İngiltərə və Fransa Ukraynaya qoşun göndərəcək? “Starmerlə Makron müzakirələr aparır” AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Avropa ölkələrində Ukraynaya öz hərbçilərinin, ya da özəl hərbi şirkətlərin döyüşçülərinin göndərilməsi ilə bağlı söhbətlər yenidən başlayıb.
“AzPolitika” xəbər verir ki, bu barədə “Le Monde” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
Xəbərdə deyilir ki, xüsusilə də bu məsələni Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Key Starmer müzakirə edir. Lakin onların ideyası bir sıra digər ölkələrdən, o cümlədən Almaniyadan dəstək görmür.
Bu söhbətlərin yenidən başlamasına səbəb Donald Trampın ABŞ Prezidenti seçilməsi və Ukraynaya bundan sonra hərbi yardımın göstərilməsinin azalmasından narahatlıq olub.
Britaniyalı məmurlardan biri qəzetə deyib: “Böyük Britaniya və Fransa arasında xüsusən də Ukrayna və daha geniş Avropa təhlükəsizliyinə yönəlmiş Avropada əsas müttəfiqlər qrupunun yaradılması məqsədi ilə müdafiə sahəsində əməkdaşlıqla bağlı müzakirələr davam edir”.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 25 Noyabr 2024 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















