İngiltərədə qızılca xəstəliyindən daha bir nəfər həyatını itirib, yoluxmalar artır
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.
İngiltərədə qızılcadan daha bir nəfərin ölməsi fonunda xəstəliyə yoluxma halları artmaqda davam edir.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin məlumatına əsasən, bu il yanvarın əvvəlindən iyulun 6-dək İngiltərədə 883 təsdiqlənmiş qızılca yoluxması qeydə alınıb. Müqayisə üçün qeyd olunur ki, 2025-ci il ərzində ümumilikdə 959 yoluxma halı təsdiqlənib.
Son ölüm halı iyun ayında qızılcadan həyatını itirən iki uşaqdan sonra qeydə alınıb. Rəsmilərin bildirdiklərinə görə, vəfat edən yetkin şəxsin immun sistemi ilə bağlı yanaşı, sağlamlıq problemi də olub.
Məlumata görə, İngiltərənin bütün regionlarında qızılca halları aşkarlanıb. Yoluxmaların 52 faizi Londonun, 17 faizi Vest-Midlendsin, 10 faizi isə şimal-qərb regionunun payına düşür. Yoluxanların əksəriyyətini 10 yaşdan kiçik uşaqlar təşkil edir.
Artan yoluxmalar fonunda Milli Səhiyyə Xidməti qızılca, epidemik parotit və məxmərəkdən qoruyan MMR peyvəndini vurdurmayan 2–11 yaşlı uşaqların valideynlərinə yönəlmiş əlavə peyvənd kampaniyasına başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 09 İyul 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















