Icma.az
close
up
RU
İndiki qriplər ciddi təhlükə yaradır Professor xəbərdarlıq etdi

İndiki qriplər ciddi təhlükə yaradır Professor xəbərdarlıq etdi

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Payız-qış təhlükəsi yaxınlaşıb, immuniteti zəiflər, uşaqlar, yaşlılar və hamilələr risk altındadır

“Qrip infeksiyasına bütün ərazilərdə ilboyu rast gəlinir, lakin epidemioloji olaraq fəsillilik xüsusiyyətinə malikdir. Yəni payız və qış fəsillərində fəsli qripin artımlarının müşahidə olunması Azərbaycanın da daxil olduğu mülayim iqlimli ölkələr üçün qanunauyğun haldır”. 

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib. T.Eyvazov qeyd edib ki, müraciətlər əsasında aparılmış xüsusi laborator müayinələrin nəticələri hazırda qriplə bağlı ölkə ərazisində epidemioloji durumun sabit olmasını və infeksiyanın tək-tək rast gəldiyini deməyə əsas verir. Qripə qarşı aparılmış vaksinasiyanın effektivliyi sübutludur və dünya təcrübəsinə əsaslanır. Deyə bilərik ki, ölkəmizdə bu il qripə qarşı aparılmış peyvəndləmə bütün epidemik fəsil boyu yoluxaraq xəstələnən insanların sayının və infeksiyadan baş verə biləcək fəsadlaşma hallarının azalmasına səbəb olacaqdır. Qrip infeksiyası zamanı ağır və fəsadlı gedişin risk qruplarına 5 yaşın altında olan uşaqlar, hamilələr, tənəffüs yollarının və digər orqanların ağır xroniki xəstəliyi, müxtəlif səbəbli immunodefisiti olan şəxslər, həmçinin yaşı 65-in üzərində olan ahıl insanlar daxildir”, - ekspert əlavə edib. Qeyd edilir ki, 08 oktyabrdan 13 noyabradək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 21 186 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 0-17 yaş aralığı 2 700 nəfər, 18-59 yaş aralığı 14 807 nəfər, 60 yaş və yuxarı isə 3 679 nəfərdir. Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən yüksək keyfiyyətli qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan “Sanofi Pasteur” şirkətinə məxsusdur. Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilər. Peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır.

Professor Adil Qeybulla Sherg.az-a açıqlamasında bildirdi ki, qrip ağır infeksion xəstəlikdir və onun ağırlığı, təhlükəliliyi fəsadlarla özünü büruzə verir: 

- Kəskin respirator virus infeksiyaları kəskin yoluxucu virus xəstəliklərinin böyük qrupunu özündə birləşdirir. Bu qrup xəstəliklərə qrip, paraqrip, adenovirus, respirator sinistial, rinovirus və reovirus infeksiyaları aiddir. Bu, yer kürəsində ən çox yayılmış xəstəlikdir. Və ən çox da mövsüm dəyişiklikləri, payız-qış aylarında yayılır. Qrip sətəlcəm, bronxit, sinuzit, otit (qulaq ağırısı, qulağın iltihabı) və digər xəstəliklər kimi ciddi fəsadlara səbəb ola biləcək ağır intoksikasiya ilə müşayiət olunur, mövcud xroniki patologiyanın kəskinləşməsinə səbəb olur. Qulaq ağrısı, qulağın tutulması, eşitmə qabiliyyətinin zəifləməsi də soyuqdəymə əlamətidir. Buna xəstəliyin törətdiyi fəsad deyilir. Xəstəliyin ağır gedişinin və fəsadlaşmasının yüksək riski olan qruplar vardır. Bura hamilə və doğuşdan sonrakı 2 həftəyədək olan zahı qadınlar, 59 ayadək olan körpələr, 5 yaşadək olan uşaqlar, yaşı 65-dən yuxarı olan şəxslər, xroniki xəstəlikləri olan insanlar və immuniteti zəif olan şəxslər aiddir. Həmçinin İİV/QİÇS-ə yoluxmuş, steroid və immunsupressor (iltihab əleyhinə) dərmanlarla müalicə və ya profilaktika alan pasiyentlər. Ümumiyyətlə, qripin fəsadları iki qrupa bölünür. Birinci qrupa aid fəsadlar bilavasitə qripin gedişi ilə əlaqədar olur. Buraya hemorragik ödemi, meningit, meningoensefalit, toksik şok aiddir. İkinci qrup ağırlaşmalar isə xəstəliyin sonrakı 4-5-ci günündə meydana çıxır və adətən bakterial infeksiyanın qoşulması ilə əlaqədar olur. Ən təhlükəli və tez-tez baş verən ağırlaşma pnevmoniyadır. Pnevmoniya həm ilkin olaraq, həm də yuxarı tənəffüs yollarının virus infeksiyalarından sonra da inkişaf edə bilər. İkincili pnevmoniyaya ən çox səbəb olan bakterial infeksiyalardı. Belə pnevmoniya xəstəliyin birinci həftəsinin sonunda - ikinci həftənin əvvəlində inkişaf edir. 

A.Qeybulla bildirdi ki, payız-qış mövsümündə orqanizmin immuniteti müəyyən qədər zəifləyir. Orqanizmi gücləndirmək üçün sağlam qidalar qəbul edilməli, gündəlik rasionda daha çox təzə meyvə-tərəvəz olmalı, kifayət qədər maye qəbul etmək lazımdır: 

- Hava-damcı ilə yayılan digər kəskin respirator virus infeksiyalarından qorunma yolları eynidir. Yəni əllərin tez-tez yuyulması, gigiyenik qaydalara əməl etmək, qrip simptomları olan şübhəli şəxsləri təcrid etmək, tibbi maskalardan istifadə, xəstələrlə sıx təmasdan çəkinmək, sosial məsafəni gözləmək, insanların kütləvi toplaşdığı məkanlarda olmamaq, çirkli əllərlə gözlərə, buruna və ya ağıza toxunmamaq tövsiyə edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Noyabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri