Icma.az
close
up
RU
İnsan bədənində gizli yaşayan xəstəlik Kimlər təhlükədədir?

İnsan bədənində gizli yaşayan xəstəlik Kimlər təhlükədədir?

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Çox zaman insanlar düşünür ki, qaraciyər xəstəliyi yalnız müəyyən əlamətlərlə özünü göstərir. Amma hepatit B və C-nin ən təhlükəli xüsusiyyəti odur ki, bu viruslar uzun illər heç bir əlamət vermədən orqanizmdə qala bilər. Uşaq və ya böyüklər özünü tam sağlam hiss edə bilər, amma virus qaraciyərdə zədələnmə prosesini davam etdirə bilər”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında infeksionist-həkim Aytən Zeynalova bildirib. Onun açıqlamasına görə, Hepatit B və C Azərbaycanda da diqqət tələb edən infeksiyalardandır:

“Yoluxma yollarını bilmək və vaxtında müayinə olunmaq xəstəliyin qarşısını almaqda çox önəmlidir.  Bəs hansı hallarda diqqətli olmalıyıq? Əgər uşağın və ya böyüyün uzun müddət davam edən halsızlığı, iştahsızlığı, ürəkbulanması, qarın ağrısı, xüsusilə sağ qabırğaaltı nahiyədə narahatlığı olarsa, dəridə və gözlərdə saralma, sidiyin tündləşməsi kimi əlamətlər yaranarsa, mütləq həkimə müraciət etmək lazımdır”. pizza hut

Həkim bildirib ki, hepatit zamanı çox vaxt heç bir şikayət olmur:

“Buna görə risk qruplarında olan şəxslər yalnız simptom gözləməməlidir. Hamiləlik dövründə hepatit B yoxlanışı xüsusilə vacibdir, çünki ana virus daşıyıcısı olarsa, körpəyə keçmə riskini azaltmaq üçün vaxtında tədbirlər görülə bilər. Qan köçürülməsi, əməliyyat, steril olmayan tibbi prosedurlar, tatu və pirsinq, ailədə hepatit xəstəsinin olması kimi hallar da risk yarada bilər.

Müasir tibbdə hepatit B və C aşkarlanması üçün sadə qan analizləri mövcuddur. Hepatit B üçün HBsAg, hepatit C üçün isə anti-HCV testi istifadə olunur.

Ən böyük qorunma yolu məlumatlı olmaq, peyvəndləri vaxtında etdirmək və risk varsa gecikmədən müayinə olunmaqdır. Hepatit vaxtında aşkarlandıqda nəzarətdə saxlamaq və ağırlaşmaların qarşısını almaq mümkündür”.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 Avqust 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri