Icma.az
close
up
RU
İnşallah, bu çətin sınaqdan üzüağ çıxacağıq Araz Naxçıvan 1/8 finalın biraddımlığında

İnşallah, bu çətin sınaqdan üzüağ çıxacağıq Araz Naxçıvan 1/8 finalın biraddımlığında

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

"Araz-Naxçıvan" bu gün Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.

B liqasının 7-ci qrupunda mübarizə aparan komanda 1/8 final mərhələsinə vəsiqə qazanmaq üçün "Taygers Roermond"u (Niderland) məğlub etməyə çalışacaq. Çünki kollektiv yalnız bu sayədə lider olan rəqibini qabaqlaya və məqsədinə çata bilər.
Bəs, "qırmızı-ağlar" özünü bu qarşılaşmaya hazır hiss edirmi? İlk matçda "Yunayted Qalati"ni (Rumıniya) məğlub edən (3:1), ikincidə "Differdanj-03"lə (Lüksemburq) heç-heçə edən (1:1) komanda Niderland çempionunu devirə biləcəyinə inanırmı?
"Football-plus.az"ın suallarını "Araz-Naxçıvan"ın vitse-prezidenti Mahmud Sadıqov cavabladı:

"Hamının narahat olduğundan xəbərdarıq. Komanda Buxarestdən oyunun keçiriləcəyi stadiona avtobusla 4 saatlıq yol gəlmişdi. Bu üzdən, yorğunluq var idi. Lakin bütün gücümüzü toparlatıb əsas rəqib kimi qələmə verilən "Yunayted Qalati"ni məğlub etdik. İkinci oyuna hazırlaşmaq üçün yetərincə vaxt olmadı. Çünki futzalçıların istirahəti üçün 24 saat vaxt lazım idi. Belədə "Differdanj-03"lə "sülh"ə razılaşmağa məcbur qaldıq. Amma üzülmürük. Komandada əhval-ruhiyyə yüksəkdi. Məşqçilər futzalçılarla həm fərdi, həm də birlikdə söhbətlər edib. "Taygers Roermond"un qarşılaşmalarını analiz etmişik. Heyətə gəlincə, Alleks Rezende zədəli olduğu üçün bu oyunu buraxacaq. Qalan hər şey qaydasındadı. İnanırıq ki, bugünkü matçda qalib gələcəyik. "Araz-Naxçıvan"ın gücünə bələdəm. İnşallah, bu çətin sınaqdan üzüağ çıxacağıq".

Xatırladaq ki, matç Bakı vaxtıyla saat 18.00-da başlayacaq. Həmçinin, bu gün qrupun digər oyununda “Yunayted Qalati” “Differdanj-03”lə qarşılaşacaq. Bu oyun saat 21.00-da olacaq.
1. Tigers Roermond 2 2 0 0 12-6 6
2. Araz-Naxçıvan 2 1 1 0 4-3 4
3. Differdanj-03 2 0 1 1 7-10 1
4. Yunayted Qalati 2 0 0 2 2-6 0
KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Noyabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see291

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see250

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see198

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see191

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see161

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see154

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see149

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri