Icma.az
close
up
RU
İndoneziyada ara qarışıb: Millət vəkillərinə verilən...

İndoneziyada ara qarışıb: Millət vəkillərinə verilən...

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

İndoneziya Prezidenti Prabovo Subianto, ölkədə etirazlara səbəb olan millət vəkillərinə verilən ödənişlərin ləğv ediləcəyini açıqlayıb.

"Cebheinfo.az" “Antara News” agentliyinə istnadən xəbər verir ki, Prezident Subianto paytaxt Cakartadakı Merdeka Sarayında minlərlə insanın etiraz etdiyi millət vəkili imtiyazları ilə bağlı bəyanat verib.

Subianto millət vəkillərinə verilən ödənişlərin və xarici səfərlərin müvəqqəti dayandırılması da daxil olmaqla bəzi parlament siyasətlərinin ləğv olunmasına qərar verildiyini bildirib. Prezident parlamentin yaxın zamanda ictimaiyyətlə “birbaşa dialoqa” başlayacağını və bu dialoqa icmaların və tələbələrin nümayəndələrinin dəvət ediləcəyini qeyd edib. Subianto ictimaiyyətin diqqət çəkdiyi digər təkliflərin də nəzərə alınacağını və bu məsələdə 8 partiyanın liderlərinin razılaşdığını vurğulayıb.

Xatırladaq ki, İndoneziyanın paytaxtı Cakartada 28 avqust tarixində Milli Parlament binası yaxınlığında millət vəkillərinin maaşlarına və yüksək ödənişlərə qarşı keçirilən etiraza hüquq-mühafizə orqanları müdaxilə etmişdi. Etiraz məntəqəsinə yaxın bir yerdən keçdiyi ehtimal edilən motosiklet polis maşını tərəfindən əzilmiş, motosikletin sürücüsü – 21 yaşlı Affan Kurniavan – xəstəxanaya çatdırılsa da, həyatını itirmişdi.Affanın ölümündən sonra etirazlar daha da şiddətlənmişdi.

Prezident Subianto hadisə yerindəki polis əməkdaşlarının “həddindən artıq hərəkətlərini” qınamış və “Əgər qüvvədə olan qaydalara zidd və uyğunsuz davranışlar aşkar olunarsa, qanunlara uyğun şəkildə ən sərt cəza tədbirləri görüləcək,” deyə bildirmişdi. Hadisədən sonra başlanan istintaq çərçivəsində 7 polis əməkdaşı saxlanılıb. Etirazlar yalnız Cakartada deyil, Yogyakarta, Bandung, Semarang, Surabaya və Medan şəhərlərinə də yayılıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Sentyabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri