Icma.az
close
up
RU
İnklüzivliyə texnoloji töhfə Jest dili tətbiqi hazırlanır

İnklüzivliyə texnoloji töhfə Jest dili tətbiqi hazırlanır

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rəsmi rəqəmlərə görə, Azərbaycanda eşitmə məhdudiyyətli 12 500-dən çox şəxs yaşayır. Onların qarşılaşdığı əsas çətinliklərdən biri vahid işarə dili (jest dili) lüğətinin olmamasıdır. Bu problemi aradan qaldırmaq məqsədilə 2019-cu ildə “Nar”ın sosial məsuliyyət strategiyası çərçivəsində “Karlara Dəstək” İctimai Birliyi ilə birgə jestdili.az adlı elektron işarə dili lüğəti istifadəyə verildi. Hazırda bu təşəbbüs daha bir addım irəli aparılır – ADA Universiteti, ADA Universiteti Fondu, “Nar”, bp və onun tərəfdaşlarının dəstəyi ilə jest dili mobil tətbiqi hazırlanır.

Bu təşəbbüs Prezident İlham Əliyevin bu yaxınlarda təsdiqlədiyi və Azərbaycan işarət dilini rəsmi ünsiyyət vasitəsi kimi tanıyan Qanunla da uyğunlaşır. Belə bir dövrdə tətbiqin hazırlanması ölkədə inklüzivliyin inkişafı istiqamətində əhəmiyyətli bir addım sayılır. Bəs yeni tətbiq hansı imkanları təqdim edəcək və hazırda işlər hansı mərhələdədir? Bu suallara cavab tapmaq üçün layihə üzərində çalışan komanda ilə görüşdük.

Layihənin məzmun hissəsini həyata keçirən “Karlara Dəstək” İctimai Birliyinin sədri Kamran Abasov bildirir ki, ölkədə ilk dəfə olaraq vahid işarə dili bazasının yaradılması məhz “Nar”ın dəstəyi ilə mümkün olub: “Bu təşəbbüs eşitmə və nitq məhdudiyyətli şəxslərin informasiya əldə etmə imkanlarını genişləndirmək və onların cəmiyyətə daha fəal inteqrasiyasını təmin etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırda tətbiq vasitəsilə bu lüğətin gündəlik istifadəyə inteqrasiyası hədəflənir”.

ADA Universitetinin mühəndislik fakültəsinin müəllimi və jest dili tətbiqinin hazırlanması üzrə layihə rəhbəri Nurəddin Sədili isə vurğulayıb ki, tətbiq, həm funksionallıq, həm də öyrənmə metodu baxımından effektiv bir vasitə olacaq: “Bu sistem xarici dilləri öyrənmək üçün istifadə olunan Duolingo kimi platformalara bənzəyir. Tətbiqdə 500-ə yaxın söz, 18 bölmə və 1000-ə yaxın səhifə var. Məqsədimiz elə bir rəqəmsal öyrənmə mühiti yaratmaqdır ki, eşitmə məhdudiyyətli şəxslər, onların ailələri və bu dili öyrənmək istəyən istənilən şəxs heç bir kənar kömək olmadan jest dilini mənimsəyə bilsin”.

Layihənin texniki tərəfinə nəzarət edən Amir Adamov bildirib ki, tətbiqin şəkil və video məzmunu üzrə çəkiliş və montaj işləri artıq tamamlanıb: “Hazırda tətbiqin proqramlaşdırma mərhələsi və son testləri aparılır. Məqsədimiz istifadəçi dostu, çevik və əlçatan bir platforma təqdim etməkdir. Gələcək mərhələlərdə isə bu tətbiq peşə öyrədilməsi və ixtisas yönümlü jest dili modullarını da əhatə edə bilər”.

“Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova isə bildirib ki, şirkətin sosial layihələrə yanaşması hər zaman bərabərlik və empatiya üzərində qurulub: “Biz texnologiyanı yalnız rahatlıq vasitəsi deyil, həm də sosial bərabərlik yaratmaq üçün bir alət hesab edirik. Jest dili tətbiqinə verdiyimiz dəstək, məhz bu yanaşmanın davamıdır. Layihə bizim üçün həm texnoloji yenilik, həm də cəmiyyətin hər bir üzvü üçün daha inklüziv bir gələcəyin qurulmasına töhfədir”.

Sosial layihələrə mütəmadi olaraq dəstək göstərən bp şirkətinin xarici kommunikasiyalar üzrə regional rəhbəri Tamam Bayatlı bildirib ki, bu cür təşəbbüslər inklüziv cəmiyyət quruculuğunu sürətləndirmək imkanı olan tərəflərin səylərini bir araya gətirmək üçün çox vacibdir. “Biz böyük məmnuniyyətlə bu təşəbbüsə qoşularaq inklüziv cəmiyyətin formalaşmasına dəstək verən onlarla digər layihəmizdə olduğu kimi səylərimizi eyni məqsədlə tərəfdaşlarımızla birləşdirmək istəmişik. Bu məqsəd hamı üçün bərabər imkanların yaradılması, cəmiyyətin bütün üzvləri üçün istər təlim və təhsil, istərsə də digər inteqrasiya vasitələrinin əlçatan olmasını təmin etməyə xidmət edir”.

Bəli, inklüziv cəmiyyət qurmaqdan danışırıqsa, bu, yalnız eşitmə məhdudiyyətli şəxslərin deyil, cəmiyyətin hər bir üzvünün məsuliyyətidir. İşarə dilini öyrənməyi əlçatan və rahat edən bu tətbiq isə yaxın vaxtlarda istifadəyə veriləcək.

Məqalənin sonunda bu layihənin həyata keçirilməsinə dəstək göstərən “Nar”, ADA Universiteti, ADA Universiteti Fondu, bp və onun tərəfdaşlarına təşəkkürümüzü bildiririk. Onların dəstəyi bu təşəbbüsün gerçəyə çevrilməsində əvəzsiz rol oynayıb. Eyni zamanda, digər şirkət və təşkilatları da bu sosial önəmli təşəbbüsə dəstək olmağa və daha inklüziv cəmiyyətin qurulması istiqamətində birgə addım atmağa dəvət edirik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 May 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri