Icma.az
close
up
RU
Multikulturalizm Mərkəzi ilə İnsan Qardaşlığının Ali Komitəsi arasında əməkdaşlıq müzakirə olunub

Multikulturalizm Mərkəzi ilə İnsan Qardaşlığının Ali Komitəsi arasında əməkdaşlıq müzakirə olunub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 27 may, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) ilə İnsan Qardaşlığının Ali Komitəsi arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində təşkil olunan görüşdə tərəflər arasında gələcək əməkdaşlıq müzakirə olunub.

BBMM-in icraçı direktoru Rəvan Həsənov mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verib. O, Azərbaycandakı multikultural və tolerant mühit, dövlətimizin başçısı İlham Əliyev tərəfindən həyata keçirilən multikulturalizm siyasəti, eləcə də Azərbaycan multikulturalizm modeli barədə danışıb. Azərbaycanda multikultural dəyərlərin əsrlərdən bəri önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını diqqətə çatdırıb. R.Həsənov BBMM-in fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında da məlumat verib. Azərbaycan multikulturalizminin xarici ölkələrin nüfuzlu ali məktəblərində tədrisi, Beynəlxalq Multikulturalizm Məktəbləri, eləcə də, ölkəmizdəki milli və dini icmalarla iş, hazırlanan nəşrlər barədə ətraflı danışıb.

İnsan Qardaşlığının Ali Komitəsinin baş katibi Xalid Əl Qait bildirib ki, komitə 2019-cu ildə yaradılıb, qarşılıqlı anlaşma, əməkdaşlıq və həmrəylik üçün qlobal platforma kimi fəaliyyət göstərir. O vurğulayıb ki, insanlar arasında tolerantlıq, qarşılıqlı anlayış və qardaşlıq prinsiplərinin təbliği cəmiyyətin rifahı və gələcəyi üçün əsas şərtlərdən biridir: “İnanıram ki, bu istiqamətdə gələcək əməkdaşlığımız uğurlu olacaq, harmonik dünya, qarşılıqlı əməkdaşlıq üçün birgə layihələr həyata keçirəcəyik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri