Icma.az
close
up
RU
İnkişaf Tərəfdaşları İqlim Qrupunun 8 ci koordinasiya görüşündə COP29 un nəticələri barədə məlumat verilib

İnkişaf Tərəfdaşları İqlim Qrupunun 8 ci koordinasiya görüşündə COP29 un nəticələri barədə məlumat verilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 5 fevral, AZƏRTAC

Böyük Britaniyanın Türkmənistandakı səfirliyi və BMT-nin bu ölkədəki nümayəndəliyi tərəfindən təşkilatın binasında diplomatik korpusun iştirakı ilə keçirilən İnkişaf Tərəfdaşları İqlim Qrupunun 8-ci görüşündə 2024-cü ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əsas nəticələri barədə brifinq təqdim edilib.

Azərbaycanın Türkmənistandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, səfiri Qismət Gözəlov COP29-da əldə olunan mühüm nəticələr barədə məlumat verərək, Azərbaycanın beynəlxalq əməkdaşlıq və iqlim dəyişikliyi məsələlərindəki fəaliyyətlərini vurğulayıb. Eyni zamanda, Azərbaycanın iqlim siyasətindəki əsas prioritetlər, regional və qlobal səviyyədə ölkəmiz tərəfindən həyata keçirilən təşəbbüslər və gələcək əməkdaşlıq imkanları barədə geniş məlumat verilib.

Q.Gözəlov bildirib ki, 2024-cü ildə COP29-un məhz Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq arenada artan nüfuzunun göstəricisidir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi 2024-cü ilin ən vacib hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır. Bu, Azərbaycanın beynəlxalq səviyyədə iqlim dəyişikliyi ilə mübarizədəki fəallığını və bu sahədəki liderlik rolunu daha da gücləndirir.

Qeyd edilib ki, Azərbaycan qlobal tədbirə uğurla hazırlıq görüb və cəmi 10 ay ərzində məqsədlərini həyata keçirməyə nail olub. COP29 çərçivəsində baş tutmuş Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində 34 yüksək səviyyəli tədbir, 250-dən çox xarici tərəfdaşın birgə təşkilatçılığı ilə ekologiya, maliyyə, investisiya, enerji, sülh, elm, texnologiya, qida təhlükəsizliyi, urbanizasiya və gender bərabərliyi kimi mövzular üzrə 100-dən çox tədbir keçirilib. Vurğulanıb ki, COP29-un mühüm qərarlarından biri 1,3 trilyon ABŞ dolları məbləğində yeni iqlim maliyyəsi hədəfinin müəyyən olunması olub. Bu çərçivədə 2009-cu ildə qəbul edilmiş 100 milyard dollarlıq maliyyə öhdəliyi üçqat artırılaraq ən azı 300 milyard dollara çatdırılıb.

Diplomat Azərbaycanın COP29-a sədrliyi dönəmində iqlim məsələlərindəki mövqeyini daha da möhkəmləndirmək üçün təşəbbüsləri və səyləri davam etdirəcəyini qeyd edib.

Brifinq zamanı sinevizyon vasitəsilə COP29-da qazanılan nailiyyətlər və xronoloji statistik məlumatları ətraflı əks etdirən videoçarx nümayiş olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Fevral 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri