Icma.az
close
up
RU
DTX nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir?

DTX nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir?

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Azərbaycana ekstradisiya olunan Zahirəddin İbrahimov qanunsuz hərəkətlərinə görə Rusiya vətəndaşlığından məhrum edilib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova belə deyib. Onun sözlərinə görə, Rusiya qanunvericiliyi Rusiya Federasiyası vətəndaşını başqa ölkəyə  ekstradisiya etməyə imkan vermir. Mariya Zaxarova Zahirəddin İbrahimovun daha əvvəl qanunsuz hərəkətlərinə görə Rusiya Federasiyası vətəndaşlığından məhrum olunduğunu söyləyib.

Zahirəddin İbrahimov Agarza oğlu, 1954-cü il fevralın 22-də Lənkəran rayonunun Şaglaser kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra Lənkəran Pedaqoji Texnikumunu, sonra isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Sonra  separatçı “Avesta” cəmiyyəti yaradıb. 1992-93-cü illərdə Şaglaser kəndində sovxoz direkroru işləyib.  1997-ci ildən Rusiyanın Yekaterinburq şəhərinə köçüb. 2002-ci ildə Rusiya vətəndaşlığı alıb. 2017 və 2019-cu illərdə Ermənistanda təşkil olunmuş separatçı talış konfranslarında iştirak edib. 

Azərbaycandakı etnik azlıqların hüquqlarının müdafiəsi komitəsinin sədri kimi təqdim edilən Zahirəddin İbrahimov Yekaterinburq şəhərində yaşayıb, illər ərzində Ermənistanın paytaxtında təşkil edilən saxta tədbirlərdə Azərbaycan əleyhinə çıxışlar edib. O, Ermənistanda keçirilmiş qondarma konfranslarda Azərbaycan əleyhinə saxta ittihamlar səsləndirib, qərəzli bəyanatlar verib, ölkəmizdə separatizmi alovlandırmaq məqsədilə Ermənistanın müvafiq strukturlarının tapşırıqlarını yerinə yetirib. Bir müddət əvvəl məsələ ilə bağlı mətbuata açıqlama verən vəkil Səyyarə Əliyeva müvəkkili olduğu Zahirəddin İbrahimovun həqiqətən DTX-nın istintaq təcridxanasına yerləşdirildiyini təsdiq edib. Bildirib ki, Zahirəddin İbrahimov dindirilərkən Ermənistanla əlaqələrini və digər məsələləri etiraf edib.  Zahirəddin İbrahimovun fəaliyyətinə nəzər yetirdikdə, məlum olur ki, o, heç də öz ağlının və zəkasının nəticəsi olaraq, doğulub boya-başa çatdığı dövlətinə, milli kimliyinə daş atmır. Zahirəddin İbrahimovun iradəsizliyindən və maddiyyata daha çox meyl etməsindən istifadə edən Ermənistanın xüsusi xidmət orqanları onu tora salmaqla məkrli niyyətlərini həyata keçirməyə nail olublar. Nəticədə Zahirəddin İbrahimov Ermənistan DTX-sının əlində oyuncağa çevrilib. Məhz Ermənistan DTX-sının sifarişləri əsasında o, YouTube kanalında talış dilində veriliş aparıb. Hətta ona ofis, aylıq 12 min 800 ABŞ dolları maliyyə yardımları göstərilib. Bu cür maddi və mənəvi dəstəkdən ruhlanan Zahirəddin İbrahimov 2012-ci ildə qurulan “Talış Mədəniyyəti Mərkəzi”nin təsisçilərindən biri olub. Bununla yanaşı, Azərbaycana qarşı qarayaxma kampaniyasının detallı şəkildə aparılması üçün Zahirəddin İbrahimov dəfələrlə Ermənistanda olub. Səfəri çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının binasında rəhbər şəxslərlə görüşlər və müzakirə aparıb. Bunu Zahirəddin İbrahimovun vəkili Səyyarə Əliyeva da mətbuata açıqlamasında qeyd edib. Bildirib ki, Zahirəddin İbrahimov istintaq tərəfindən dindirilmə zamanı Ermənistanla əlaqələrindən danışıb. pizza hut

Vəkil Cavad Cavadov “Yeni Müsavat”a deyib ki, Zahirəddin İbrahimovun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsinin tərkibi var: “Cinayət Məcəlləsinin 274-cü maddəsi  dövlətə xəyanət adlanır. Casusluq, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyi əleyhinə fəaliyyətdə iştirak etmiş şəxslər bu maddə ilə ittiham olunurlar. Cinayət Məcəllənin 281-ci maddəsi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına yönələn açıq çağırışlar edən şəxslər ittiham olunurlar. Məcəllənin 283-cü maddəsi ilə etnik nifrət və ayrı-seçkilik salmağa yönələn çağırışlar edənlər ittiham olunurlar. Bu maddələr üzrə sübutlar mövcud olarsa və günahı təsdiqlənərsə, Zahirəddin İbrahimovu 12 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə, hətta ömürlük həbs də gözləyə bilər”.

Tanınmış vəkil bildirib ki, Zahirəddin İbrahimovun vətəndaşlığı olmayan şəxs statusunda olması onu cinayət məsuliyyətindən azad etmir: “Əgər əməl Azərbaycan ərazisində və ya Azərbaycan Respublikasına qarşı törədilibsə, Azərbaycan qanunvericiliyi bu əməlləri məhz ölkədaxili hüquqi müstəvidə qiymətləndirir. Zahirəddin İbrahimovun hekayəsi sadəcə bir şəxsin xəyanəti deyil, həm də dövlətin milli təhlükəsizliyinə qarşı yönəlmiş uzunmüddətli düşmənçilik planının fraqmentidir. Ermənistanın öz məqsədləri üçün etnik və sosial zəmində manipulyasiya etməsi, casus şəbəkələri formalaşdırması yeni deyil. Lakin Azərbaycan hüquq-mühafizə orqanları vəziyyəti nəzarətdə saxlayaraq, torpağını satanları həbs edir. Azərbaycan məhkəməsi belə əməllərə öz qiymətini verəcək. Qanunun ən sərt üzü belə şəxslərə göstərilməlidir”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 İyul 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri