“İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasının açılış mərasimi keçirilir
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 3 fevral, AZƏRTAC
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşəbbüsü və institusional dəstəyi ilə SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasının açılış mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə XRİTDX-nin rəisi, general-leytenant İlqar Musayev, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi, general-mayor Davud Rüstəmov, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva, BANM-in rektoru Elmar Qasımov, İqtisadiyyat Nazirliyinin Rəqəmsal idarəetmə şöbəsinin müdiri Anar Nərimanov, Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun (ICI Buxarest) elmi direktoru Carmen Elena Cirnu və digər qonaqlar iştirak edir.
Açılış mərasimində çıxış edən XRİTDX-nin rəisi İlqar Musayev “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasının XRİTDX ilə BANM arasında imzalanmış əməkdaşlıq haqqında memorandum çərçivəsində və Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın aidiyyəti tələblərinin icrası çərçivəsində qurulduğunu qeyd edib. Eləcədə, sözügedən strategiyanın müvafiq bəndinin icrası çərçivəsində laboratoriyanın texniki imkanlarının artırılması üçün xüsusi proqram təminatlar və əlavə avadanlıqlarla təmin edilməsi üzrə işlərin İqtisadiyyat Nazirliyi ilə birgə davam etdirildiyi vurğulanıb.
Qeyd olunub ki, laboratoriyanın istifadəyə verilməsi ölkədə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində praktik bacarıqlara əsaslanan kadr hazırlığının gücləndirilməsi, real test mühitlərinin formalaşdırılması və milli kibertəhlükəsizlik ekosisteminin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Açılış mərasimi çərçivəsində XRİTDX-nin təşəbbüsü ilə NATO və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə birgə icra olunan “Cyber Polygon” layihəsinin təqdimatı da keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 03 Fevral 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















