Icma.az
close
up
RU
İNSAN YAXŞILIĞI CƏNNƏT ÜÇÜN ETMƏLİDİR, YOXSA YAXŞILIQ ÖZÜ CƏNNƏTDİR?

İNSAN YAXŞILIĞI CƏNNƏT ÜÇÜN ETMƏLİDİR, YOXSA YAXŞILIQ ÖZÜ CƏNNƏTDİR?

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

CƏNNƏT VƏDİNDƏN RUHUN AZADLIĞINA

                         2- ci esse

İnsan niyə yaxşı olmalıdır?

Bu sual ilk baxışda sadə görünür. Lakin onun daxilində insanın bütün mənəvi taleyini müəyyənləşdirən böyük bir fəlsəfi problem gizlənir.

İnsan yaxşılığı nə üçün edir?

Cəzadan qorxduğu üçün?

Mükafat gözlədiyi üçün?

Cənnətə getmək üçün?

Yoxsa yaxşılığın özü insanın mənəvi mahiyyətindən doğduğu üçün?

Əgər insan yalnız cənnətə getmək üçün yaxşılıq edirsə, onda onun yaxşılığı həqiqətən mənəvidirmi?

Əgər insan pislikdən yalnız cəhənnəm qorxusuna görə çəkinirsə, onda o, həqiqətən yaxşı insandırmı?

Bəlkə də burada insanın mənəvi inkişafının ən mühüm mərhələsi başlayır.

İnsan yaxşılığı mükafat üçün deyil, yaxşılığın özünə görə etməyi öyrənməlidir.

Çünki mükafat gözləyən yaxşılıq hələ tam mənəvi azadlıq deyil.

Qorxudan doğan itaət də mənəvi kamillik deyil.

İnsanın həqiqi mənəviyyatı o zaman başlayır ki, o, yaxşılığı nə cənnətə görə, nə cəhənnəmə görə, nə də başqalarının alqışı üçün edir.

O, yaxşıdır — çünki yaxşı olmaq onun mahiyyətinə çevrilib.

Belə insanın mənəvi davranışı xarici mükafat və cəza sistemindən asılı deyil.

O, haqsızlıq etmir, çünki cəzadan qorxur deyə yox.

O, yaxşılıq edir, çünki insanın ağrısını öz ağrısı kimi hiss edir.

O, Vətənini sevir, çünki bunun qarşılığında mükafat gözləmir.

O, millətinə xidmət edir, çünki öz varlığını mənsub olduğu xalqın taleyindən ayrı təsəvvür etmir.

O, insanlığa xidmət edir, çünki insanlığın yüksəlişini öz həyatının mənası hesab edir.

Əsl mənəviyyat burada başlayır.

İnsan öz mənəviyyatını mükafat və cəza sistemindən azad etdiyi anda, ruhən böyüməyə başlayır.

Çünki qorxu üzərində qurulan əxlaq insanı yalnız itaətkar edə bilər.

Amma mənəvi şüur insanı azad edir.

Qorxan insan soruşmur.

Mükafat gözləyən insan şərti davranır.

Azad insan isə anlayaraq seçim edir.

Ona görə də insanın mənəvi yüksəlişinin ən böyük göstəricisi onun nə qədər qorxduğu deyil, nə qədər azad düşündüyüdür.

Burada dinin özü ilə dinin istismarı arasında böyük fərq yaranır.

İnam insanı mənəviyyata, mərhəmətə və xeyirxahlığa yönəldə bilər. Lakin insanın cənnət arzusunu və cəhənnəm qorxusunu istismar edənlər bu mənəvi ehtiyacı hakimiyyət vasitəsinə çevirə bilərlər.

İnsana deyilir:

"Belə et — cənnət qazanacaqsan."

"Belə etmə — cəhənnəmə düşəcəksən."

Beləliklə, insanın mənəvi davranışı onun daxili şüurundan deyil, xarici mükafat və cəzadan asılı vəziyyətə gətirilir.

İnsan öz vicdanının səsinə deyil, başqasının hökmünə qulaq asmağa başlayır.

Bu isə insanın mənəvi azadlığını zəiflədir.

Çünki vicdanın yerini qorxu tutanda, mənəviyyat itaətə çevrilir.

Bəs insanın həqiqi cənnəti haradadır?

Bəlkə də cənnət insanın ölümündən sonra gedəcəyi bir məkan deyil.

Bəlkə də cənnət insanın öz ruhunda yaratdığı mənəvi vəziyyətdir.

İnsan sevəndə, bağışlayanda, yaradanda, ədaləti müdafiə edəndə, Vətəninə və millətinə ləyaqətlə xidmət edəndə, başqasının ağrısını öz ağrısı kimi duyanda — o, artıq mənəvi cənnətini qurur.

Bu cənnətin qapısını heç kim aça bilməz.

Heç kim bağlaya bilməz.

Çünki o, insanın öz ruhundadır.

Yaxşılıq özü cənnətdir.

Ədalət özü cənnətdir.

Sevgi özü cənnətdir.

Azadlıq özü cənnətdir.

İnsanlıq özü cənnətdir.

Əgər belədirsə, insanın cənnəti yalnız ölümündən sonra axtarması nə qədər doğrudur?

Niyə insan bu dünyada cənnət yaratmağa çalışmasın?

Niyə öz Vətənində ədalət qurmasın?

Niyə millətinin azadlığını və ləyaqətini yüksəltməsin?

Niyə insanlığın ağrısını azaltmasın?

Bəlkə də insanın ən böyük yanılması budur: o, cənnəti göylərdə axtarır, halbuki insanlığın ən böyük vəzifəsi yer üzünü cənnətə çevirməkdir.

İnsan keçicidir.

Onun həyatı bir gün sona çatacaq.

Amma onun yaratdığı yaxşılıq yaşaya bilər.

Onun qurduğu ədalət yaşaya bilər.

Onun yetişdirdiyi insan yaşaya bilər.

Onun yaratdığı mənəvi dəyər nəsillərdən-nəsillərə keçə bilər.

Bu mənada insanın əbədiliyi öz bədənində deyil, yaratdığı İnsanlıqda davam edir.

İnsan keçicidir, İnsanlıq əbədidir.

Ona görə də insanın əsl məqsədi özünə cənnət qazanmaqdan daha böyük olmalıdır.

O, özündən sonra cənnətə bənzər bir dünya qoymağa çalışmalıdır.

Əgər insanın yaxşılığı yalnız öz xilasına xidmət edirsə, bu, mənəviyyatın ən yüksək mərhələsi deyil.

Amma insan başqalarının da xoşbəxtliyi üçün çalışırsa, öz həyatını İnsanlığın yüksəlişinə həsr edirsə, onda onun yaxşılığı artıq şəxsi mükafatdan yüksəlir.

Əsl insan cənnət axtaran deyil — cənnət yaradan insandır.

Əsl mənəviyyat isə insana demir:

"Sən nə qazanacaqsan?"

Əsl mənəviyyat soruşur:

"Sən nə yaratdın?"

"Kimin həyatını yaxşılaşdırdın?"

"Hansı haqsızlığa qarşı çıxdın?"

"Vətəninə nə verdin?"

"Millətinə nə miras qoydun?"

"İnsanlığa hansı dəyəri bəxş etdin?"

Bəlkə də insanın əsl hesabı ölümündən sonra deyil, hər gün öz vicdanının qarşısında verilir.

Və bəlkə də ən böyük cənnət budur:

İnsan öz vicdanının qarşısında başıuca yaşaya bilsin.

Çünki ruhun ən böyük azadlığı budur:

Yaxşı olmaq üçün mükafata ehtiyac duymamaq.

Düzgün Atalı 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://adalet.az
archiveBu xəbər 26 Avqust 2026 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri