İngiltərə millisinin sabiq yarımmüdafiəçisi İtaliya A seriyasının autsayderinə keçdi
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İngiltərə milli futbol komandası və "Tottenhem" klubunun sabiq üzvü Dele Alli İtaliya A Seriyasının "Komo" klubuna keçib.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, 28 yaşlı ingilis 2026-cı ilin yayınadək müqavilə imzalayıb.
Müqaviləyə, həmçinin daha bir mövsüm uzatma seçimi də daxil ediləcək.
İngilis futbolçu 2024-cü ilin yayında "Everton"dan ayrılıb, o vaxtdan sərbəst agent statusunda qalıb. Klub karyerasında o, həmçinin İngiltərənin "Milton Keyns Dons" və Türkiyənin "Beşiktaş" klublarında çıxış edib. Alli 2015-2022-ci illərdə "Tottenhem"in heyətində oynayıb.
Alli İngiltərə milli komandasının əsas heyətində 2015-ci ildə debüt edib. Ümumilikdə milli komanda üçün 37 oyun keçirib və üç qol vurub. Futbolçunun 28 yaşı var və mərkəz yarımmüdafiəçi mövqeyində çıxış edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 20 Yanvar 2025 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















