Icma.az
close
up
RU
İnsan öz vicdanının qapısını nə vaxt döyür? Rafiq Ələkbərin yeni kitabı

İnsan öz vicdanının qapısını nə vaxt döyür? Rafiq Ələkbərin yeni kitabı

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Atatürk Mərkəzində tanınmış şair Rafiq Ələkbərin “Bu qapı bəlkə tövbədir?” adlı yeni kitabının təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə müəllifin yaradıcılığı, poetik dünyası, şeirlərinin fəlsəfi mahiyyəti və müasir ədəbi prosesdəki yeri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Təqdimat mərasimi tanınmış qiraətçi Müşfiqə Baləddinqızının moderatorluğu ilə baş tutub. Tədbirdə ədəbiyyatşünaslar, alimlər, şairlər, jurnalistlər, qələm dostları, eləcə də hüquq-mühafizə orqanlarının sabiq əməkdaşları iştirak ediblər. Çıxışlarda Rafiq Ələkbərin yaradıcılığının müxtəlif istiqamətləri təhlil olunub, onun poeziyasında insanın daxili aləmi, mənəvi axtarışları, vicdan, ədalət və özünüdərk kimi mövzuların əhəmiyyəti önə çəkilib.

Tədbirdə çıxış edən filologiya elmləri doktoru Cavanşir Yusifli, iqtisad elmləri doktoru Əyyub Əyyubov, şair-tədqiqatçı Hikmət Məlikzadə və şair Xalidə Nuray müəllifin poetik irsinin ictimai-fəlsəfi mahiyyətindən, şeirlərindəki mistik-təsəvvüf çalarlarından və bu yaradıcılığın oxucuda oyatdığı duyğulardan bəhs ediblər. Onların fikirlərində Rafiq Ələkbər poeziyasının yalnız zahiri ifadə gözəlliyi ilə məhdudlaşmadığı, dərin məna qatları və mənəvi axtarışlarla səciyyələndiyi vurğulanıb.

Qeyd olunub ki, şairin poetik düşüncəsində insan və onun mənəvi dünyası xüsusi yer tutur. Həyatın mənası, vicdan qarşısında məsuliyyət, insanın özünə və cəmiyyətə münasibəti kimi məsələlər onun yaradıcılığında fərqli bədii çalarlarla ifadə olunur. Bu baxımdan, Rafiq Ələkbərin şeirləri oxucunu hazır qənaətlərlə kifayətlənməyə deyil, sözün alt qatına enməyə, düşünməyə və öz daxilində cavab axtarmağa sövq edir.

Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, Əməkdar jurnalist İlqar Rüstəmov, sabiq prokurorlar Ələmdar Məmmədov və İlham Məmmədov, eləcə də tanınmış jurnalist Şəmsəddin Şabiyev çıxışlarında şairin insani keyfiyyətlərindən, yüksək mənəvi dəyərlərindən və həyat mövqeyindən söz açıblar. Onlar Rafiq Ələkbərin şəxsiyyətindəki səmimiyyətin, paklığın, ədalət duyğusunun və mədəniyyətin onun yaradıcılığı ilə vəhdət təşkil etdiyini bildiriblər.

Çıxışlarda şairin Yardımlı təbiətinin saflığını xatırladan mənəvi dünyası, Savalan dağı kimi uca dəyərlərə bağlılığı xüsusi vurğulanıb. Onun keçmiş prokurorluq fəaliyyətində rəhbər tutduğu ədalətlilik prinsipinin, insanlara münasibətində nümayiş etdirdiyi məsuliyyətin poetik düşüncəsində də öz əksini tapdığı qeyd edilib. Bildirilib ki, Rafiq Ələkbərin poeziyasında söz yalnız duyğuların ifadə vasitəsi deyil, həm də insanı düşündürən, onu öz mənəvi dünyası ilə üz-üzə qoyan bir qüvvə kimi çıxış edir.
Təqdimat mərasimində müəllifin əsərlərinin xarici dillərə tərcüməsi məsələsinə də toxunulub. Filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli Rafiq Ələkbərin şeirlərini və “İnsan alveri” romanını ingilis dilinə çevirdiyini diqqətə çatdırıb. Bu fakt müəllifin yaradıcılığının Azərbaycan oxucusu ilə yanaşı, başqa dillərdə danışan oxuculara da çatdırılması baxımından əhəmiyyətli addım kimi dəyərləndirilib. Onun fikirlərində şairin misralarındakı fəlsəfi dərinliyin, incə məna çalarlarının və emosional yükün tərcümə prosesində qorunmasının vacibliyi ön plana çıxıb. Çünki poetik mətnin başqa dilə köçürülməsi yalnız sözlərin qarşılığını tapmaq deyil, həm də müəllifin düşüncə tərzini, hisslərini və bədii ifadə özünəməxsusluğunu çatdırmaq deməkdir. Bu baxımdan, Rafiq Ələkbər yaradıcılığının tərcüməsi onun poetik dünyasının daha geniş ədəbi mühitdə tanınması üçün mühüm imkan yaradır.
Professor Anna Barkutaşvili isə Rafiq Ələkbər şeirindəki fəlsəfi dərinliyi başqa dillərə axtararkən qarşılaşdığı duyğusal və bədii incəliklərdən danışıb.

Əməkdar jurnalist Şəmsiyyə Kərimova çıxışında müəllifin şeirlərini müasir ədəbi proses kontekstində təhlil edib. O, şairin yaradıcılığının bədii xüsusiyyətləri ətrafında fikirlərini bölüşüb.

Çıxışlar zamanı müxtəlif baxışların səsləndirilməsi tədbirin elmi-ədəbi məzmununu zənginləşdirib, müəllifin yaradıcılığına fərqli yanaşmaların ortaya qoyulmasına şərait yaradıb.

Mərasimin yaddaqalan məqamlarından biri də şairin əsərlərindən nümunələrin səsləndirilməsi olub. Qiraətçilər Müşfiqə Baləddinqızı və İsmayıl Etibarlının ifasında təqdim olunan misralar tədbirə xüsusi ovqat bəxş edib. Şeirlərin bədii ifadə ilə səsləndirilməsi poetik düşüncənin canlılığını iştirakçılara daha yaxından hiss etdirib.

Tədbirin sonunda çıxış edən şair Rafiq Ələkbər təqdimat mərasimində iştirak edənlərə, yaradıcılığı haqqında fikirlərini bölüşən alimlərə, şairlərə, jurnalistlərə və qələm dostlarına minnətdarlığını bildirib. Müəllif kitabını qələm dostlarına təqdim edərək onlarla yaradıcılıq əlaqələrinin və ədəbi ünsiyyətin əhəmiyyətini ifadə edib.

Ümumilikdə, “Bu qapı bəlkə tövbədir?” kitabının təqdimatı yalnız yeni nəşrin oxuculara təqdim olunması ilə məhdudlaşmayıb. Tədbir şairin yaradıcılığı ətrafında fikir mübadiləsinin aparıldığı, poeziyanın mənəvi missiyasının, sözün insan həyatındakı yerinin və ədəbiyyatın cəmiyyətlə əlaqəsinin müzakirə edildiyi əlamətdar ədəbi görüş kimi yadda qalıb.

Ədəbiyyatın əsas gücü insanı düşündürməkdə, onun duyğularına toxunmaqda və mənəvi dünyasında yeni suallar oyatmaqda üzə çıxır. Rafiq Ələkbərin yeni kitabının təqdimatı da müasir Azərbaycan poeziyasına, şairin yaradıcılığına və kitabın daşıdığı mənəvi-fəlsəfi məzmuna həsr olunmuş əlamətdar ədəbi görüş kimi diqqət çəkib.

Məşhur teleaparıcı vəfat etdi Tarixi amfiteatrın fəaliyyəti dayandırıldı Məni gözləyirlər - Yeni hekayə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://kulis.az
archiveBu xəbər 19 Oktyabr 2026 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see319

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see305

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see280

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see277

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see274

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see261

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see252

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see240

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see234

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see233

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see233

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see230

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see229

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see227

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see212

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see212

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see209

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see209

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see203

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri