Icma.az
close
up
RU
İndi mövsümi xəstəliklərin yayıldığı dövrdür TERAPEVT

İndi mövsümi xəstəliklərin yayıldığı dövrdür TERAPEVT

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Uşaqlar mütləq peyvənd olunmalı, valideynlər də peyvənd qrafikinə əməl etməlidirlər


“Hazırda 3 uşağımız xəstəxanadadı, sığınacaqda “sistem” altında olanlar da var”. Bunu “Şərq”ə açıqlamasında "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri və Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə bildirib. Qeyd edək ki, K.Ağazadə sığınacaqdakı uşaqlar arasında səhhətində problemlər yarananların olduğu barədə feysbuk səhifəsində paylaşım edib.

 “Özünüzü virusdan qoruyun.  2 uşağımız xəstəxanada,6 uşağımız isə sığınacaqda müalicə alır. Daha 24 uşaq virusa namizəddir. 14 uşağımız yaxşı ki, sanatoriyadadır. Allah şəfa versin xəstələrimizə” qeyd edən K.Ağazadə uşaqların rotavirus xəstəliyinə yoluxduqlarını bildirib. “Sherg.az”a açıqlamasında K.Ağazadə qeyd etdi ki, bu gün uşaqlardan daha biri xəstəxanaya yerləşdirilib: 

- Vəziyyəti digərlərinə nisbətən ağır olan uşaqlar Nizami rayonundakı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Əvvəlcə 2 uşağımız, sonra daha biri xəstəxanaya yerləşdirildi. Xəstəxanada həkim nəzarəti altında müalicələri davam edir. Sığınacaqda sistem vurulan uşaqlarımız var. Nəzarət altındadırlar. Bəzilərində işləmə-qusma, bəzilərində isə yüksək qızdırma halları müşahidə olunur. Əlavə olaraq, uşaqların bəzilərində burnundan qan açılması halları da baş verdi. Hazırda sığınacaqdakı 6 uşağın vəziyyəti orta qiymətləndirilir, müalicələr davam edir. 

Sədr sığınacağın dezinfeksiya olunduğunu dedi: "İshal halı olduğundan hər ehtimala qarşı sığınacaq dezinfeksiya olunub. Sığınacaq böyük bir müəssisədir. Bir uşaq yoluxan kimi xəstəlik kütləvi hal alır. Buna görə də dezinfeksiya mütləqdir”.


Həkim-terapevt Şahvələd Məmmədov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, ümumiyyətlə, uşaqların yerləşməsinin, gediş-gəlişinin kütləvi olduğu müəssisələr  - körpələr evi, uşaq bağçası, orta məktəblər vaxtaşırı dezinfeksiya edilməli, sanitar-gigiyenik şərait daim nəzarət altında olmalıdır: 


- Təəssüf ki, sanitar qovşağı təmirsiz, bərbad vəziyyətdə olan, hətta sanitar qovşağı ümumiyyətlə işləməyən tədris müəssisələri də var. Elə bir şəraitdə hansı təmizlikdən, gigiyenik təhlükəsizlikdən danışmaq olar? Təsəvvür edin ki, su gəlməyən müəssisədə uşaqlar tənəffüslərdə əlləri yuyulmadan yemək yeyirlər. Bu şəraitdə hər cür yoluxmanın baş verməsi, xəstəliyin yayılması labüddür. Uşaq müəssisələri daim nəzarət altında olmalı, mütəmadi şəkildə dezinfeksiya edilməli, sanitar qovşağın tam şəkildə fəaliyyəti təmin edilməlidir. Yeməkxana, məktəb bufetləri tər-təmiz olmalı, aşbazların, yemək paylayanların sağlamlıq haqqında tibbi arayışı olmalıdır. Uşaq qidalarının keyfiyyətinə nəzarət edilməlidir. İstifadə müddəti bitmiş ərzaqlardan istifadə edilməməlidir. Bunlar uşaqların mədə-bağırsağında problem yaradır, ishala yol açır. 


Ş.Məmmədov bildirdi ki, hazırda mövsümi xəstəliklərin yayıldığı dövrdür: 


- Mövsüm dəyişiklikləri dövründə xəstəliklər arta bilir. Yoluxma halları çoxalır. Söhbət iri müəssisələrdən, kütləvi toplaşma yerlərindən gedirsə, təhlükə daha realdır. Uşaqlar mütləq peyvənd olunmalı, valideynlər də peyvənd qrafikinə əməl etməlidirlər. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Aprel 2025 06:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see463

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see300

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see275

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see188

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see164

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see157

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see156

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see145

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see142

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see138

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see137

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see134

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see133

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see132

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see132

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see129

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see126

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri