Icma.az
close
up
RU
İmkanlı şəxslərin, oruc tutmayanların iftar süfrəsində nə işi vardı?! Razi Nurullayev

İmkanlı şəxslərin, oruc tutmayanların iftar süfrəsində nə işi vardı?! Razi Nurullayev

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin deputatı Razi Nurullayev Modern.az saytına geniş müsahibə verib. Əməkdaşlarımız Razi Nurullayevlə bir sıra məsələlər ətrafında söhbətləşiblər. Müsahibənin bir hissəsini təqdim edirik:
 

- Razi müəllim, yenicə yola saldığımız Ramazan ayında ənənəvi olaraq iftar süfrələri açılırdı. Bu mərasimlərdən çəkilən şəkillər mediada və sosial şəbəkələrdə nümayiş olunurkən, bir məqam diqqət çəkirdi: iftarda iştirak edənlərin əksəriyyəti oruc tutmayanlar idi. Bununla bağlı sizin düşüncəniz necədir?
- Sağ olun ki, bu sualı mənə verirsiniz, əslində mən bununla bağlı video çəkib paylaşmaq istəyirdim. Ümumiyyətlə, mən oruc tutan insan kimi onun fəzilətlərini anladım, insan səbrini idarə edə bilir, dözümlülüyə öyrəşir. Bunlar çox gözəl fəzilətlərdir. Eyni zamanda Ramazan ayının gözəlliyi həm də ondadır ki, sən kimlərəsə kömək edirsən, imkansıza əl tutursan. Kimisə yeməyə dəvət edib onun qarnını doyurursan. Təəssüflər olsun ki, bir neçə ildir ki, iftar süfrələrinə gedənlərin əksəriyyətinin imkanlı adamlar olduğunu müşahidə edirəm. Süfrənin başında oturanlar imkanlılardır, orada iştirak edənlərin içərisində bəlkə heç 1 faiz imkansız yoxdur. Açığı mən bunu qəbul etmirəm. Buna dözümsüz münasibətim var.
Düşünürəm ki, kim iftar süfrəsi açırsa, ilk növbədə ora oruc tutanlar dəvət olunmalıdır. Biz görürdük ki, iftar süfrəsində oturanların maksimum 4-5 faizi oruc tutanlardır. Onlara qonaqlıq verməyin, pul xərcləməyin nə mənası var?! Hər kəsin qohumunda, qonşusunda, ətrafında minlərlə ehtiyacı olan insanlar var. 50, 20, lap 5 nəfəri iftar süfrəsinə dəvət elə, qarnını doyur, qoy Allaha da xoş getsin, sənin də vicdanın qarşısında hesabatın olsun. Mən bunu belə istəyərəm. Bunu belə təbliğ etmək lazımdır. Jurnalistləri də dəvət edirəm ki, bu məsələni gündəmdən düşməyə qoymasınlar. Ən azından gələn Ramazan ayında biz nəticəyə gələk ki, iftar süfrəsində oruc tutanlar, ac-yalavaclar olsunlar. İmkanlı şəxsləri iftar süfrəsinə çağırmasınlar. O cür insanlar özləri imkansız şəxslər üçün iftar süfrəsi açmalıdırlar.
 

- Bu məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kimi qurumlar necə məşğul olmalıdırlar?
 

- Mən elə düşünürəm ki, insanları məcbur etmək, qanun çıxarmaq olmaz ki, siz belə etməlisiniz. Sadəcə olaraq ictimai məzəmmət, qınaq olmalıdır. Düşünürəm ki, həm Qafqaz Müsəlmanları İdarəsi, həm də Dini Komitə belə tövsiyə edə bilər: "İftar süfrəsi açanlar, amma xahişimiz odur ki, oruc tutanları dəvət etsinlər, bir də əsasən imkansızların, acların qarnını doyursunlar. İmkanlıları, vəzifəliləri, dostu-tanış yeməyə dəvət edib iftar süfrəsi adı ilə görüntü yaratmasınlar".
Dinimizdə də belə şey yoxdur. Bu böyük günah olmasa da, Ramazan ayında fəzilətə də yazılmır. Bu doğru yanama deyil. Sən toxu doyurursan, ac yenə ac qalır. Artıq Ramazan ayının fəlsəfəsi, missiyası da yerinə yetirilməmiş qalır.
- Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası əvvəlcədən martın 30-nu Ramazan bayramının ilk gün elan etmişdi. Lakin bəzi yerlərdə insanlar bayramı martın 31-də qeyd etdilər. Buna baxışınız necədir?
- Dindən pis-yaxşı başım çıxsada, çoxlu dini kitab oxusam da, bu sahənin dərinliklərinə varmaq istəmirəm. Hər halda məndən çox savadlı insanlar var. Bu mənim sahəm deyil. Amma mənim üçün Allah, onun peyğəmbəri və göndərdiyi kitab var. Bundan o tərəfi varmı? Ona görə də namaz qılmaqda, təriqətlərdə parçalanmaları qəbul etmirəm. Bu, cəmiyyəti parçalamaqdır, mənfi siqnallar ötürməkdir. Bayram əslində təzə ayın görünməsilə  müəyyənləşir. Hər kəs bunu qəbul etməlidir. "Mən filan təriqətə məxsusam, bayramı bu gün, filan təriqətə mənsubam, sabah qeyd edəcəm" fikri qəbuledilməzdir.
Ümumiyyətlə, bir ölkənin içərisində bunlar bəlkə də qanunvericilik səviyyəsində qadağan olunmalıdır. Ona görə ki, gələcəkdə daha böyük problemlərə yol açılmasın. Cəmiyyətin bütövlüyünü, inteqrasiyasını saxlamaq üçün belə addım atmaq olar.
Orucluq ayı ilə bağlı bir məsələni də deyim. Mən eşitmişdim ki, iynəni saplaya bilmirsənsə, həmin vaxtı orucunu açırsan, imsakda da artıq səhər açılmağa başlayır, dan yeri sökülür, yeməyini dayandır. İndi yeni sistemlə ayın çıxması və batması ilə bunu hesablayırlar, gecə saat 4-5 də yemək yeyilir. Sən yemək yeyəndən 1 saat yarım sonra dan yeri ağarmağa başlayır. Gecənin yarısı sən yemək yeyirsən. Bu məsələ ilə bağlı da doğru-dürüstlük əmələ gəlməlidir. Əlavə olaraq insanlar var ki, dişini sürtmür, ağzına su alıb yaxalamaq istəmir. Təbii ki, insan çox ac qalanda ağızdan pis qoxular gələ bilər. Ağzını yaxalamaq istəmir, dişini sürtmür, deyir ki, bu cənnət qoxusudur. İnsanın ağzından gələn iy necə cənnət qoxusu ola bilrər? İnsan birinci növbədə gigiyenasına fikir verməlidir. Oruc tutursansa, başqalarını narahat etməməlisən. Mən oruc tutduğumu parlamentdə, dost-tanışlarım arasında ancaq ən yaxın adamlarım bilirdi. Mən bunun təbliğatını aparmadım. Neçə yerdə oldu ki, qabağıma çay qoydular, dedim ki, dərman atmışam, gözləyin. Mən o insanları narahat etmədim. Onlar bilsəydilər ki, mən oruc tutmuşam, yemək yeməyib, çay içməyəcəkdilər, bəlkə də məni ürəklərində qınayacaqdılar. Sonra da bir neçə dəfə dedim ki, özümü yaxşı hiss etmirəm, dərman atacam, siz yeyin nuş olsun. Oruc olduğumu gizləyirdim. Mən bunu özüm üçün edirəm, reklam üçün yox. Ona görə də mən insanları səsləyirəm ki, namaz qılırsan, Həccə gedirsən, dinlə bağlı nə etmək istəyirsinizsə, bu səninlə Allah arasında olan məsələdir. Buna görə millətin boynuna minnət qoya bilməzsən. İnsanları buna görə sənə hörmət etməyə məcbur edə bilməzsən. Bir çoxları namaz qıldığına, oruc tutduğuna, Həccə getdiyinə görə özünə xüsusi münasibət görmək istəyir. Mən bunu qəbul etmirəm.

Müsahibənin tam mətni tezliklə yayımlanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Aprel 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri