İngiltərə ilə Polşa razılaşdı, Almaniya və Fransa da qoşulacaq: Rusiya nəzarətə götürülür
Publika.az saytına istinadən Icma.az xəbər verir.
Böyük Britaniya və Polşa Böyük Britaniyanın baş naziri Kira Starmerin Varşavaya gözlənilən səfəri zamanı Rusiyanı nəzarət altına almaq bəndini ehtiva edən pakt (böyük siyasi mənafelər üçün beynəlxalq müqavilə) bağlayacaqlar.
Publika.az xəbər verir ki, bu barədə “Politico” jurnalı məlumat yayıb.
"Böyük Britaniyanın Avropa ilə münasibətlərinin daha geniş şəkildə yenidən qurulmasının əsas elementi olacaq, eyni zamanda Fransa və Almaniya ilə son razılaşmalara əsaslanacaq müqavilənin razılaşdırılması üçün danışıqların bu ay başlanması gözlənilir", - deyə nəşr qeyd edir.
Bildirilir ki, London və Varşava artıq birgə müdafiə layihələrini fəal şəkildə həyata keçirirlər. Xüsusilə, söhbət Baltik dənizində patrul işi üçün yeni hərbi gəmilərin tədarükünü nəzərdə tutan "Miecznik AH140" freqatının (Aralıq dənizində sərbəst əməliyyat apara bilən kiçik döyüş gəmisi) yaradılmasından gedir. Hava hücumundan müdafiə sisteminin tətbiqi üçün də tədbirlər görülür.
Adəm Abbaslı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 17 Yanvar 2025 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















