Icma.az
close
up
RU
İnsan Alverinə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə sığınacağa info tur təşkil olunub FOTOLAR

İnsan Alverinə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə sığınacağa info tur təşkil olunub FOTOLAR

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

30 iyul 2025-ci il tarixində İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının təşəbbüsü və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin (İAQMBİ) dəstəyi ilə insan alveri qurbanları üçün fəaliyyət göstərən nsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə bilavasitə tabe olan İnsan alveri qurbanları üçün Sığınacaqa info tur təşkil edilib. Səfər, Koalisiyanın müraciəti əsasında həyata keçirilib.

Səfərdə İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri Mehriban Zeynalova, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları – polis polkovniki Samir Qarayev və polis polkovniki İbrahim Əhmədov, həmçinin Koalisiyanın üzv təşkilatlarının nümayəndələri iştirak ediblər.

İştirakçılar əvvəlcə sığınacağın rəhbəri Gülayə Səfərovanın müşayiəti ilə müəssisənin fəaliyyəti ilə yaxından tanış olublar. Qonaqlara sığınacaqda insan alveri qurbanları üçün yaradılmış sosial, psixoloji və peşə reabilitasiya imkanları barədə geniş məlumat verilib. Daha sonra sığınacaq sakinlərinin hazırladıqları müxtəlif əl işlərinə baxış keçirilib və onların məşğul olduqları digər fəaliyyətlərlə tanışlıq olub.

Tədbirdə çıxış edən Koalisiyanın sədri Mehriban Zeynalova qeyd edib ki, insan alveri ilə mübarizə hər kəsin üzərinə ciddi məsuliyyət qoyan mühüm bir sahədir:

"Bu sahədə dövlət qurumları, ictimai təşkilatlar və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti qurbanların müdafiəsi və reabilitasiyası baxımından xüsusi əhəmiyyət daşıyır."

Daha sonra İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı polis polkovniki Samir Qarayev çıxış edərək bildirib ki, insan alveri ilə mübarizənin effektiv şəkildə aparılması yalnız hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə məhdudlaşmamalıdır:

"Bu istiqamətdə bütün qurumların, qeyri-hökumət təşkilatlarının və cəmiyyətin birgə əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir."

Səfərin sonunda iştirakçılar insan alveri qurbanlarının sosial reinteqrasiyasının gücləndirilməsi, onların hüquqlarının müdafiəsi və gələcək əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 İyul 2025 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri