Icma.az
close
up
RU
İNSAN ALVERİNİN XARAKTERİK CƏHƏTLƏRİ...

İNSAN ALVERİNİN XARAKTERİK CƏHƏTLƏRİ...

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şəmsəddin Əliyev

“Polisə Dəstək” İctimai Birliyinin sədri 

İnsan alverçiləri cəmiyyət üçün insan cildinə girmiş sosial və tarixi bəladır. Onların əməlləri isə daxili aləminin qaranlıq güşəsində mürgüləyən barbarlığın və vəhşiliyin oyanmasıdır.

İnsan alveri müasir dünyanın aktual problemlərindən və transmilli mütəşəkkil cinayətkarlığın xüsusilə ağır növlərindən biridir. Kriminal biznesin illik məbləğinə görə narkotik maddələrin qanunsuz dövriyyəsi və qanunsuz silah alverindən sonra III yerdə durur.

Bu cinayətlərin xəbərdarlığında və qarşısının alınmasında vətəndaş cəmiyyəti - QHT-lər və KİV-lər əhəmiyyətli rol oynayır.

Bəşəriyyət özünün çoxəsrlik tarixinin son dərəcə kəskin, bəlkə də, ən əhəmiyyətli dönüş dövrünə qədəm qoyur. Zəmanəni dərk etmək üçün tarixin keçmişinə - quldarlıq formasiyasının “Qul danışan alətdir” dövrünə təkrar nəzər salsaq, onun müdrik auditoriyasında ibrət üçün çox şeyin şahidi ola bilərik.

Köləliyin müasir fenomeni sayılan “insan alveri” insanlığın bütün tarixi boyu onu müşayiət edib. XX əsrin sonu, XXI əsrin əvvəllərində insan alverinin coğrafi miqyası çox böyüyüb. Qadınlar, kişilər, uşaqlar, dərisinin rəngindən və sosial vəziyyətindən asılı olmayaraq hər kəs bu cinayətlərin qurbanına çevrilə bilir. Səbəblər sırasında isə hər hansı bir regionda mütəşəkkil cinayətkarlığın mövcudluğu, qadınlara və uşaqlara qarşı zorakılıqların olması, işə düzəlmək imkanlarının məhdudluğu, başqa yerdə yaxşı həyat tərzi axtarmaq, qadınlara qarşı ayrıseçkilik, hərbi münaqişələr, siyasi qeyri-stabillik, eləcə də təbii ki, hakimiyyətdə korrupsiya hallarını və.s qeyd etmək olar.

Ailədəki zorakılıqlardan qadın və uşaqlar daha çox əziyyət çəkir. Bəzən onlar həyatlarını əsaslı şəkildə dəyişmək istəyərkən onlardan asılı olmayan səbəblərə görə qurbana çevrilirlər.

Bəzi dünya ölkələri üçün ucuz işçi qüvvəsi axtarıb ondan faydalanmaq diplomatiyaya xas adi bir vərdişə çevrilib.

Beynəlxalq Əmək Təşkilatının statistikasına görə, əgər 1965-ci ildə miqrantların sayı 75 mln nəfər təşkil edirdisə, hazırda leqal əmək miqrantlarının sayı 200 mln nəfərdir.

Müasir dövrün insan alveri əksər dünya ölkələrinin regionlarını əhatə etdiyinə görə transmilli xarakter daşıyır. Uşaq alveri təhlükəli miqyas alıb. YUNİSEF-in məlumatına görə il ərzində 1.5 milyon uşaq insan alverçiləri tərəfindən istismara məruz qalır. Ümumilikdə il ərzində qurbanların sayı 4 mln. nəfəri ötür.

BMT-nin 1948-ci il 10 dekabr tarixli insan hüquqları üzrə Ümumi Bəyannaməsinin 4-cü maddəsində qeyd olunur: Heç kim köləlikdə və ya asılı vəziyyətdə saxlanıla bilməz; Köləlik və qul alverinin hər cür növü qadağan edilir; Köləliyin və qul alverinin mütləq qadağan olunması 1966-cı il Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktda da əksini tapıb (8-ci maddə).


BMT Baş Assambleyasının 2000-ci ildə qəbul etdiyi Transmilli Mütəşəkkil cinayətkarlığa qarşı konvensiyasına əlavə olunan Protokolunda insan alverinin, ələlxüsus qadın və uşaqların qurbanlara çevrilməsinə qarşı cinayətkarların cəzalandırılması yer alıb.

BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı olan Konvensiyası İnsan Alverini xarakterizə edən əlamətlərə aşağıdakıları aid edir:

-Hərəkət – yəni,cəlb etmə, daşıma, təhvil vermə, insanların gizlədilməsi və ya alınması- qəbul edilməsi;

-Üsullar – yəni məcburetmənin sair forması, zor tətbiq etmək hədəsi və ya zor tətbiqi, oğurlama, dələduzluq, aldatma, hakimiyyətdən sui-istifadə və ya zəif, köməksiz vəziyyətdən istifadə etmə, ələ alma, ödəniş və ya mənfəət, qazanc əldə etmək niyyətilə şəxsin razırlığını almaq (başqa şəxsin nəzarətində olan şəxsi);

-Məqsəd – İstismar etməkdir. Bura daxildir: seksual istismarın başqa forması və ya başqa şəxslərin fahişəliyindən faydalanmaq, sui-istifadə yolu ilə məcburi əmək və ya məcburi xidmət, köləlik və ya köləliyə bənzər adətlər, asılılıq vəziyyəti və ya orqanların çıxarılması.

İnsan alverçilərinin hərəkəti cəlbetmədən başlayıb, qurbanı almaqda başa çatır. Bu mərhələdə qurbanın cəlb edilməsi, daşınması, gizlədilməsi, ötürülməsi və alınması ilə bitir. İnsan alveri konteksində cəlbetmə kriminal xarakter daşıyır, yəni qeyd olunan cəhət məcburetmə və istismar məqsədilə həyata keçirilir. Bu mənada insanlar ölkənin hüdudlarından kənara, xarici ölkələrə yaşamaq üçün aparıla, daşına bilərlər. Belə cəlb etmənin özünə xas cəhəti etibardan sui-istifadə və aldatmaqdan ibarət olur. Bir qayda olaraq insanlara xarici ölkələrə getmək təklifi edilir. Məs: İşə düzəlmək, nikaha daxil olmaq, təhsil, turizm yolu ilə istirahətə və.s dəvət alırlar... Cəlbetmənin insan alveri cinayətlərində xüsusiyyəti, “qurbanı” aldatmaqdan keçir. Təyinat ölkəsində həyat tərzi, yüksək əməkhaqqı ilə işə düzəlmə bu mərhələdə daha bğyük önəm kəsb edir.

İnsan alverçiləri tərəfindən cəlb etmənin xarici ölkəyə yola düşməzdən əvvəl həyata keçirilməsi mütləq deyil. İnsanlar bəzən xarici ölkələrdə də cəlb etmənin obyektinə çevrilə bilirlər. Cəlb edənlərin burada qabiliyyət və bacarığı, məqsəd və şəxsi maraqları mühüm rol oynayır. Cəlb olunan obyektin (gələcək qurbanın) başqa ölkəyə nə üçün və hansı məqsədlə aparılmasına inandırmaq, mövcud və yaxud saxta sənədlərlə yola salınması (daşınması) mühüm şərtlərdəndir. Bəzi hallarda qurban saxta sənədlərlə vasitəçi və ya “alıcı” ilə yola salınır. Qurban ətrafında fikirlər (bir növ xarakteristika) formalaşır. Məs:” Ev işlərini görmək üçün yararlıdır və yaxud barlarda , gecə klublarında, tikintidə çalışa bilər”. Yaşamaq və yemək xərcləri işə düzəlmə müdiriyyəti - agentlikləri tərəfindən ödənilir.


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bu sahədə mübarizə vəziyyətinə nəzər salaq. Məlumat üçün qeyd etmək yerinə düşərdi ki, ötən il bu sahədə görülən işlərin nəticələrinə dair DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis-general mayoru Həzi Aslanov Milli Məclisdə Komitə sədrləri Zahid Oruc və Əli Hüseynlinin sədrlikləri, Millət vəkilləri habelə QHT-lərin iştirakı etdiyi geniş tədbirdə hesabat xarakterli məruzə ilə çıxış etdi. Bir neçə gün sonra isə, Milli Məclisdə Milli Koordinator, Daxili İşlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimovun hesabatı dinlənildi. Ədalət naminə DİN-nin müasir köləliyə qarşı mübarizəsi təqdir olundu... Kriminogen durum nəzarətdədir!

2024-ci il ərzində İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 161 (+2) (2023-cü il ilə müqayisədə 2 fakt artıb) insan alveri və 1 (-2) məcburi əmək faktı, həmçinin insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 44 (sabit) cinayət aşkarlanmışdır.

Həmin faktlar üzrə 15 (-1) cinayət işi başlanılaraq 16 şəxs (-2; 13 qadın, 3 kişi) təqsirləndirilən qismində cinayət məsuliyyətinə cəlb edilmişdir. Ümumilikdə 13 (+2) cinayət işinin (6-ı ötən illərin) istintaqı tamamlanmış, 14 nəfər (sabit; 11-i qadın, 3-ü kişi) məhkəmə məsuliyyətinə verilmiş, insan alverçilərinin 11-i (+1) haqqında ittihamedici hökmlər çıxarılmışdır.

Hesabat ilində 15 insan alveri faktlarından (15), seksual xarakterli hərəkətlərə cəlb etmə, əxlaqsız yuvaları saxlama, yetkinlik yaşına çatmayanları ictimai mənəviyyata zidd əməllərə cəlb etmə, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma cinayətlərinə görə 30 (+9) təqsirləndirilən şəxs yerli axtarışda olmuş, onlardan 16 (+7) nəfəri, o cümlədən 3 (-2) insan alverçisi saxlanılaraq cinayət prosesual hüquqi qaydada araşdırılması üçün istintaq orqanına təhvil verilmişdir. Hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən 11 (-1) nəfərin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir.

İnformasiya texnologiyalarının (WhatsApp, Tik-tok, İnstagram, Telegram sosial şəbəkələrində) tətbiqi ilə törədilmiş 44 (-14) müvafiq fakt da aşkarlanaraq Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə 4 (+1), 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə 6 (+4), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə 1 (+1) fakt üzrə cinayət işinə başlanılmışdır.

İnsan alveri və məcburi əməklə bağlı olan cinayət işləri üzrə müəyyən edilmiş 91 (sabit) insan alveri qurbanının (90-ı qadın, 1-i kişi) hamısı Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. Onlardan 53-ü Türkiyə Respublikasında, 35-i Birləşmiş Ərəb Əmirliklərində, 2-i Qətər Dövlətində cinsi istismara, 1 nəfəri isə ölkə daxilində əmək istismarına məruz qalmışdır.

Qurbanlardan 12-i 18-25 yaş, 49-u 25-35 və 29-u 35 yaşdan yuxarı olmuş, habelə 19-u paytaxt, 72-i respublikanın digər şəhər və rayonlarının sakini, 78-i 2015-2023-cü illərdə, 13-ü isə 2024-cü ildə istismara məruz qalan şəxslər olmuşlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin İnsan alveri qurbanlarına Yardım Mərkəzinə istiqamətləndirilmiş 63 qurbandan 36-na psixoloji, 13-nə hüquqi yardım göstərilmiş, 3-ü peşə kurslarına cəlb edilməsi və 3 nəfərin işlə təmin olunması Dövlət Məşğulluq Agentliyinə həvalə edilmiş, 3 qurbanın övladları isə məktəb ləvazimatları ilə təmin edilmişdir.

Qeyd etmək yerinə düşərdi ki, qurbana cəlb edən tərəfindən göstərilən “xidmətinə” görə əvəzinin alınması təbiidir. Belə ki, qurbanın xaricə getməsi üçün sənədlərin (saxta yolla) hazırlanması zamanı insan alverçisi özünün şəxsi vəsaitindən xərcləməli olur, qurbanın işlədiyi yerlərdə əmək haqqını alana qədər insan alverçisi çəkdiyi xərcləri – bir növ borc asılılığında qoyduğu qurbandan alması mütləq olur. Şəbəkəyə cəlb etmə, həm cəlb edənin şəxsi əlaqələri, həm də, KİV-də elanların yerləşdirilməsi (hətta küçələrdə və dayanacaqlarda), işə düzəltmə firmaları, turist, moda, nikah agentlikləri və internet vasitəsi ilə mümkün olur. Belə elanlar nəticəsində ev təsərrüfatında işləmək, ictimai iaşə xidmətində (satıcı, xörək paylayan), sənaye sahəsində və tikintidə (fəhlə qismində), əyləncə mərkəzlərində (rəqqasə), kənd təsərrüfatında (taxıl yığımında), seks-biznes, nikaha daxil olma kimi məlumatlar yayılır. Konsumatsiya da, mümkündür. Yəni, müasir anlamda kommersiya gedişi, qızların gecə klublarında cazibədar davranışı və görünüşü ilə müştəriləri cəlb etmə, bahalı içkiləri almağa “vadar” etmə, habelə, 19-24 yaşda olan gənclərin (uşaqları və ailəsi olmayanları) dilin öyrənilməsi məqsədilə dəyişilməsi və. s alverçilərin hiyləgərliyinin nümunəsidir.


Daşınma insan alveri üçün çox əhəmiyyət kəsb edən zəncirin elementlərindəndir. Cəlb edən sənədləri müəyyən xərclərlə hazırladıqdan sonra gələcək qurbanı alıcıya və ya vasitəçiyə çatdırmalı, son məntəqəyə qədər onu “mühafizəçilər”in müşayiətilə təhvil verməlidir. Əksər hallarda qurbanların sərhəddən keçirilməsi leqal olur. Qeyri-leqal şəraitdə sərhəddən keçirilməsi zamanı qurbanlar maşının yük yerində və ya maşının salonunda, qatarların damında gizlədilir. Məs: Ukranyadan olan qurbanlar Balkan ölkələrini qeyri-leqal və leqal yolla keçməklə Albaniyaya aparılır, dəniz yolu ilə İtaliyaya çatdırılır, dağ yolu ilə Bolqarıstan və Yunanıstanın sərhədini aşıb, Reyn vaitəsilə Polşadan Almaniyaya və səhra yolu ilə Misirdən İsrailə aparılırlar. Dəniz yolu ilə 30 nəfərlik qayıqla 50 nəfərin çıxış yolu tapmağa cəhd etməsi bəzən faciə ilə, qayığın çevrilib batması ilə bitir.

Qurbanın ötürülməsi və verilməsi

Təyinat ölkəsinə çatandan sonra qurban gələcəkdə istismar edilməsi üçün təhvil verilir. Bəzən qurbanın “alqı-satqı” prosesi onun iştirakı ilə baş verir, o, məbləğin nə qədər olduğuna şahidlik edir. Əksər hallarda qurbana heç nə anlatmadan sifarişçiyə ötürürlər. Bununla da, qurbanda başqa inam qalmır və taleyi ilə barışmalı olur.

Təsiretmə və məcburetmə üsulları

Sonrakı tapşırıq qurbanın bu və ya başqa bir işi görməyə vadar etməkdən ibarət olur. Bu mərhələdə zor göstərilir, fiziki güc tətbiq edilir, psixoloji həmlə olur, hətta müəyyən hədələr qəzəblə çatdırılır. Seksual xidmətdən imtina edən və ya müqavimət göstərən qadınlar bəzən spirtli içkilərin və narkotik vasitələrin qəbuluna məcbur edilir. Lakin əsas üsullardan biri qurbanların borc asılılığında saxlanılmasıdır. Onlar fiziki gücün təsiri altında aşağılanaraq tacirlərə məqsədlərinə çatmaq üçün “xidmət” etməyə razılıq verirlər (nə deyirlərsə razılaşmalı olurlar).

Məcburetmə üsulları

Burada Şəxsi asılılığın ağır forması, ağır borc öhdəlikləri əsas faktorlardır.

Şantaj - yəni şəxslərin əmlakına və şəxsi həyatına hər cürə, zorla təcavüz və ya risklər yaradan alçaldıcı təhlükə.

TəhlükələrZorakılıqlar. Bilə-bilə şəxsə fiziki güc, ona qarşı fiziki, emosional, seksual, məişət, psixoloji və iqtisadi zorakılıqlar tətbiq edilir.

Qurbanı xarici ölkəyə aparmağa cəlb etmək üçün ağır formada qoyulan borc öhdəlikləri bəzən mənşə ölkəsinin ərazisində də yaradılır. İşə düzəlmək niyyətilə xarici ölkələrə gedən şəxslərin xarici pasportun əldə edilməsi və biletin alınması üçün müəyyən məbləği olmur. Ona görə də insan alverçiləri belə şəxsləri “kreditə” getməyə və işləyəndən sonra qısa müddət ərzində borcu ödəyə biləcəklərinə kömək edəcəyinə yalan vədlər verirlər. Qurbanın adından alınan borcun məbləği hazırlanan sənədlərə çəkilən xərclərdən qat-qat çox olur. Lakin vəd edilən ölkəyə çatdıqdan sonra borclu-qurban fakt qarşısında qalır, məlum olur ki, vəd olunan iş olmasa da, kreditin qaytarılması məcburi olur.

Son nəticədə qurbanlar “məcburi” olaraq təklif edilən işləri borc asılılığı aldında yerinə yetirməli olurlar.

Şantaj halları necə olur?

İnsan alverçiləri bu mərhələdə qurbanları pornoqrafik materiallarda istifadə edilməsi üçün cəlb edirlər. İmtina edildiyi təqdirdə qurbanların seks xidmətləri ictimailəşdirilir və ya digər alçaldıcı hərəkətlərə əl atırlar, şəxsiyyəti ləkələyən şəkillər və video kadrların yayılacacağı ilə hədələnirlər.

İnsan alverindən zərərçəkənlərin əksəriyyətindən sərhədi keçən kimi müxtəlif bəhanələr və ya zorla sənədləri alınır. Qurbanlar heç bir yerə gedə bilmirlər və onlar olduğu yerlərdə “sahiblərinə” tabe olmağa məcbur olurlar, azadlıqları məhdudlaşır.

Zorakılıqlar və qurbanlara qarşı güc tətbiq etmə insan alverinin ayrılmaz tərkib hissəsi kimi qəbul edilir. Zorakılıqlar psixoloji və ya fiziki formada olsa da, daha çox sonuncudan istifadə edilir.

İnsan alverinin qarşısını almağa yönələn beynəlxalq normalar və protokollarda, qadınlara və uşaqlara qarşı olan zorakılıqlara görə cəzanın labüdlüyü və tətbiqi zəruri şərt kimi vurğulanır. Şəxslərin fahişəliyə görə istismarı və ya sair formada seksual istismarı, məcburi əmək və xidmətlər, köləlik və ya köləliyə xas adətlər, qurbanın razılığının olub- olmamasından asılı olmayaraq, orqanlarının götürülməsi bu cinayətlərin həm də məqsədini ehtiva edir. Bəzi terminlərin də izahına ehtiyac var.

Məcburi əmək.Bu termin “Məcburi əmək və məcburi işlətmək haqqında Beynəlxalq təşkilatın” 1930-cu ildə qəbul edilmiş 29 saylı Konvensiyada (2-ci maddə) işlədilir. Konvensiyanın məqsədi belə verilir: “Məcburi əmək və məcburi işlətməyin” mənası hər cürə iş və ya xidməti hədə-qorxu və ya cəza təhdidi altında yerinə yetirməsi, verilən tapşırığı könüllü icra etməkdən imtinası müqabilində şəxsin məcburi işlədilməsidir.

Köləlik. BMT-nin köləlik haqqında (1926-cı ildə qəbul edilən) Konvensiyasının 1.1-ci maddəsində, “Köləlik altında qurbana məxsus bəzi hüquq və azadlıqların iradəsinə zidd “özününküləşdirilməsi” yolu ilə ona xas mülkiyyət hüququnun və bütün səlahiyyətlərin həyata keçirilməsidir.

Köləliyə xas adətlər. BMT-nin Köləliyin ləğv olunması haqqında Konvensiyasına əlavənin 1-ci maddəsində (1956-cı il) aydınlıq gətirilir. Köləliyə xas adətlərə Konvensiya aşağıdakıları aid edir:

a) Borc asılılığı. Yəni borclunun (qurbanın) vəziyyəti onun asılılıqda saxlanılması üçün insan alverçisinin özünün maraqları daxilində və məcburi qaydada, müvafiq işin borc ödənilənədək yerinə yetirilməsi öhdəliyinin qoyulması ilə şərtlənir.

b) Təhkimçilik vəziyyəti. Keçmişdə mülkədarlara öz kəndlilərinin şəxsiyyətinə, əməyinə və əmlakına ağalıq etmək hüququ verən vəziyyət, bir növ təhkimli insanın asılılıqda olması və sairə. Burada qurban təhkim edilmiş torpaqda çalışır, adəti və “qanun” üzrə başqa şəxsə məxsus olan ərazidə-torpaqda müəyyən iş görür (görməlidir). Təhkimçi orada özünün xeyrini güdsə də, alınmır, vəziyyəti dəyişmir.

c) İstənilən adətlərə görə, qadını onun valideyinlərinin, qəyyumun, ailə və ya başqasının razılığını almadan ərə verməyə vəd edirlər. Bu müəyyən pulla hədiyyə və ya natura ilə ödənilməsi müqabilində baş tutur.

-Qadının ərləri, onun ailəsi və ya onun qəbiləsi, icması qadını sair üsulla və ya hədiyyə qarşılığında başqasına verə bilər və ya əri ölən qadını “vərəsəlik” üzrə başqasına öldürmək olur.

-İstənilən adətlər daxilində uşaq və ya 18 yaşdan aşağı olan yeniyetmə gənclər valideynləri və ya qəyyumu vasitəsilə pul, hədiyyə və yaxud bunlarsız başqasına, istismar məqsədilə verilir. Bu niyyətdə yeniyetmənin və uşağın əməyi də istismar oluna bilər.

Dövlətlərin tanıdığı və ya tərəfdar çıxdığı beynəlxlaq hüquqda - BMT-nin Baş Assambleyasının 18 dekabr 1990-cı il qətnaməsi ilə təsdiq olunmuş və 1 iyul 2003-cü ildə qüvvəyə minmiş miqrantların və onların ailə üzvlərinin bütün hüquqlarının müdafiəsi haqqında beynəlxalq Konvensiyada ayrıseçkiliyə yol verilməməsi ifadə edilib. Lakin, asılı vəziyyətdə olmanın əlamətləri verilməsə də, digər normalarında ehtiva edilib.

Başqa şəxslərin “fahişəliyindən mənfəət güdmə” və “seksual istismar” insan alverinin müəyyən edilməsində yeganə terminlərdir ki, beynəlxalq protokollarda da, bu barədə qeyd edilməyib-bu cəhət dövlətlərin öz ixtiyarına buraxılıb.

İstismar sahələri

İnsanların istismara məruz qaldığı sahələr çoxdur. Qadınlar üçün məcburi nikah, məcburi əmək, ev təsərrüfatında istifadə etmə, sənaye və ya kənd təsərrüfatı sektorunda işlətmək, surroqat analığa məcburetmə, seksual biznesdə istifadə etmə və s. sferalarda istifadə olunurlar. Kişilər isə daha ağır işlərdə - tikintidə, sənayedə, kənd təsərrüfatında və dilənçilikdə istismar olunurlar. İnsanların hərbi münaqişələrdə iştirakına məcbur etmə hallarına da rast gəlinir, narkokuryerlikdə, saxta pulların daşınmasında istifadə olunurlar.

Əməyin və seksual istismarı daha çox yayılmış formadır. Lakin istismarın hansı formasının yayılması və onun miqyasını müqayisə etmək praktik olaraq çətindir. Beynəlxalq Əmək Təşkilatının (2005ci il üzrə) müqayisəli məruzəsində əməyin istismarı forması üzrə insanların sayı artmaqla müşaiyət edilməsi bəyan edilib.

Fahişəliklə məşğul olmağa məcburetmə

Seksual istismarın geniş yayılmış formasına aid olan fahişəliklə məşğul olmağa vadar etmə daha çox gənc qadınlara (19-25 yaş ) qarşı tətbiq edilir. Lakin təcrübədə 40-45 yaşda olan qadınlar da bu biznesdə istismar edilirlər. 

Onlar klub və barlarda çalışmağa məruz qalırlar. Gündüz vaxtlarda bu müəssisələr adi kafe, restoran təəssüratını formalaşdırsa da, axşamlar həmin yerlər sırf əyləncə yerlərinə, fahişəxanalara çevrilir. Bəzən gözəlliyi ilə seçilən qadınları xüsusi evlərdə saxlayır, oradan da evlərdə gözləyən müştərilərə daşıyırlar. Azadlığı məhdudlaşan belə qadınların əksəriyyəti 24 saat müşahidə altında saxlanılır, yalnız gecələr iş yerlərinə çatmaq üçün nəzarət altında küçəyə çıxırlar.

Məcburi əmək

Məcburi əmək də insan alveri cinayətlərinin yayılmış formalarındandır. İstismarın bu formasından yaşlı qadınlar, kişilər, hətta uşaqlar da (cinsindən asılı olmayaraq) əziyyət çəkirlər. Onlar kənd təsərrüfatında, sənaye sektorunda, tikintidə və xidmətin digər sahələrində köləlik şəraitində çalışırlar. İş rejimi normaya salınmamış qeyri-qanuni tərzdə - 20 saat işləməyə məcbur edilirlər. Əmək haqqı isə onlara ödənilmir “bazarda kölənin dəyəri onlara baha başa gəlib” – deyə alverçilər özlərini sığortalayırlar.

Yuxarıda qeyd olunduğu kimi kişilərin əməyindən tikintidə, kənd təsərrüfatında, sənayedə və başqa dairələrdə istifadə edirlər. Həmin iş yerlərində və onların yaşadığı, qidalandığı yerlər sanitar – gigiyenik normalara cavab vermir. Sutka ərzində onların davranışlarına olan nəarət istismar yerlərindən qaça bilmək imkanlarını məhdudlaşdırır, qeyri-leqal satış isə iş yerlərini dəyişməyi mümkünsüz edir. Belə şəxslər polisin məlumat dairəsindən də, kənar, təcrid (izolə) olmuşlardır.

Cinayət fəaliyyətinə cəlb etmə

Cinayətkar fəaliyyətə cəlb etmə istismarın bir forması kimi qəbul edilir. Hüquqa zidd hərəkətlərdən biri də, insanların narkotiklərin qanunsuz yayılmasında və daşınmasında, saxta pulların təchizində, oğurluqlarda iştirak etməsidir. Mütəşəkkil cinayətkar dəstələr tez-tez yaşlılardan istifadə və uşaqları dilənçiliyə vadar edir. Bəzən şikəst insanlara qarşı “Gözdən pərdə asmaq xatirinə” rəhm nümayiş etdirilir - guya heyifslənirlər.

Transplantasiya və ya məcburi donorluq

Dünya ölkələrinin əksəriyyətində insan orqanlarının və toxumalarının transplantasiya məqsədi ilə götürülməsi yalnız tibbi vasitələrlə xəstənin həyatına zəmanət vermək və ya sağlamlığını bərpa etmək mümkün olduqda razılıq verilir. Donordan orqanların və toxumaların götürülməsi həkim və ya mütəxəssislərin konsilium rəyi nəticəsində, xəstənin sağlamlığına zərər dəyməyəcəyi təqdirdə götürülə bilər. Orqanların transplantasiyası həm də, donorun razılığı ilə mümkünlüyü ölkədaxili normalarda əksini tapıb.

Məcburi donorluq qeyri-qanuni və məcburi qaydada orqan və ya toxumalarının götürülməsi, fiziki güc tətbiq etmək və ya hədəsi ilə onun qəbulunu ehtiva edir.

Azad olma

Qurbanlar düşdükləri və nəzarət altında saxlandıqları şəraitdən qaçmaq və azad olmaq üçün həmişə yollar axtarışında olurlar, çoxlu fərziyələr düşünürlər, lakin köləlik vəziyyətindən uzaqlaşmaq nadir hallarda olur. Hər bir hal, çıxış yolu fərdi olur. Qaçmağın üsul və şəraiti qurbanın bacardığına xas tərzdə mümükün olur. Xilas olmağın, dözülməz şəraitindən azad olmanın ümumi, yayılmış yolu yoxdur. Kim necə bacarırsa elə də, xilas olur. Azad olmanın əsas yolları:

1.Qaçmaq;

2.Ərazi üzrə hüquq mühafizə orqanlarının köməyi;

3.Müştərilərin köməyi;

4.”Qaynar Xəttin ” köməyi ilə.

Almanyada Polis orqanlarının ərazidə keçirdikləri reydlər nəticəsində qadın və qızların gizli saxlanıldığı yerləri aşkar edə bilirlər. Polis orqanları qurbanlara doğmaları ilə telefon vasitəsilə əlaqə qurmağa imkan verir.

Bəzən də alverçilər qurbanların səhhətinə və fiziki vəziyyətinə görə həvalə olunan işin öhdəsindən gələ bilmədiklərinə əmin olub, onların sərbəst hərəkətlərinə imkan yaradırlar...

Dünya bu tarixi bəla ilə gücünü konsolidasiya edib, birlikdə mübarizə apara bilməyəcəksə, Transmilli Mütəşəkkil cinayətkarlığın xüsusilə ağır növlərinə və onu doğuran səbəb və şəraitin aradan qaldırılmasına qarşı birlikdə çalışması mümkün olmayacaqsa, insanların alqı-satqısı ilə məşğul olanlar cəzasızlıq mühitindən yararlanıb hakimiyyətin budaqlarında himayədarları artacaq... Alverçilərə qarşı cəza sərtləşməlidir,ona görə ki, bu cinayətlər təqsirin təhlükəli forması sayılan qəsdən, özü də, düzünə qəsdlə törədilir!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 İyun 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see135

Alimlər məşqin xərçənglə mübarizədə təsirini sübut edib

08 İyun 2025 14:47see124

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see121

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see120

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see119

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see119

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see118

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see117

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see117

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see117

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see116

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see116

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see116

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see115

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see115

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see114

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see113

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see113

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri