ABŞ Ermənistana təzyiqi artırır: “Tramp Yolu”na dair praktiki müzakirə...
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
ABŞ dövlət katibinin müavini Allison Huker Ermənistana səfər edib. O səfər çərçivəsində “Beynəlxalq Sülh və Rifahın Tramp Yolu” (TRIPP)ilə bağlı praktiki detalları müzakirə edib. Bakıvaxtı.az fransızdilli erməni saytı “armenews.com”a istinadən xəbər verir ki, ABŞ-nin Ermənistandakı səfirliyi məlum səfərlə bağlı qısa bəyanat yayıb. Sənəddə deyilir: “Xanım Huker baş nazir Nikol Paşinyan və digər Ermənistan rəsmiləri ilə Beynəlxalq Sülh və Rifahın Tramp Yolu (TRIPP) ilə bağlı növbəti addımları müzakirə edib”.

Ermənistan hökuməti də həmin gün A.Hukerin Paşinyanla apardığı müzakirələrin mərkəzində TRIPP layihəsinin olduğunu göstərib. İki məmur daha ətraflı məlumat vermədən bu mübahisəli nəqliyyat layihəsindən irəli gələn “gələcək layihələri” müzakirə ediblər. Rəsmi açıqlamaya görə, A.Huker Paşinyana ABŞ dövlət katibinin köməkçisinin müavini Sonata Kulterin rəhbərlik etdiyi ikitərəfli işçi qrupların işə başlaması barədə də məlumat verib.
Qeyd edək ki, Ermənistanın baş anaziri N. Paşinyan avqustun 8-də Ağ Evdə Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı ABŞ-a dəmir yolları, avtomobil yolları və potensial enerji təchizatı xətləri üzərində eksklüziv hüquqlar verəcəyini vəd edib. Üç liderin imzaladığı birgə bəyanatda qeyd olunur ki, Ermənistan Naxçıvan anklavı ilə tarixi Zəngəzur mahalı vasitəsilə Azərbaycanın qalan hissəsi arasında maneəsiz əlaqəyə zəmanət verəcək.
Tranzit sazişinin əsas təfərrüatları hələlik məlum deyil. N. Paşinyan ötən həftə bəyan edib ki, gələn ilin birinci yarısında prosesi yekunlaşmaq lazımdır.
Məlumat üçün bildirək ki, Ermənistan mediası məlum səfər və müzakirələri ABŞ-nin bu ölkəyə təzyiqi kimi qiymətləndirir.
Aydın Baxış
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 19 Noyabr 2025 08:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















