Icma.az
close
up
RU
İndi də ən balacası, cırtdan imperialist çığırır karvanın arxasınca...

İndi də ən balacası, cırtdan imperialist çığırır karvanın arxasınca...

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya mətbuatında hakimiyyətin, dövləti idarə edən imperialist təfəkkürün, bəşəriyyət üçün təhlükə saçan düşüncə tərzinin o qədər əlaltısı var ki, hər ötən gün biri gedən karvanın arxasınca düşməyə başlayır.

Çünki pula satılmış qələmlər Rusiya mətbuatında hər zaman at oynadıblar. Belələri hər zaman istənilən mövzuda söz demək haqqını özlərində görüblər. Çünki onlar üçün hansısa mövzuda iyrəncliyə əl atmaq an məsələsidir, çox rahat gözünü yumursan, ağzını açırsan, geriyə qalır, sadəcə, sərsəm fikirləri axıcı bir şəkildə cəmiyyətə sırımaq. Belə olanda isə mükafat alırsan, vaxt keçdikcə arxandakıların da dəstəyi ilə çevrilirsən Vladimir Solovyova, Sergey Maydana və bu qəbildən olan mətbuat tör-töküntülərinə.

Yeri gəlmişkən, Sergey Mardan da Azərbaycanın hər ötən gün gözdən itən, getdikcə daha irəli gedən uğur karvanının arxasınca gözünü yumub, ağzını açanların cərgəsinə qoşulub. Təbii ki, növbəti sifariş və növbəti imperialist düşüncənin əlaltısı kimi...

Azərbaycan və onun lideri haqqında söz demək cürətini özündə görən bu "cırtdan imperialist" hesab edir ki, Azərbaycanda Sovet İttifaqının tarixi əhəmiyyəti, mövqeyi düzgün qiymətləndirilmir. Nə hikmətdirsə, bu bir iki sərsəm jurnalistdən başqa heç kim Sovet İttifaqının "möhtəşəmliyi"ni dərk etmək iqtidarında deyil. Yalnız bu tip satılmış qələmlər tarixi "düzgün" qiymətləndirir, hər şeyin yerini, hər şeyin dəyərini görə bilir. Bu isə həqiqətlərə kor baxmağın sayəsində mümkün olur. Sırf riyakarlığı özünə peşə seçərək, qələmini pula, siyasi maraqlara, imperializmin ən iyrənc xislətinə sataraq mümkün olur.

Elə isə belələrinə xatırlatmaq gərəkdir ki, hansısa sərsəm fikirləri gözünü yumub karvanın arxasınca çığıran biri Azərbaycan xalqına, onun liderinə, tarixinə söz demək iqtidarında deyil, ona bu həddi yalnız ifrat riyakarlığı verirsə, həddini və yerini göstərəcək olan da Azərbaycanın haqq səsidir. Müzəffər Azərbaycan bu tip qələmi bank hesabındakı rəqəmlərlə paralel işləyən simasızları o qədər incidib ki, gedən qatarın arxasınca hürən canlı hansı olur-olsun, çevrilib baxmaq niyyətində deyilik.

Amma həqiqətləri də xatırlatmaqda hər zaman fayda var. Sovet İttifaqı zorla daxil olduğu bütün məmləkətlərə bəla gətirib. Xalqların azadlığını əlindən alıb, qanla hakimiyyət qurub, hakimiyyəti altındakı torpaqlarda hər zaman yerli xalqlara qarşı ayrı-seçkilik olub. Aclıq, talanlar, repressiyalar, deportasiyalar - SSRİ-nin "şanlı tarixi"ndə iyrənc olan nə desən var... Hələ 20 yanvar 1990-cı ildə törətdiyi Bakı qətliamını xatırlatmağa gərək belə duymuruq. Bu XX əsrin ən dəhşətli faciələrindən biri məhz SSRİ rəhbərliyinin əli ilə bilərək, istəyərək törədilib.

Sergey Mardanın fikrincə, biz SSRİ-də yaşadığımız üçün özümüzü xoşbəxt saymalı, buna görə özümüzü borclu hiss etməliyik. Nəyə görə? Saysız-hesabsız bəlalara, yaxud 70 illik əsarətə görə?

Xeyr, imperialistlərin ən balacası, cənab "cırtdan imperialist". Azərbaycan xalqının başına gəlmiş bir çox bəlaların arxasında məhz sizin qürurla haqqında bəhs etdiyiniz SSRİ-nin əli var. Azərbaycanın azadlığı və bu gün əldə etdiyi uğurlar, yəqin ki, sizin kimiləri rahat yatmağa qoymur, ancaq yuxunuz ərşə çəkilsə də, Azərbaycan öz liderinin öndərliyində haqq yolunda uğurla irəliləyir. Biz hər zaman bu uğur karvanıyla gələcəyə addımlayacağıq, sizin kimilər isə hələ bu karvanın arxasınca çox hürəcəklər...

Orxan Tağıyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Avqust 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri