Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Dişlər yaddaş kartımızdır?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

İncəsənət və mədəniyyət bioloji qocalmanı gecikdirir? Araşdırma

İncəsənət və mədəniyyət bioloji qocalmanı gecikdirir? Araşdırma

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az "Euronews"a istinadən sənət və mədəniyyətin yaşlanmaya təsiri ilə bağlı araşdırmanı təqdim edir.

Tədqiqatçılar müəyyən ediblər ki, hər həftə incəsənət və mədəniyyət tədbirlərində iştirak edən insanlar bioloji səviyyədə daha gec qocalırlar; bu təsir müntəzəm idmanla müqayisə oluna biləcək dərəcədədir.

İllərdir bizə yaxşı qocalmaq üçün edə biləcəyimiz ən yaxşı şeylərdən birinin idman olduğu deyilir. Bəs bir sənət qalereyasını gəzməyin, xorda oxumağın və ya dulusçuluq kursuna getməyin DNT-yə qədər təsir edən və ən az idman qədər faydalı ola biləcəyini heç düşünmüsünüzmü?

London Universitet Kollecində (UCL) aparılan yeni bir araşdırmaya görə, müntəzəm olaraq incəsənət tədbirlərinə qatılmaq bioloji qocalma sürətini yavaşlatmağa kömək edə bilər. "İnnovation in Aging" jurnalında dərc olunan tədqiqat çərçivəsində Böyük Britaniyada yaşayan 3556 yetkin şəxsin sorğu cavabları və qan analizi məlumatları təhlil edilib.

Alimlər iştirakçıların incəsənət və mədəniyyət tədbirlərindəki aktivliyini bioloji qocalma ilə əlaqəli olan DNT-dəki kimyəvi dəyişikliklərlə müqayisə ediblər.

İncəsənət və mədəniyyət bioloji qocalmanı necə yavaşda bilər?

Komandanın araşdırmasına görə, incəsənət və mədəniyyət tədbirlərinə daha tez-tez və müxtəlif formalarda qatılan şəxslərdə qocalma sürətinin daha aşağı olduğu və bioloji yaşlarının daha gənc göründüyü müəyyən edilib.

İncəsənət tədbirlərində ən azı həftədə bir dəfə iştirak edənlərin, bu növ fəaliyyətlərə nadir hallarda vaxt ayıranlara nisbətən təxminən 4% daha yavaş qocaldığı müşahidə olunub. Alimlər maraqlı bir faktı qeyd ediblər ki, bu fərq həftədə bir dəfə idman edənlərlə heç idman etməyənlər arasındakı fərqə bərabərdir.

Baş tədqiqatçı Feifei Bu bildirib: "Bizim işimiz incəsənət və mədəniyyət tədbirlərində iştirak ilə bioloji qocalma sürətinin yavaşlaması arasındakı əlaqəyə dair ilk sübutları təqdim edir. Bu tapıntı incəsənətin sağlamlığa təsiri ilə bağlı getdikcə artan dəlillərə bir yenisini əlavə edir; çünki incəsənət fəaliyyətlərinin, eynilə idman kimi, stresi azaltdığı, iltihabı aşağı saldığı və ürək-damar xəstəlikləri riskini azaltdığı artıq məlumdur."

Bu tapıntılar xüsusilə 40 yaş və daha yuxarı şəxslərdə daha qabarıq özünü göstərib və bədən kütlə indeksi, siqaret istifadəsi, təhsil və gəlir səviyyəsi kimi amillər nəzərə alındıqdan sonra belə öz qüvvəsini saxlayıb.

Tədqiqatın aparıcı müəllifi Deizi Fankort (Daisy Fancourt) isə qeyd edib: "Bu nəticələr incəsənətin sağlamlığa təsirini bioloji səviyyədə nümayiş etdirir. Eynilə idman kimi, incəsənət və mədəni fəaliyyətlər də sağlamlıq üçün təşviq edilməli olan davranışlar sırasındadır. Araşdırmamız müxtəlif növ incəsənət fəaliyyətlərinin faydalı ola biləcəyini göstərir. Bunun səbəbi hər bir fəaliyyətin sağlamlığa töhfə verən fiziki, koqnitiv, emosional və ya sosial stimullaşdırma kimi fərqli 'komponentlərə' sahib olması ola bilər."

Epigenetik saatlar nədir?

UCL-dəki tədqiqat qrupu bədəninizin nə qədər sürətlə qocaldığını təxmin etmək üçün DNT-dəki kimyəvi nümunələri oxuyan "yeddi fərqli epigenetik saatı" araşdırıb.

Ən müasir iki saat - DunedinPoAm və DunedinPACE qocalma sürətini proqnozlaşdırır. Yüksək ballar yaşla bağlı xəstəlik riskinin artması ilə əlaqələndirilir. Tədqiqatçılar həm incəsənətlə məşğul olmağın, həm də fiziki aktivliyin bu göstəricilərdə daha yavaş qocalma ilə bağlı olduğunu müəyyən ediblər.

DunedinPACE saatına görə ildə ən azı üç dəfə incəsənət tədbirinə qatılmaq qocalmanı 2%, aylıq iştirak 3%, həftəlik iştirak isə 4% yavaşladır.

Tədqiqatçılar bu fərqin siqaret çəkənlərlə siqareti tərgidənlər arasındakı fərqə bənzədiyini qeyd ediblər.

"PhenoAge" adlı digər bir testdə isə həftəlik mədəni fəaliyyətlərdə iştirak edənlərin, bu tədbirlərə nadir hallarda qatılanlara nisbətən bioloji olaraq orta hesabla bir yaş daha gənc olduğu görülüb. Müqayisə üçün qeyd edək ki, həftədə bir dəfə idman edənlərin cəmi yarım yaşdan bir qədər çox gənc olduğu təsdiqlənmişdi.

Bu, əlbəttə ki, qaçış ayaqqabılarınızı tamamilə kənara qoyub yalnız rəsm dəftərinə keçməli olduğunuz demək deyil. Fiziki aktivlik hələ də sağlamlıq üçün ən güclü və sübut olunmuş davranışlardan biri olaraq qalır. Lakin araşdırmanın nəticələri göstərir ki, sağlam qocalma barədə düşünərkən incəsənət və mədəni fəaliyyətlər də idmanla yanaşı öz layiqli yerini almalıdır.

Xülasə: O konsert biletini alın. Rəsm kursuna yazılın. Uzun zamandır görmək istədiyiniz o sərgini nəhayət, ziyarət edin. Çünki DNT-niz buna görə sizə minnətdar ola bilər.

Pul, güc və riyakarlıq... - Neft bumu Bakını necə dəyişdi? Bilirəm, kiməsə qan uddurursan... - Günün şeiri Məşhur aktyor vəfat etdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://kulis.az
archiveBu xəbər 16 May 2026 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see408

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see328

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see308

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see307

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see303

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see293

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see285

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see281

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see277

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see264

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see257

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see254

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see239

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see234

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see219

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see214

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see198

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see195

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see188

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri