İngiltərədə transgenderlərə qadın futbol komandalarının oyunlarında iştirak etmək qadağan olunacaq
Icma.az, Oxu.az saytına istinadən bildirir.
İngiltərə Futbol Assosiasiyası transgenderlərin qadınlar arasında keçirilən futbol yarışlarında iştirakını qadağan etmək barədə qərar qəbul edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə təşkilatın mətbuat xidməti rəsmi açıqlama yayıb.
Bildirilib ki, yeni qayda 2025-ci il iyunun 1-dən etibarən qüvvəyə minəcək.
"Başa düşürük ki, bu qərar sevdikləri oyunu, özlərini identifikasiya etdikləri gender üzrə oynamaq istəyən şəxslər üçün çətin ola bilər. Hazırda qeydiyyatda olan transgender qadınlarla əlaqə saxlayır və dəyişiklikləri, eləcə də onların bu idman növündə gələcək iştirak imkanlarını izah edirik", - deyə assosiasiyanın bəyanatında vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl Şotlandiya Futbol Assosiasiyası da analoji qaydada transgenderlərin qadın futbol yarışlarında iştirakını məhdudlaşdıracağı ilə bağlı qərar vermişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 01 May 2025 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















