İngiltərəli nazir yazdığı mesaja görə üzr istədi FOTO
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Böyük Britaniyanın dəmir yolu naziri Lord Piter Hendi ikimərtəbəli avtobus sürərkən mobil telefonundan istifadə etdiyini etiraf edib.
Globalinfo.az xəbər verir ki, bu barədə nazirin mətbuat katibi BBC-yə danışıb.
“Hadisə keçən ay olub. O, Londonda köhnə “Routemaster” avtobusunu idarə edərkən bir dostuna mesaj yazıb. Nazir bunu gizlətmək əvəzinə, səhvinə görə polislə əlaqə saxlayıb”, – deyə sözçü bildirib.
Lord Hendiyə yaxın mənbə, onun mümkün cərimələri qəbul edəcəyini söyləyib.
Həmçinin nazir görüntülər yayımlandıqdan sonra ictimaiyyətdən üzr istəyib.
Qeyd edək ki, bu, Britaniyada ilk belə hal deyil. Belə ki, keçmiş təhlükəsizlik naziri və deputat Tom Tuqendat 2022-ci ildə sükan arxasında olarkən telefonla danışıb və altı ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 13 Aprel 2025 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















