Icma.az
close
up
RU
İnsan qardaşlığının zəfəri

İnsan qardaşlığının zəfəri

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin humanizm siyasətinə verilən ali qiymət

Birləşmiş Ərəb Əmirliklərinin ali dövlət nişanələrindən sayılan, beynəlxalq aləmdə yüksək nüfuza malik Şeyx Zayed Fondunun “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunması bütün qlobal siyasi arenada böyük əks-səda doğurub.

Bəşəri dəyərlərin, sülhün, dözümlülüyün və humanizmin təntənəsi kimi qiymətləndirilən mükafat Azərbaycanın son illərdə yürütdüyü strateji kursun, hərbi zəfərlərin ardınca gələn diplomatik qələbələrin və Prezident İlham Əliyevin qlobal liderlik keyfiyyətlərinin beynəlxalq səviyyədə təsdiqidir. Əbu-Dabidən gələn müjdə Azərbaycanın sülh diplomatiyasının qızıl dövrünün məntiqi davamıdır.

Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, müdrik dövlət xadimi Şeyx Zayed bin Sultan Əl Nəhyanın adını daşıyan Fond və onun təsis etdiyi mükafat barədə məlumat vermək vacibdir. Şeyx Zayed dünyada sülhsevərliyi, xeyriyyəçiliyi, mərhəməti və müxtəlif mədəniyyətlər arasında dialoqun qurulmasını təşviq edən lider kimi tanınıb. Onun irsini yaşadan Fondun əsas missiyası irqi, dini, milli mənsubiyyətindən asılı olmayaraq bəşəriyyətin rifahına xidmət edən, konfliktlərin qarşısını alan, insanlar arasında qardaşlıq körpüləri quran şəxsiyyətləri aşkara çıxarmaq və onları dünyaya örnək kimi təqdim etməkdir.

"İnsanlıq Qardaşlığı" mükafatı 2019-cu ildə Roma Papası Fransisk və Əl-Əzhərin Böyük İmamı Əhməd Əl-Tayyib tərəfindən Əbu-Dabidə imzalanmış tarixi "İnsanlıq Qardaşlığı Sənədi"ndən ilhamlanaraq təsis edilmişdir. İndiki halda mükafatın məhz Prezident İlham Əliyevə verilməsi Azərbaycan liderinin qlobal miqyasda sülh carçısı, multikulturalizm ideyalarının hamisi və sivilizasiyalararası dialoqun aparıcı siması kimi qəbul edildiyini göstərir.

“Müharibədə qalib gələn lider sülhdə də qalibdir” tezisinin hər bir elementinin Azərbaycanın son beşillik tarixində necə dəqiqliklə işlədiyini görmək mümkündür. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin lokal antiterror tədbirləri Azərbaycanın hərbi qüdrətini, Prezidentin Ali Baş Komandan kimi qətiyyətini nümayiş etdirdisə, 2023-2025-ci illər ərzində aparılan diplomatik danışıqlar prosesi onun strateji səbrini və diplomatik məharətini sübuta yetirdi. Sülhə aparan yol heç də hamar olmadı. Əksinə, sözügedən yol minalanmış sahələrdən, xarici təzyiqlərdən, diplomatik şantajlardan və Ermənistanın revanşist cəhdlərindən keçirdi. Rəsmi İrəvan, xüsusilə də onun Qərbdəki havadarları – Fransa başda olmaqla bəzi Avropa təsisatları – regionda sülhün əldə olunmasına hər vasitə ilə mane olmağa çalışırdılar.

Ermənistanın silahlandırılması, sərhədə müşahidəçi adı altında Avropa İttifaqının kəşfiyyat qruplarının yerləşdirilməsi, beynəlxalq platformalarda Azərbaycana qarşı qərəzli qətnamələrin qəbul edilməsi sülh prosesini pozmağa hesablanmış addımlar idi. Məqsəd aydın idi: Azərbaycanın qələbəsini natamam etmək, münaqişəni dondurulmuş vəziyyətə qaytarmaq və regionda xarici qüvvələrin iştirakını təmin edərək yeni qarşıdurma ocağı yaratmaq. Lakin Prezident İlham Əliyevin “dəmir yumruğ”u diplomatik masada da öz sözünü dedi. Dövlət başçısı bütün təzyiqləri dəf edərək prinsipial mövqe nümayiş etdirdi. Tarix 2025-ci ilin avqust ayını göstərdikdə bütün dünya Azərbaycan diplomatiyasının növbəti, bəlkə də ən həlledici zəfərinə şahidlik etdi.

Vaşinqtonda keçirilən yüksək səviyyəli danışıqlar zamanı məsələyə son nöqtə qoyuldu. ABŞ-ın vasitəçiliyi ilə baş tutan, intəhası məzmunu və şərtləri rəsmi Bakı tərəfindən diktə edilən yekun razılaşma prosesi Ermənistanın revanşizm xülyalarının birdəfəlik tabuta qoyulması ilə nəticələndi. Həmin görüşdə imzalanan sənədlər və əldə olunan razılaşmalar regionda onilliklər boyu davam edən düşmənçiliyin hüquqi müstəvidə bitməsini rəsmiləşdirdi. Vaşinqton görüşü, sadəcə, münaqişə tərəflərinin görüş mərasim deyildi. Bu görüş Azərbaycanın iradəsinin beynəlxalq güclər tərəfindən qeyd-şərtsiz qəbul edilməsi aktı idi.

Həmin ana qədər İrəvanı yeni müharibəyə sövq edən qüvvələr anladılar ki, İlham Əliyevlə hədə-qorxu dili ilə danışmaq mümkünsüzdür. Prezidentin qətiyyətli siyasəti sayəsində Cənubi Qafqaz regionu dağıdıcı müharibədən xilas edildi. Məhz 2025-ci ilin avqustunda əldə edilən tarixi nəticə Şeyx Zayed Fondunun mükafat komitəsinin diqqətini cəlb edən əsas amillərdən biri olmuşdur. Çünki əsl sülh real təhdidləri neytrallaşdırmaq və gələcək nəsillərin təhlükəsizliyini təmin etməkdir. Mükafatın siyasi əhəmiyyəti həm də ondadır ki, sözügedən hadisə Qərb dünyasında, xüsusilə də anti-Azərbaycan dairələrdə formalaşdırılmağa çalışılan yanlış rəyi darmadağın edir.

Bəzi Qərb mediası və siyasətçiləri Azərbaycanı "aqressor" kimi qələmə verməyə çalışarkən, dünyanın ən nüfuzlu humanitar fondlarından birinin məhz Azərbaycan Prezidentini sülh mükafatına layiq görməsi həqiqətin anıdır. Bu, Qlobal Cənubun, İslam dünyasının və ədalətli beynəlxalq ictimaiyyətin Azərbaycanın haqq işinə verdiyi dəstəkdir. BƏƏ-nin Şeyx Zayed Fondunun qərarı göstərir ki, dünya yalnız Qərbin ikili standartlarından ibarət deyil. Dünyada real işi, həqiqi liderliyi və sülhə verilən töhfəni qiymətləndirməyi bacaran güc mərkəzləri mövcuddur.

Tam məsuliyyətlə demək olar ki, Azərbaycan Prezidentinin "İnsanlıq Qardaşlığı" mükafatı ilə təltif edilməsi tarixi hadisədir. Həmin hadisə Cənubi Qafqazda yeni eranın başlanğıcını simvolizə edir. Postmünaqişə dövrü artıq başa çatıb. İndi inkişaf, inteqrasiya və qlobal əməkdaşlıq dövrü başlayır. Və sözügedən yeni dövrün memarı İlham Əliyevdir.

Y.YAQUBOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Yanvar 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri