Icma.az
close
up
RU
İngiltərə də Rusiyaya yeni sanksiya tətbiq etdi

İngiltərə də Rusiyaya yeni sanksiya tətbiq etdi

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərə Xarici İşlər Nazirliyi Rusiyanın neftinin hasilatı və daşınmasında iştirak edən, hərbi istehsalı asanlaşdıran, həmçinin maliyyə xidmətləri sahəsində tətbiq olunan sanksiyalardan yayınmağa kömək edən Rusiya vətəndaşları və təşkilatlarını hədəf alan yeni məhdudiyyətləri açıqlayıb.

Yeni sanksiya siyahısına ümumilikdə 38 təşkilat daxil edilib.

Onların arasında Rusiya neft şirkətləri, "kölgə donanması”na daxil olan tankerlər və Rusiya ordusu üçün mühüm əhəmiyyət daşıyan malları tədarük edən şirkətlər var.

Nazirliyin açıqlamasında bildirilib:

"Maliyyə xidmətləri və kriptovalyuta birjaları da daxil olmaqla, Rusiyanın sanksiyalardan yayınmasına kömək edənlərə qarşı da sərt tədbirlər görürük. Mesaj olduqca aydındır. Əgər Rusiyanın bu müharibəni maliyyələşdirməsinə və ya təchiz etməsinə kömək etsəniz, bunun nəticələri ilə üzləşəcəksiniz”.

Açıqlamada Zarubezhneft və INK Capital adlı 2 Rusiya neft şirkətinə də sanksiya tətbiq edildiyi bildirilib. Qeyd olunub ki, Böyük Britaniya G7 ölkələri arasında Rusiyanın 4 ən böyük neft şirkətinə qarşı sanksiya tətbiq edən ilk ölkədir.

Həmçinin Rusiyanın "kölgə donanması”nın bir hissəsi kimi fəaliyyət göstərən daha 12 neft tankerinin sanksiya siyahısına daxil ediləcəyi açıqlanıb. Bununla da Böyük Britaniyanın sanksiya tətbiq etdiyi belə tankerlərin ümumi sayının 600-ü keçəcəyi bildirilib.

Yeni sanksiya paketi ABŞ və Aİ tərəfindən Rusiyanın müharibəni davam etdirməsi üçün həyati əhəmiyyət daşıdığı hesab edilən malların tədarükündə iştirak edən 17 hüquqi və fiziki şəxsi də əhatə edir.

Sanksiya siyahısına Rusiyanın ballistik raket və pilotsuz uçuş aparatları istehsalı üçün mühüm əhəmiyyət daşıyan dəzgah, elektron avadanlıq və materialların Rusiyaya idxalını həyata keçirən şirkətlərin də daxil edildiyi vurğulanıb.

///sfera.az///

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 08 Oktyabr 2026 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri