Icma.az
close
up
RU
İnformasiya əlçatanlığı Azərbaycan dilində mənbələr yetərlidirmi?

İnformasiya əlçatanlığı Azərbaycan dilində mənbələr yetərlidirmi?

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İnternet resursları inkişaf etdikcə, bir çox dillərdə müxtəlif informasiyaların əlçatanlığı daha da sadələşir. Əvvəllər sadəcə beynəlxalq dillərdə dərc olunan bəzi məlumatların zamanla bütün yerli dillərə tərcümə olunması insanlarda araşdırma və axtarış vərdişlərini xeyli rahat hala gəlirdi.

Hazırda virtual dünyada bir növ ensiklopediya funksiyasını yerinə yetirən “Vikipediya”, bir çox informasiyaları dünyanın əksər dillərində milyardlarla oxucuya ötürür. Digər platformalardan fərqli olaraq, ciddi formada mənbə və istinad tələbi olan “Vikipediya” son illər məlumat və dəqiqlik baxımından xeyli zənginləşib. Bu platformanın digərlərindən başlıca fərqi odur ki, burada dataların daha sistemli və yarımbaşlıqlarla sistemləşdirilməsi öz əksini tapıb. 

Müasir dövrdə insanların bir çoxu günlük informasiyaları əksər hallarda xəbər saytlarından və ya sosial şəbəkələrdən əldə edir. Lakin nəzərə almaq lazımdır ki, belə plaftormalarda dərc olunan məlumatların əksər hissəsi özündə konkret mənbəyə əsaslanmır. Bu isə hər hansı bir datanın dəqiq olub-olmamasını şübhə altında qoyur. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müstəqil araşdırmaçı və jurnalist Cavid Ağa bildirib ki, Azərbaycanda akademik ədəbiyyatın tərcümələri çox azdır:

“Məncə ölkəmizdə informasiyanın əlçatanlığı qənaətbəxş deyil. Bunun da əsas səbəbi odur ki, tərcümələr çox yoxdur. Bizdə bədii ədəbiyyatın tərcüməsi çoxdur, amma akademik ədəbiyyatin tərcüməsi çox azdır. Məsələn, Türkiyədən nümunə gətirsək, türk alimlər Çin dilində olan məqalələri tərcümə edərək, türk dilinə qazandırırlar. 

Mən bunun azlığının səbəbini onda görürəm ki, bizdə ümumiyyətlə insanlar akademik yazıya öyrəşməyib. Bizdə elmi jurnallar çox azdır. Bir neçə universitetlərin jurnalları var, amma bunlar da çox populyar deyil. Akademik yazı az olduğu üçün, əlçatanlıq da azdır. İnformasiyanın dəqiq olmasının yoxlanmasında biraz da oxucu bicliyi lazımdır. Əgər bir məlumat varsa və onun istinadı yoxdursa, bundan şübhələnməyə tam haqqımız çatır. Mən artıq 12 ildən çoxdur ki, “Vikipediya”da məqalə yazıram. Həmişə istinadı əlavə edirəm. Kiminsə mənbə ilə bağlı sual verməsinə yer qoymuram.

 Bildirirəm ki, mən mənbəni qeyd etmişəm, istəyirsən get tap və dəqiqləşdir. Azərbaycanda mənbələrlə bağlı başlıca problem odur ki, əgər mənbə xarici dildədirsə, xüsusilə insan adları Azərbaycan dilinə transliterasiya ediləndə çətinlik çəkilir. Məsələn, kiril əlifbası ilə yazılıbsa onu Azərbaycan dilinə transliterasiya edirlər. Rus dilini bilməyən adam bunun əslini öyrənməkdə çətinlik çəkə bilər. Bunun üçün də akademik yazı dilini öyrənmək vacibdir”.

Cavid Ağa müəllif hüquqları və informasiyanın natamam təqdimatı məsələsinə də toxunub:

“Bu məsələdə hüququn yəqin ki, sərtləşdirilməsinə ehtiyac var. Müəlliflik hüququ təəssüf ki, işə düşmür. Mən bir çox xəbər saytlarında görürəm ki, hər hansı bir foto dərc edilir, amma fotonun müəllifinin bundan xəbəri yoxdur. Fotonun müəllifinə hər hansı bir ödəniş olunmur. Biz adicə “Vikipediya”ya şəkil yükləyən zaman əlimizə gələn hər materialı yükləyə bilmirik. “Vikipediya” bizdən tələb edir ki, həmin şəklin müəllifini qeyd etməlisən. 

Əgər bu fotonun sahibi sənə icazə veribsə, bunun sübutunu göstərməlisən. Ona görə də, biz istədiyimiz hər şəkli “Vikipediya”ya qoya bilmərik. Hətta fotonun icazəsini bizə kimsə veribsə belə, biz onu sənədli-sübutlu göstərməliyik. Amma Azərbaycanda belə deyil. Tutaq ki, hər hansı bir deputat bir tədbirə qatılıb. Xəbərdə dərc olunan deputatın şəklinin konkret müəllifi var. Ancaq həmin foto yüz dəfə dərc olunsa da, həmin müəllifə hər hansı bir ödəniş edilməyib. 

Saytlarda xəbər agentliklərinə istinad olaraq, onun adını yazırlar. Halbuki hiber link olsa, fikrimcə daha yaxşı və professional olar. Çünki mən xəbərin tam versiyasını görmək istəyirəm, bəlkə sən bu yazını yarımçıq vermisən? Həm bir oxucu kimi, həm də jurnalistika peşəkarlığı baxımından mənə bunun orjinalı lazımdır. Bu çox ciddi bir məsələdir”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.   


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 İyun 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri