Ukrayna bunu etiraf etdi
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya tərəfindən 8 noyabr gecəsi həyata keçirilən son hücum müharibə başlayandan bəri Ukraynanın enerji sektoruna qarşı ən ağır zərbə olub.
Lent.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın energetika nazirinin birinci müavini Artem Nekrasov bildirib.
Nazir müavini qeyd edib ki, enerji obyektlərinə zərbə üçün əsasən ballistik raketlərdən istifadə edilib və bu tip raketlərin məhv edilməsi son dərəcə çətindir. Hücum zamanı 45 raketdən 32-si ballistik olub, enerji istehsalı və paylayıcı obyektlərə eyni vaxtda zərbələr endirilib.
Artem Nekrasov nəzərə çatdırıb ki, hazırda enerji mütəxəssisləri sistemin sabitləşdirilməsi üzərində işləyirlər, lakin bu prosesin tam bərpası üçün vaxt tələb olunur. Nazir müavini zərərin həcmini açıqlamasa da, enerji istehsalının böyük bir hissəsinin hücum nəticəsində sıradan çıxdığını qeyd edib.
Ən ağır vəziyyət Xarkov, Sumı və Poltava vilayətlərində müşahidə olunub.
Baxış sayı:106
Bu xəbər 09 Noyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















