Icma.az
close
up
RU
Menu

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

İmperiya təfəkkürü siyasi təklənməyə aparır

İmperiya təfəkkürü siyasi təklənməyə aparır

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Kreml qonşuları ilə münasibətdə sivil yanaşmadan deyil, təhdiddənmi zövq alır?

Xeyli müddətdir ki, Rusiyanın bir çox siyasətçiləri, deputatları, Kremlin təşviqatçıları, “ekspertləri” və blogerləri tərəfindən Azərbaycanla bağlı aşkar görünən kobudluqla, hörmətsizliklə müşayiət olunan təxribat xarakterli dezinformasiyalar yayılır, bəyanatlar verilir, hətta ölkəmizə qarşı müharibə çağırışları edilir.

İş o yerə çatdı ki, Bakıya qarşı Rusiyanın müxtəlif şəhərlərində diaspor nümayəndələrinin həbsi və iki qardaşın öldürülməsindən tutmuş Ukrayna ilə iqtisadi əməkdaşlığa görə qisas almaq məqsədilə Odessa vilayətində qaz nasos stansiyasının, ardınca qaz kəmərinin vurulması, Azərbaycan pomidorunda “təhlükəli bakteriyaların” aşkar edilməsi kimi diplomatiyadan uzaq, çeşidli təzyiq rıçaqlarından istifadə olunur.

Məlumdur ki, Rusiya–Azərbaycan münasibətləri AZAL aviaşirkətinə məxsus Bakı-Qroznı reysi ilə uçan J2-8243 təyyarəsinin vurulmasından, nəticədə 38 nəfərin ölümündən sonra diplomatik gərginlik fazasına girdi. Rəsmi Bakı sərnişin təyyarəmizin qəzaya uğramasında Rusiya tərəfinin günahına dair təkzibolunmaz sübutları dəfələrlə Kremlin nəzərinə çatdırsa da, qarşı tərəf nəinki aşkarı inkar etməklə kifayətləndi, ölkəmizə qarşı təhqir və təhdidlərə keçməyə üstünlük verdi. Amma bu, ikitərəfli münasibətlərin soyumasına səbəb olacaq hadisələr zəncirinin birinci halqası idi.

Moskva və Bakı arasında siyasi gərginlik dalğası Rusiya telekanallarında artan mürtəce anti-Azərbaycan ritorikası fonunda daha da gücləndi. Kremlin tapşırığını görünməmiş canfəşanlıqla yerinə yetirən ideoloji “podpivalşıklərin” – solovyovların, mironovların, zatulinlərin, valuyevlərin isterikası o həddə yüksəldi ki, efirdən Rusiyanın Azərbaycana müharibə ilə “dərs verməsinə” dair bəyanatlar da səsləndi. Siyasi avantüradan qaynaqlanan bu “parlaq ideyanın” əsas dirijoru Moskvanın tamştatlı təbliğatçısı Vladimir Solovyovdur. Biz Vladimir Rudolfoviçin efirdə buraxdığı digər qələtlərə görə ölkəmizdən dəfələrlə üzr istəməsini yaxşı xatırlayırıq. Onun anti-Azərbaycan feyk-marafonu Rusiyanın dövlət radiosu “Vesti FM”-in efirində separatçı David Babayanı “Artsaxın xarici işlər naziri” kimi təqdim edəndə başlamışdı. Yeri gəlmişkən, indi həmin Babayan radiolara, telekanallara deyil, Bakı Hərbi Məhkəməsində təqsirləndirilən şəxs qismində hakim və prokurorlara “müsahibə” verir.

***

Bu məqamda Solovyovun 2017-ci ilin aprelində Bakıya səfərində Prezident İlham Əliyevlə görüşündən hazırladığı reportajda dediklərini oxucuların diqqətinə çatdıraq: “Prezident Əliyev dərin zəkalı, savadlı, ölkə qarşısında böyük məsuliyyət hiss edən dövlət xadimidir. Rusiya ilə tərəfdaşlıq münasibətləri barədə danışanda mən dedim ki, Rusiya heç vaxt Azərbaycana xəyanət etməyəcək. O isə mənə etiraz edərək dedi: “Putin heç vaxt Azərbaycana xəyanət etməyəcək”. Mən bu sözlərin qarşısında heç nə deyə bilmədim”.

İndi bu adam efirdən Rusiyanın ölkəmizə qarşı “müharibə perspektivi”ni müzakirə etməyə girişib. Niyə təəccüblənməliyik ki? Muzdlu qatillər, “qədim peşə sahibləri” kimi, pula satılan, jurnalist məsləkinə xəyanət edənlərdən bundan daha betərini gözləmək olar. Onun “cığırına” düşənlərdən biri istefada olan general-leytenant, Dövlət Dumasının “Vahid Rusiya”dan olan deputatı Andrey Qurulevdir. Onun “fövqəladə fikir azadlığına” əsaslanan qeyri-adi təkliflərindən biri: “Rusiya piştaxtalarında Azərbaycandan mal yoxdursa, məncə, bizim üçün heç nə dəyişməyəcək. Amma onlar üçün çox şey dəyişəcək. Həm də çox dəyişəcək. Burada hansısa bizneslə məşğul olan bir neçə azərbaycanlını çimdikləsək, o zaman çox şey dəyişəcək. Yaxşı, həqiqətən də başa düşmürlərsə, biz bunu başqa cür də edə bilərik. Xüsusi hərbi əməliyyat çevik konsepsiyadır. Bu, çox şeyi dəyişəcək. Bəli, lap çox dəyişəcək. Rusiya Federasiyasının bütün sərhədi boyunca xüsusi əməliyyat keçirməyə ehtiyac var”. Mütəmadi qəbul etdiyi alkoqolun miqdarını və dozasını çoxdan itirmiş və bundan sui-istifadə edən Qurulev Dumadakı çıxışında Stalin repressiyaları dövrünün qaytarılmasını açıq şəkildə arzulayacaq qədər irəli gedib.

Deməli, Azərbaycanı müharibə ilə qorxutmaq istəyirlər. Rusiya çətin ki, son model təchizata, qalibiyyət təcrübəli orduya malik Azərbaycanla müharibəyə başlamaq qərarına gəlsin. Üstəlik, solovyovlar, qurulevlər, digər kuklalar Şuşa Bəyannaməsinin mahiyyətini bilməmiş deyillər. Orada Azərbaycana hücum, əslində, Türkiyəyə hücuma bərabər tutulur. Sonda Rusiya üçün hərbi-siyasi fiaskonun qaçılmaz olacağını da unutmasınlar.

***

“Birinci Kanal”da Ruslan Ostaşko adlı bir teleaparıcı var. O, açıq şəkildə bildirib ki, Odessa vilayətində yerləşən “Orlovka” qaz kompressor stansiyasına endirilən zərbə “Moskvadan Bakıya siqnaldır”. Kremlin “bek-vokalisti”nin sözlərinə görə, Azərbaycanın “Rusiyadan yan keçərək, hətta mövcud infrastrukturdan istifadə etməklə Qərbə təchizat qurmaq cəhdləri dayandırılmalıdır”. Bu sözlər ölkəmizə qarşı sıradan bir informasiya savaşı olmayıb, faktiki, Kremlin terroru siyasi alətə çevirdiyini etiraf etməsi deməkdir.

Ən təhlükəlisi isə budur ki, hücuma məruz qalan terminal vasitəsilə Azərbaycan qazı Ukraynaya nəql olunurdu. Məhz buna görə də rusiyalı hərbi blogerlər və propagandist media bu hücumu, sadəcə, hərbi yox, geosiyasi mesaj kimi təqdim edirək, bunu “İlham Əliyevə siqnal” adlandırıblar. Bu, Kremlin bəslədiyi muzdlu media təmsilçiləri vasitəsilə Azərbaycanın müstəqil enerji siyasətini və Qərblə əməkdaşlıq hüququnu hədəfə alması, Bakıya açıq təhdidlər yönəltməsidir. Ostaşkonun açıqlaması, sadəcə, siyasi məsuliyyətsizlik və ya həyasızlıq deyil. Bu, Moskvanın dövlət terrorizminə ideoloji bəraət qazandırmaq cəhdidir. Bununla da Kreml bir daha sübut edir ki, qonşularına qarşı münasibətdə özünü sivil dövlət kimi deyil, silahlı dəstəyə çevrilmiş “banda” kimi aparmağa üstünlük verir. Məqsəd qonşulara, eləcə də başqa dövlətlərə necə və kiminlə ticarət etməyi diktə etməkdir. Amma Kreml onu da anlamamış deyil ki, bu cür ucuz üsullarla nə İlham Əliyevi, nə də Azərbaycan cəmiyyətini əymək, sındırmaq mümkün deyil.

Şimal qonşumuzda uzaqdan müşahidə olunan siyasi panorama maraq doğurur: Rusiya artıq zorakılıq, şantaj və xaos üzərində qurulmuş, imperiya xülyasından əl çəkməyən amorf bir sistemə çevrilib. Azərbaycan isə keçmişin üfunət iyi gələn bu sistemdən gələn heç bir “siqnalı” qəbul etmir və heç vaxt da qəbul etməyəcək. Bu gün Rusiyanın açıq şəkildə Azərbaycanın xarici iqtisadi layihələrinə, xüsusilə Avropa enerji bazarına çıxış planlarına qarşı qısqanc mövqe sərgiləməsi bu ölkənin, sadəcə, Ukraynaya qarşı müharibə aparmadığını, eyni zamanda, Cənubi Qafqazda və keçmiş SSRİ məkanında öz maraqlarına toxunan hər hansı müstəqil təşəbbüsə təzyiq göstərdiyini sübut edir. Azərbaycan müstəqil dövlət olaraq özünün yeraltı sərvətini Avropaya, dünya bazarına yeni marşrutlarla çıxarmaq hüququna malikdir. Amma bunu uda bilməyən Rusiya tarix boyunca istifadə etdiyi zorakı ritorikaya qayıdır: “Əgər mənim dediyim olmazsa, dağıdaram, yandıraram!”. Bu yanaşma imperiyanın əsrlər boyu qanla, işğalla, təhdidlə yaşama modelinin XXI əsrdə davamı kimi görünür. Amma daha bu model işləmir. Bugünkü aqressivlik – məhz bu modelin çöküşünün yaratdığı ağrılı aqoniya vəziyyətinin əlamətlərindən biridir.

***

Bəli, dünya nəinki XIX əsrdəki, heç XX yüzillikdəki dünya deyil. İndi müstəqil, bütöv, güclü və qürurlu Azərbaycan var. Rusiyanın ölkəmizə qarşı düşmənçilik siyasətinin bütün çərçivələri aşdığını görən və bundan narahat olan ABŞ Dövlət Departamenti Orlovka qaz kompressor stansiyasının bombalanması ilə bağlı Moskvaya bəyanat ünvanladı: “Rusiya bu cür hərəkətlərə dərhal son qoymalıdır. Prezident Donald Trampın sülhə bu qədər dəstək verməsinin səbəbi müharibənin yol açdığı insan itkisidir. Ölüm və dağıntılar dayandırılmalıdır”.

Çılpaq həqiqət ondan ibarətdir ki, 2020-ci ildə Azərbaycanın qazandığı Qarabağ zəfəri təkcə Ermənistanın deyil, həm də Rusiya silah sənayesinin simvolik məğlubiyyəti oldu. Ukraynalı ekspertlər dəfələrlə vurğulayıblar ki, Azərbaycanın bu zəfəri Ukraynaya müqavimət üçün psixoloji və texnoloji cürət verdi. 2022-ci ilin fevralında qəzəblə meydana atıldı. İndi o, meydanın tən ortasında olsa da, təklənmiş və tükənmiş vəziyyətdə, təcavüzkar rolundadır. Görünən neqativ perspektiv odur ki, bu gedişlə Şimal qonşusu növbəti qış yuxusuna getməsi üçün başını salmağa mağarası qalmaya bilər…

P.S. Bəs, Kremlin başbilənləri anti-Azərbaycan “propaqandası”, Rusiyada yaşayan, işləyən soydaşlarımıza qarşı törətdiyi zorakılıqlarla nəyə nail oldular? Bu sualın cavabını, Rusiyanın düşmənçilikdən ilk qazancının nə olduğunu rəsmi Moskvanın əsas ideoloqlarından biri, filosof Aleksdandr Duqin çox dəqiq formulə edib: “Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması Rusiyanın Cənubi Qafqaz siyasətinin uğursuzluğudur. Bu sənəd Rusiyanın acizliyinə işarədir. Bu müqavilə bizim gücsüzlüyümüzün sübutudur. Biz artıq postsovet məkanına belə nəzarət etmirik. Bizə burada hörmət göstərilməsə, dünya səhnəsində kim bizimlə hesablaşacaq? Bu, sadəcə, məğlubiyyət deyil – hər bir rusun üzünə vurulan sillədir. Paşinyan və Əliyevi günahlandırmaqla özünə haqq qazandıra bilməzsən. Etiraf etməliyik: danışıqları yanlış adamlara etibar etdiyimiz üçün məğlub olduq”.

İmran BƏDİRXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Avqust 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see198

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see185

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see178

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see145

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see142

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see138

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see130

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see130

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see130

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see129

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see129

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see129

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see127

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see127

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see125

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see124

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see123

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see123

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri