İnformasiya təhlükəsizliyi bu gün milli və dövlət təhlükəsizliyi deməkdir Rauf Zeyni
Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Rauf Zeyni QHT.az-a verdiyi özəl açıqlamada informasiya təhlükəsizliyinin dövlət və millətlərin mövcudluğu üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.
"Əgər bir dövlət və ya millət informasiya təhlükəsizliyini təmin edə bilmirsə, onun məhvi qaçılmazdır. XXI əsrdə informasiya təhlükəsizliyi hər şey deməkdir. Artıq müharibələr təkcə silahlarla deyil, informasiya şəbəkələrində aparılır. Bu sahədə maneələri aşan tərəflər cəmiyyətləri idarə edə bilir."
Rauf Zeyni qeyd edib ki, sosial media platformaları bu məsələdə xüsusi yer tutur və dövlət səviyyəsində informasiya təhlükəsizliyinin təmin olunması ilə yanaşı, maarifçilik işləri də genişlənməlidir:
"İnformasiya təhlükəsizliyinin vacibliyini anlamaq və hər hansı bir müdaxilənin qurbanı olmamaq üçün hər bir vətəndaş məlumatlı və savadlı olmalıdır. Maarifçilik tədbirləri bu baxımdan mühüm əhəmiyyət kəsb edir."
QHT sədri həmçinin, dövlət qurumları ilə qeyri-hökumət təşkilatlarının birgə fəaliyyətinin zəruriliyini qeyd edib:
"Digər sahələrdə olduğu kimi, informasiya təhlükəsizliyində də dövlət-QHT əməkdaşlığı vacibdir. Koordinasiya edilmiş fəaliyyət və birgə layihələr bu sahədə daha böyük effekt verəcək."
O, qeyri-hökumət təşkilatlarını bu istiqamətdə fəaliyyətlərini gücləndirməyə çağırıb və bildirib ki, informasiya təhlükəsizliyi vətəndaş cəmiyyəti üçün hər zaman aktual olub və olacaq.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

İnformasiya Təhlükəsizliyi
27 Noyabr 2024 23:29
Sosial şəbəkələr və informasiya təhlükəsizliyi
13 Dekabr 2024 14:49
Dövlət İnformasiya Təhlükəsizliyi Xidməti “govaz.am” saxta domenini bloklayıb
21 Fevral 2025 13:15
Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı internet informasiya ehtiyatı yaradılıb
30 Yanvar 2025 10:28
30 noyabr Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günüdür
29 Noyabr 2024 16:56