İndi bölgələrdə çox az adam maldarlıqla məşğul olur İqtisadçı
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
“Azərbaycanda iri və xırdabuynuzlu heyvanların sayında kəskin azalma müşahidə olunur. Əsas səbəblərdən biri örüş sahələrinin azlığıdır. Belə ki, tədricən örüş sahələri azaldı və fermerlər çox sayda mal-qara saxlaya bilmədilər. Min qoyun saxlayan fermer indi 150-100 qoyun saxlayır”.
İqtisadçı ekspert Akif Nəsirli bunu 525.az-a deyib. əvvəllər kənd yerində iribuynuzlu heyvanlar örüşə otlamağa aparılardı. İndi heç kim örüşə apara bilmir. Çünki örüş yoxdur. Əvvəllər 6 inək olurdusa, indi 1 və ya 2 inək saxlayırlar.
A.Nəsirli hesab edir ki, bölgələrdə yeni örüş yerləri yaradılmalıdır:
“Hətta mümkündürsə hər kənddə örüş yerləri olsun. Heyvandarlıq üçün qışlaq və yaylaq sahələri olmalıdır. Bu, heyvandarlığın inkişafı üçün çox vacibdir. Dövlət tərəfindən kiçik təsərrüfatlara dəstək gücləndirilməlidir. Ən başlıcası isə örüş sahələrinin artırılması və qorunması üçün müvafiq tədbirlər görülməlidir".
İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, əvvəllər rayonlarda, kəndlərdə yaşayan insanlar mal-heyvan saxlayırdılar. Son illərdə böyük şəhərlərə köç səbəbindən heyvan saxlayanların sayında ciddi şəkildə azalma var:
“İndi bölgələrdə çox az adam maldarlıqla məşğul olur. Bununla yanaşı, təbii otlaqların da sayı azalıb. Heyvandarlıq çox ağır sahədir. Bu səbəbdən də çox adam artıq bu sahə ilə məşğul olmaq istəmir. Tarlada əkinçiliklə məşğul olmaq daha sərfəli gəlir insanlara".
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 23 Yanvar 2026 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















