Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

İnsan alveri XXI əsrin görünməyən müharibəsidir

İnsan alveri XXI əsrin görünməyən müharibəsidir

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması 


Bu ticarətə susmaq cinayətdir!


30 iyul - Səssiz qurbanların səsi olmaq günüdür!

 30 iyul - Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günüdür. BMT Baş Assambleyasının qətnaməsinə əsasən hər il iyulun 30-u Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü kimi qeyd edilir.

Ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilməklə bərabər, insan alveri qurbanlarının sosial müdafiəsi, onların reabilitasiyası istiqamətində də işlər aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən insan alveri qurbanları və potensial insan alveri qurbanları (insan alveri təhlükəsi ilə üzləşmək riski olanlar) sosial-hüquqi, sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri ilə təmin olunurlar. Mərkəzin sosial işçi, psixoloq və hüquq məsləhətçisindən ibarət işçi heyəti tərəfindən həmin şəxslərin hər biri ilə bağlı fərdi sosial reabilitasiya planı tərtib edilərək həyata keçirilir. İnsan alveri qurbanları və potensial insan alveri qurbanları aktiv məşğulluq proqramlarına cəlb edilməklə, onların məşğulluğuna da dəstək göstərilir. Eyni zamanda insan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması üçün bölgələrdə maarifləndirici  tədbirlər də həyata keçirilir.

BMT-nin Baş katibi Antonio Quterreş iyulun 30-da qeyd olunan Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günündə insan alveri ilə məşğul olan cinayətkar şəbəkələri dağıtmağa çağırıb: “İnsan alveri mütəşəkkil cinayətkarlığın ən sürətlə böyüyən formalarından biridir, amansız şəbəkələr insanların zəifliyindən istifadə edir və onların ağrı-acısından qazanc götürür”.  O, insan alverini “iyrənc cinayət və insan hüquqlarının kobud şəkildə pozulması” adlandırıb.

BMT rəhbərinin sözlərinə görə, fırıldaqçılıq, məcburiyyət və istismar üzərində qurulmuş bu qəddar, yüksək həddə mütəşəkkil fəaliyyət sürətlə inkişaf edir. Beləliklə, cinayətkar qruplar sərhədləri aşaraq həyəcanverici sürət və incəliklə fəaliyyət göstərirlər: “Onlar qanunvericilikdəki boşluqlar vasitəsilə qanuni sənayelərə və təchizat zəncirlərinə soxulur, miqrasiya axınından qazanc götürür, habelə qurbanları onlayn cinsi istismara və kiberdələduzluqda iştiraka məcbur etməklə yeni texnologiyanın nailiyyətlərini işə salırlar. Biz təcili olaraq birlikdə bu çağırışlara cavab verməliyik. Biz cəzasızlığa son qoymaq, qeyri-qanuni gəlirlərə çıxışı kəsmək, hüquq-mühafizə və ədliyyə sistemlərini gücləndirməklə insan alverini davam etdirən biznes modelini pozmalıyıq. Məsuliyyət daşıyanlar qanun qarşısında cavab verməlidir”. 

Baş katib daha sonra qeyd edib: “Biz, həmçinin vətəndaş cəmiyyəti və özəl sektorla, o cümlədən texnologiya şirkətləri ilə birlikdə istismarın qarşısını almaq və həssas təbəqələri qorumaq üçün məlumatlılığı artırmaq, hesabat kanallarını inkişaf etdirmək üçün birlikdə çalışmalıyıq. Eyni zamanda, sağ qalanlar üçün ədaləti təmin etməli, köçkünlərə dəstək olmalı, yoxsulluq və bərabərsizlikdən tutmuş münaqişə və iqlim sarsıntılarına qədər köklü səbəblərin həllinə nail olmalıyıq. Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günündə qurbanları dəstəkləmək, günahkarları məsuliyyətə cəlb etmək, heç kimin alınıb-satılmadığı və istismara məruz qalmadığı bir dünya qurmaq üçün birlikdə hərəkət etməliyik”.

Azərbaycan  İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası da İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə cəmiyyətə müraciət ünvanlayıb. Xüsusilə qadınlara və uşaqlara səslənən koalisiya üzvləri hər kəsi diqqətli olmağa, hüquqlarını tanımağa və təhlükələri vaxtında tanımağa çağırıb: “İnsan alveri XXI əsrdə bəşəriyyətin üzləşdiyi ən ciddi insan hüquqları pozuntularından biri olaraq qalmaqdadır. Bu cinayət təkcə fiziki istismarla məhdudlaşmır, yeni rəqəmsal istismar formalarında daha mürəkkəb və görünməz şəkil almaqdadır. İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası olaraq biz, 30 iyul – İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə bütün Azərbaycan cəmiyyətinə çağırış edirik: hüquqlarınızı tanıyın, təhlükələri tanıdın və birlikdə mübarizə aparın! Son illər beynəlxalq ictimaiyyətdə yayılan məlumatlar göstərir ki, insan alveri hallarının aşkarlanması çətinləşməkdədir. İnsan alverinin yeni formaları rəqəmsallaşaraq həyatımıza daxil olur. Belə ki, rəqəmsal istismar, “romantik tələlər”, "deepfake" vasitəsilə şantaj, sosial mediada iş və evlilik vədləri ilə aldadılma, xüsusilə gənc qızlar və uşaqları hədəfə alır.

Əziz qadınlar, sizi iş, nikah və ya səyahət vədləri ilə inandırmağa çalışan tanımadığınız insanlara etibar etməyin. Xarici ölkələrə gedərkən iş müqavilələrini və viza şəraitini rəsmi mənbələrdən yoxlayın. Rəqəmsal platformalarda özünüzlə bağlı görüntü və məlumat paylaşarkən ehtiyatlı olun. Bu, insan alverçilərinin sizi manipulyasiya etməsi üçün “materiala” çevrilə bilər.

Əziz valideynlər, uşaqların internetdə keçirdiyi vaxta nəzarət etmək, onların kimlə ünsiyyətdə olduğunu bilmək artıq sadəcə, valideynlik vəzifəsi deyil, müdafiə tədbiridir. Onlayn oyunlar, sosial şəbəkələr və messencerlər artıq uşaq alveri və istismarının əsas vasitələrinə çevrilib. İnsan alveri qurbanları – onlar bizim bacılarımız, qızlarımız, qonşularımız və həmvətənlərimizdir. Bu reallığı anlamaq, təhlükənin görünməz tərəflərini görmək və hər bir fərdin bu zəncirin bir halqası ola biləcəyini qəbul etmək mübarizənin başlanğıcıdır. Şübhə etdiyiniz halları bildirin, susmayın! Maariflənin, məlumat verin, mübarizə aparın!”.


İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev Sherg.az-a açıqlamasında deyib ki, insan alveri tək bizim ölkəmiz üçün deyil, ümumilikdə bütün dövlətlər üçün təhlükəlidir və buna görə də hər bir dövlət insan alveri ilə birlikdə mübarizə aparmalıdır və aparılır da:

seeBaxış sayı:267
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 İyul 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri