Icma.az
close
up
RU
İnnovasiya, yoxsa imitasiya? Elektron portalların gerçək üzü

İnnovasiya, yoxsa imitasiya? Elektron portalların gerçək üzü

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

Hər il müxtəlif dövlət portallarında və onlayn müraciət sistemlərində yüklənmələr, texniki nasazlıqlar, sistemlərin çökməsi ilə bağlı xəbərlərlə tez-tez rastlaşırıq. Bu hallar, xüsusilə vətəndaşların eyni vaxtda sistemə kütləvi şəkildə müraciət etdiyi dövrlərdə baş verir.

Dövlət qurumlarının fəaliyyətində elektron xidmətlərə keçid rahatlıq və operativlik yaratsa da, texniki problemlər də az deyil. Demək olar ki, hər il müxtəlif dövlət portallarında və onlayn müraciət sistemlərində yüklənmələr, texniki nasazlıqlar, sistemlərin çökməsi ilə bağlı xəbərlərlə rastlaşırıq. Bu hallar, xüsusilə vətəndaşların eyni vaxtda sistemə kütləvi şəkildə müraciət etdiyi dövrlərdə baş verir. Məsələn, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi, uşaqların birinci sinfə elektron qəbulu, digər sosial proqramlara müraciətlər, güzəştli ipotekalara müraciət vaxtı sistem çökməsi halları artıq adi hal alıb.

Ötən həftə də müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində problem yaranıb. Müsabiqənin vakansiya seçiminin sonuncu günü iş yerinin dəyişdirilməsi üçün elektron sənəd qəbulu mərhələsindən keçmiş müəllimlər şəxsi səhifələrinə keçid etmək istəyərkən "sürpriz"lə qarşılaşıblar. Belə ki, vakansiya seçiminə buraxılan müəllimlər bazar günü saat 17.00-dan sonra www.miq.edu.az/yerdeyishme saytında şəxsi səhifələrinə daxil ola bilməyiblər.

Bəs bu problemlərin kökündə hansı səbəblər dayanır? Dövlət qurumlarının sistemləri niyə çökür? Bu qədər hadisədən sonra niyə elektron xidmətlər hazırlanarkən bu risklər nəzərə alınmır? Pravda.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) sədri Elvin Abbasov bildirib ki, elektron sistemlərin çökməsinin ən əsas səbəblərindən biri server resurslarının qeyri-adekvat planlaşdırılmasıdır: "Yəni, sistemə eyni anda daxil olan istifadəçi sayının əvvəlcədən düzgün proqnozlaşdırılmaması və ona uyğun infrastruktura investisiya qoyulmamasıdır. Bunun nəticəsində yük altında sistemlər çökür. Həmçinin bəzi sistemlər monolitik memarlıq üzərində qurulub və bu da miqyaslana bilmə problemlərinə səbəb olur. Digər bir vacib amil isə proqram təminatında performans və optimizasiya baxımından olan zəifliklərdir. Kod səviyyəsində düzgün yazılmamış funksiyalar və verilənlər bazası sorğularının optimallaşdırılmaması da çöküşləri artırır".

Mütəxəssisin sözlərinə görə, bir çox dövlət qurumlarında istifadə edilən proqram təminatları ya köhnə texnologiyalar üzərində qurulub, ya da vahid standartlara uyğun deyil: "Bu da sistemlərarası inteqrasiya və təhlükəsizlik baxımından problemlər yaradır. Eyni zamanda, avtomatik yük balanslaşdırma, yedəkləmə (backup) və real vaxt monitorinq sistemlərinin olmaması infrastrukturun zəifliyinə işarədir. Bulud texnologiyalarından və konteyner əsaslı arxitekturalardan (məsələn, Kubernetes) istifadə olunmaması elastikliyi və mövcudluq səviyyəsini aşağı salır".

"Server yüklənməsinə qarşı hansı qabaqlayıcı tədbirlər tətbiq edilməlidir?" sualına gəldikdə isə, AİKTSA sədri vurğulayır ki, sistemlər ilk növbədə bulud əsaslı və ya hibrid infrastruktur üzərində qurulmalıdır ki, tələbat artdıqda avtomatik şəkildə resurslar genişlənsin (auto-scaling): "İkinci mühüm addım isə yük balanslaşdırıcılarının (load balancer) tətbiqidir. Bu texnologiya sayəsində istifadəçi sorğuları birdən çox server arasında bölüşdürülür və bir serverin sıradan çıxması sistemin bütövlükdə dayanmasına səbəb olmur. Eyni zamanda, stres testlər (yük testləri) mütəmadi keçirilməli, sistemin pik vaxtlardakı davranışı əvvəlcədən təhlil edilməlidir. Əlavə olaraq, mikroservis memarlığına keçid və "failover" mexanizmlərinin qurulması da çökmələrin qarşısını almaqda mühüm rol oynayır".

İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bildirir ki, bəzi hallarda Azərbaycanda dövlət qurumlarının geniş əhali kütləsinə təqdim etdiyi elektron xidmətlərin çökməsi, həmin sistemlərin eyni anda müəyyən sayda istifadəçini qəbul etməyə texniki baxımdan hazır olmaması ilə bağlıdır: "Xüsusilə qeydiyyat və sənəd qəbulu kimi proseslər zamanı sistemlərin yüklənməsi və fəaliyyətinin dayanması hallarına rast gəlinir. Bu isə vətəndaşların narazılığına və xidmətin əlçatanlığının məhdudlaşmasına səbəb olur. Düşünürəm ki, bəzi dövlət elektron sistemlərində eyni anda xidmət göstərə biləcəyi istifadəçi sayı ilə bağlı texniki məhdudiyyətlər mövcuddur. Məsələn, əgər sistem paralel olaraq maksimum 100 min istifadəçiyə xidmət göstərə biləcək şəkildə qurulubsa, lakin eyni vaxtda 200 min nəfər sistemə daxil olmağa çalışarsa, bu zaman texniki yüklənmə baş verir və nəticədə sistemdə çökmə halları müşahidə olunur".

İKT mütəxəssisi vurğulayır ki, bu hal təkcə dövlət qurumlarında deyil, qlobal miqyasda özəl sektorda, şirkətlərdə də müşahidə olunur: "Əgər hər hansı bir xidmətə eyni anda böyük tələbat yaranarsa, sistemin imkanlarından asılı olaraq çökmə mümkündür. Bu, istər vebsayt, istərsə də digər elektron xidmətlər ola bilər. Belə halların qarşısını almaq üçün sistemlərin eyni vaxtda çoxsaylı müraciətləri qəbuletmə qabiliyyəti yəni, istifadəçi yükünə uyğun optimallaşdırılması təmin edilməlidir. Yalnız bu halda sistemin davamlılığı artır və çökmə halları minimuma endirilir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://pravda.az
archiveBu xəbər 18 May 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söz dünyasının yaxşısı...

17 May 2025 02:11see204

Gəncədə faciəli şəkildə ölən Elgünlə bağlı VİDEO

17 May 2025 15:15see158

Elçin Quliyev general mayoru vəzifəsindən azad etdi FOTO

17 May 2025 18:47see144

Lələtəpəni geri almaq ohanyanların “yem”i deyildi...

17 May 2025 02:56see123

Neftçi Səbail ə, Qarabağ Kəpəz ə qarşı

18 May 2025 08:01see123

“Past”ın “sensasiyası”, yoxsa acı reallıq?

17 May 2025 02:56see122

Sabiq FTB rəhbəri Trampı təhdid etdiyi iddia edilən paylaşıma görə dindirilməyə çağırılıb

17 May 2025 04:42see119

Makron növbəti dəfə qeyri adi vəziyyətə düşdü Video

18 May 2025 01:29see119

Sərbəst güləşçilərimiz komanda hesabında İranda üçüncü oldular

17 May 2025 11:45see118

ABŞ da Alzheymer xəstəliyinin diaqnozu ilə bağlı yeni testə icazə verilib

18 May 2025 03:08see118

Türkiyə və İran XİN rəhbərləri nüvə danışıqlarını müzakirə etdilər

18 May 2025 01:34see118

Çinin Qlobal Enerji üzrə Qarşılıqlı Əlaqələrin İnkişafı və Əməkdaşlıq Təşkilatının nümayəndələri BDU da

16 May 2025 19:25see118

Tramp Ərdoğanla danışığa önəm verir Çelik

17 May 2025 01:22see117

® Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda növbəti tədbir keçirilib

16 May 2025 18:51see117

Məşhurların evliliklərinə son qoyan filmlər Siyahı

17 May 2025 11:02see115

Yuxudan oyandı və bütün internetin onun tətil fotosuna güldüyünü gördü

17 May 2025 07:02see114

Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

16 May 2025 21:06see113

Media: Fransa Çex Respublikasında AES tikintisinə mane olur

18 May 2025 02:35see113

Ciorcia Meloni Aİ nin ekologiya siyasətini tənqid edib

18 May 2025 04:00see112

İrəvan və Bakı arasında sülh müqaviləsi... Arakçı

17 May 2025 17:13see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri