlər yersiz şişirdilmişdi, həmin problemləri bar-bar bağırmaq əvəzinə, sətiraltı göstərmək daha məqsədəuyğun olardı.

- Orada toxunulan məsələlərdən biri erkən nikah idi. Bu da sosial problemlərimizdən biridir. Bəzi adamlar tərəfindən qınanıldı, hətta bəziləri yazmışdılar ki, elə şey var Azərbaycanda?

- Belə deyim, onların dediyinə görə, statistika onu göstərir ki, artıq Azərbaycanda erkən nikah problemi həll olunmaqdadır.

- Mən də onu deyəcəkdim. Sizin dediyiniz kimi olsun, tutalım, bu problem bizə yaddır. Bəs keçən ayların birində baş verən, rayonlarımızdan birində 13 yaşlı qızın evləndirilməsinə nə deyirsiniz? Ümid edirəm, irad tutan şəxslər həmin o xəbəri gördülər. "Vətəndaş A" serialında erkən nikah məsələsinə ötəri toxunulmuşdu, amma bir az da təbliğat aparmaq, maarifləndirmək lazımdır. Biz serialı çəkdik, tənqid etdik, üstündən təxmini bir il keçdi, həmin hadisə baş verdi. Hələ bu, bildiklərimizdir, əyalətlərdə bizim bilmədiyimiz o qədər belə hadisələr baş verir ki. Biz də cəmiyyəti müşahidə edib bu ssenariləri yazıb, çəkirik. Özümüzdən uydurmuruq ki. "Vətəndaş A" sosial dramdır, orada toxunulan məsələlərin çoxu da təəssüf ki, baş vermiş, yaşanan hadisələrdir. Ona görə də sosial məsələlərə gələcək işlərimdə də müraciət etməyi düşünürəm. Qeyd edim ki, serialın ssenari müəllifi Asiman Ağa Rövşəndir.

- Çəkilişləri apardığınız kənddə də əhalinin sərt reaksiyası ilə qarşılaşmısınız.

- Azyaşlı qızın evləndirilməsi səhnəsini çəkəndə bir də gördük ki, bir xanım kənardan bizə baxıb kövrəldi. Nə baş verdiyini soruşduq. Dedi, mən burada öz taleyimi gördüm: "Məni də erkən yaşda evləndirmişdilər, siz elə bil mənim həyatımı çəkirsiniz. Bu, məni keçmişə apardı, pis təsir elədi".

Sərt reaksiya məsələsinə gəldikdə biz ora şəhərdən getmişdik, onlar da kənd insanları. Haradasa yaşam tərzlərimiz bir qədər fərqli idi. Müəyyən uyuşmazlıqlar var idi, bunu çox yerdə demişik. Bəziləri davaya meyilli idilər. Aydın məsələdir ki, mentalitetin hökm sürdüyü bir kənd idi, amma zamanla bir-birimizə uyğunlaşa bildik, "hamımız azərbaycanlıyıq" prinsipi ilə işimizi yekunlaşdırdıq.

- Gənc rejissorlarımızın bir çoxu festival filmlərinə daha çox can atırlar. Siz necə?

- Açığı, hər hansı festivalda iştirak etməmişəm, bu haqda da ətraflı düşünməmişəm, amma yəqin ki, nə zamansa festival üçün də film çəkərəm. Festival məsələsinə yanaşmam bir az fərqlidir. Bizim ölkədə kino sektoru o qədər də güclü deyil və tamaşaçılarımızın yaxşı məhsullara ehtiyacı var. Onlar kinomuzu izləməlidir, artım baş verməlidir. Öz kino sənayemiz daha da qloballaşıb böyüməlidir. Bu mövzu mənim daha çox qayğılı yerimdir. Əsas odur ki, burada, bu ölkənin sərhədləri daxilində insanlar mənim məhsullarımı izləsinlər, həm də təkcə mənim yox, digər həmkarlarımın da. Rejissoruluq həm çətin, həm də maraqlı peşədir. Variantlar çoxdur. Biri platforma üçün çəkir, biri kanallar üçün çəkir, biri yutub üçün çəkir. "Yol ancaq festival yoludur" məsələsinə mən isti baxmıram. Həm də ki, festivala film çəkmək asan deyil, yaxşı əlaqələr qurmalısan, vaxt aparan məsələdir. Amma bizi festivallarda yüksək səviyyədə təmsil edən həmkarlarımıza da alqış düşür. Onlara da böyük ehtiyac var, nəticədə bizim ölkənin adıdır. Bizim üçün qürurlu məsələdir. Söhbət festivallarda keyfiyyətli filmləri ilə Azərbaycanı təmsil edən rejissorlardan gedir. Yoxsa elə yerindən duran, adını bilmədiyimiz festivallara film göndərir, gəlir orda-burda da danışır ki, filan festivalda iştirak etmişəm.

- Gördüyünüz işlərdə qarşılaşdığınız hansı ortaq problemlər var?

- Həmişə dəyişilməz çətinlik olur, onlardan biri də maddi çətinlikdir. Rejissor bilir ki, əlindəki materialı keyfiyyətli şəkildə hansı məbləğə çəkmək olar. Gedirsən, ağlındakı məbləği deyirsən. İndiyə qədər görməmişəm ki, biri deyə, 50 min də üstünə qoyuram, təxəyyülündəkindən də daha yaxşısını çək. Həmişə qiymətlər aşağı düşülüb, amma çox yaxşı iş istənilib. Onda da azərbaycanlı variantına gedilir. Əşi, dostuq, qardaşıq, gəl, bu qiymətə razılaş. Belə-belə, qoymuruq ki, ağac qurusun. Biz böyük şirkətlərə Azərbaycan kinosunu sevdirməliyik, çünki işin əsas hissəsini onlar təşkil edir. Onlar istəməlidirlər ki, gözəl filmdə onun məhsulu görünsün.

- Əlixan Rəcəbovun sponsorların əsl üzünü göstərən "Sifariş" filmi yadıma düşdü.

- Əlixan o filmi bütün çılpaqlığı ilə çəkib, demək olar ki, vəziyyət eynidir. Adam beş manat pul verir, bəziləri utanmasa, deyər ki, elə filmə də özüm çəkilim. İstəyir, qapıya da, maşına da, aktyorun köynəyinə də onun məhsulunun adı yazılsın. Məkan onun iş yeri olsun, hətta utanmasa deyər ki, obrazın adına mənim məhsulumun adını ver. Amma bunu hamısına aid etmək də doğru olmaz. Bəziləri deyir ki, elə reklamın mənə xeyri yoxdur, sənin də filmini zay edəcək. Ya filmin əvvəlində, ya da axırında mənim məhsulumun adını yaz, kifayətdir.

- Elvin Rüstəmzadə yaradıcılığı Azərbaycan kinosuna hansı töhfələri verməyi düşünür?

- Ümid edirəm ki, gələcəkdə çəkdiyim filmlər uzun illər tamaşaçının yaddaşında qalar. İllər keçsə də, təkrar-təkrar açıb eyni həvəslə yenidən izləyərlər.

Ləman İLKİN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://525.az
archiveBu xəbər 22 May 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see503

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see268

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see244

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see237

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see228

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see226

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see225

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see218

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see212

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see209

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see208

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see207

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see203

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see203

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see201

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see193

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see184

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see183

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see181

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri