Icma.az
close
up
RU
İmtahanda 60 bal toplayan müəllim: Uğur çalışana qismət olur

İmtahanda 60 bal toplayan müəllim: Uğur çalışana qismət olur

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hər uğurun arxasında görünməyən fədakarlıqlar, susqun mübarizələr və səssiz yuxusuz gecələr yatır. Elə bu yollardan keçərək uğura çatanlardan biri də Şamaxının Kərkənc kəndində çalışan biologiya müəllimi Gülnar Cəfərovadır. Bu gün onun 60 balla uğurla keçdiyi sertifikatlaşdırma imtahanı, əslində illərlə formalaşan əzmin, səbirin və peşəyə olan sevginin nəticəsidir.
Redaktor.az
xəbər verir ki, Gülnar müəllim qazandığı uğurun sevincini “Azərbaycan müəllimi” ilə bölüşüb.
Bildirib ki, 2016-cı ildən müəllimlik peşəsini şərəflə daşıyır. Müəllimlərin sertifikasiya imtahanına böyük həvəs və istəklə hazırlaşıb. Hazırlıq müddətində bir sıra çətinliklərlə üzləşsə də, bu, onu dayandırmayıb, əksinə, daha da ruhlandırıb. "İmtahanda bir qədər həyəcanlı olsam da, ümumilikdə proses rahat keçdi", - deyə o bildirir.
Gülnar müəllim üçün bu 60 bal sadəcə bir nəticə deyil. Bu, onun aylarla çəkdiyi əziyyətin, yuxusuz gecələrinin, erkən səhərlərini dərslərə həsr etməsinin, ailə çətinliklərinə baxmayaraq özünə və yoluna inamının təzahürüdür. Qeyd edir ki, hazırlıq müddətində ən böyük dəstəkçisi ailəsi olub.
İşləyən müəllim kimi eyni anda həm dərslərə cavabdeh olmaq, həm də şəxsi hazırlığını davam etdirmək Gülnar xanım üçün məsuliyyətli, lakin bir o qədər də dəyərli bir proses olub. “Şagirdlərin gülüşü, onlarla keçirdiyim vaxt mənim üçün ən böyük motivasiyadır”, - deyir həmsöhbətim.
Onun fikrincə, sertifikatlaşdırma imtahanı müəllimin peşəkarlığının göstəricisidir. Peşəkar inkişaf yolunda əsas hədəfi isə şagirdlərinə yalnız dərs keçmək deyil, həm də onların şəxsiyyət kimi formalaşmasında dayaq olmaqdır.
Sonda gənc müəllimlərə səslənən Gülnar Cəfərova onlara belə bir tövsiyə verir: “Çətinliklərdən qorxmayın və əsla geri çəkilməyin. Əzmlə çalışın. Uğur çalışana qismət olur”.
Biz də öz növbəmizdə Gülnar müəllimi bu uğuru münasibətilə təbrik edir, gələcək fəaliyyətində ona daha böyük nailiyyətlər arzu edirik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 İyun 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri