İnfarkt zamanı nə etməli? 7 vacib addım
Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ürək-damar xəstəlikləri ölüm səbəbləri arasında birinci yerdədir və hər il çox sayda insan bu səbəbdən dünyasını dəyişir. Xüsusilə 45 yaşdan aşağı şəxslər arasında ürək tutması halları artmaqdadır və bu yaş qrupunda da infarkt riski yüksəkdir.
Pravda.az bildirir ki, infarkt zamanı vaxtında və düzgün müdaxilə həyatı xilas edə bilər. Bu vəziyyətdə görülməsi vacib olan 7 ilkin yardım addımını təqdim edirik:
103-ə zəng edin, təcili yardım çağırın.
Aspirin varsa, şəxsə verin və çeynəməsini təmin edin.
Rahat vəziyyətdə oturdun və ya uzadın.
Dar geyimləri çıxarın.
Dərin və yavaş nəfəs almağa kömək edin.
Nabz zəifləyərsə, öskürməsini təşviq edin.
Şəxsi tək buraxmayın, şüur və tənəffüsünü nəzarətdə saxlayın.
İnfarkt əlamətləri – sinənin ortasında sıxıcı ağrı, sol qola, kürəyə yayılan sancı, ani nəfəs darlığı, soyuq tər və ölüm qorxusu – dərhal tibbi müdaxilə tələb edir. Ailəsində ürək xəstəliyi olanlara ilk yardım təlimi almaq tövsiyə olunur.
Qeyd: Sağlam qidalanın, siqaretdən uzaq durun, aktiv həyat tərzi seçin və mütəmadi olaraq həkim müayinəsindən keçin. Bu sadə addımlarla infarkt riski əhəmiyyətli dərəcədə azaldıla bilər.
Əminə Bayramova


