İnfeksiya artıq epidemiya halını alıb, tibbi maskalardan istifadə etmək lazımdır Həkim terapevt
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Mövsümlə əlaqədar virus infeksiyalarının sayı həddən çox artıb. Nəzərə alsaq ki, müəyyən tədqiqatlar aparılıb və tədqiqatların nəticəsi olaraq dəyərləndirilib ki, bugünkü gündə uşaqlar və böyüklər arasında yayılan virus daha çox qrip virusudur. Qripin influenza A variantıdır. Buna münasibət həkimlərdən xüsusi yanaşma tələb edir".
Bunu həkim-terapevt Şahvələd Məmmədov Redaktor.az-a son zamanlar geniş yayılan qrip virusundan danışarkən bildirdi.
"Hardasa oktyabr-noyabr aylarında artıq Səhiyyə Nazirliyi tərəfindən xəbərdarlıq edilib ki, beş yaşa qədər uşaqlar, xroniki xəstəliyi olan yaşlı insanlar və bu risk qrupuna aid şəxslər qarşıdan gələn virus infeksiyaları ilə bağlı, qriplə mübarizə məqsədilə qrip əleyhinə peyvəndləməyə cəlb olunsunlar. Zamanında uşaqların digər profilaktik peyvəndləri alması da böyük rol oynayır", - deyə o vurğuladı.
Terapevtin sözlərinə görə, bəzi valideynlər hələ də uşaqlarını profilaktik peyvəndlərdən yayındırırlar:
"Bu da uşaqların immun sistemində çatışmazlıqlara gətirib çıxarır və tez-tez xəstələnmə hallarına səbəb olur. İnfeksiya artıq epidemiya halını alıb. Qapalı məkanlarda ehtiyatlı olmaq, lazım gəlsə tibbi maskalardan istifadə etmək və əllərin gigiyenasına fikir vermək lazımdır. Xəstə olan şəxslərlə məsafə saxlamaq da vacibdir".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 07 Yanvar 2026 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















