Icma.az
close
up
RU
İnsanlar öz evlərində niyə qeydiyyata alınmır?

İnsanlar öz evlərində niyə qeydiyyata alınmır?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İl ərzində şəxsiyyət vəsiqəsi, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatla əlaqədar Ombudsmanın ünvanına daxil olmuş şikayətlər əsas etibarilə polis orqanlarının inzibati binalarının ünvanı üzrə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması, yaşayış yeri olmayan şəxslərin müvafiq sərəncama uyğun olaraq polis orqanlarının inzibati binalarının ünvanı üzrə qeydiyyata alınmalarından imtina edilməsi halları ilə bağlı olub. 

Bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb. Məruzədə bildirilib ki, həmin şikayətlər üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada araşdırmalar aparılaraq qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib. Qeyd edilir ki, bir sıra hallarda qeydiyyatdan çıxarılmış şəxslərin şəxsiyyət vəsiqələrinin etibarsız olması əmək müqavilələrinin bağlanmasını, təhsil müəssisələrinə qəbulu, tibbi və digər xidmətlərdən istifadəni mümkünsüz edir ki, bu da nəticə etibarilə həmin şəxslərin sosial təminat, sağlamlığın qorunması, təhsil və digər hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. 

Yeri gəlmişkən, bir çox insanların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatla əlaqədar üzləşdikləri problemlərin aradan qaldırılması və onların öz hüquqlarından yetərincə istifadə etmələrinə şərait yaradılması məqsədilə özbaşına tikililərin və yeni tikililərdə olan mənzillərin dövlət qeydiyyatına alınması prosesinin sürətləndirilməsi zəruridir. 

Qeyd edilənlərlə yanaşı, yaşayış yerinin alqı-satqısı zamanı yeni mülkiyyətçi tərəfindən həmin ünvana əvvəllər qeydiyyata götürülmüş şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının məhkəmədənkənar sadələşdirilmiş mexanizminin (yeni mülkiyyətçinin ərizəsi əsasında) tətbiqi ilə bağlı "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinə müvafiq dəyişikliyin edilməsi də məqsədəmüvafiqdir. 

Qeyd edək ki, bu gün ölkədə, xüsusilə də paytaxtda kifayət qədər qeydiyyatsız vətəndaş yaşayır. Qeydiyyatın olmaması isə həmin vətəndaşlar üçün bir sıra problemlərə yol açır. Digər tərəfdən, çıxarış olmadığına görə bir çox vətəndaş öz evinə qeydiyyata düşə bilmir. Ombudsmanın məruzəsində də öz əksini tapan amillər evlərə sənəd verilməsini və vətəndaşların qeydiyyat probleminin həllini sürətləndirəcəkmi?  

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev “Cebheinfo.az”-a  bildirib ki, hazırda çox sayda insan qeydiyyatsız vəziyyətdə qalıb: 

“Vətəndaş olduğu yerdən qeydiyyatdan çıxırsa, artıq onun istər şəxsiyyət, istərsə sürücülük vəsiqəsi etibarsız sayılır. Ölkədən çıxışında, bank hesablarında və s. müəyyən problemlər yaşanır. Vətəndaşın qeydiyyatdan çıxarılması onun konstitusion hüququnun pozulması deməkdir. Hər bir ölkədə nəinki vətəndaş, oraya gələn xarici qonaqlar, miqrantlar belə, müvəqqəti qeydiyyata alınırlar. 

Təəssüf ki, bizdə qeydiyyatdan çıxarılan şəxslərin müvəqqəti qeydiyyata alınması prosesi getmir. Vətəndaş ya polis idarələrinə qeydiyyata düşməli və yaxud məhkəmə yolu ilə hansısa bir formada qeydiyyata alınmalıdır. Aidiyyəti qurumlar bilməlidir ki, hər hansı əmlaka çıxarış verilməyə bilər. Çıxarış mülkiyyət hüququnun tanınmasıdır. 

Çıxarış verilməsə belə, həmin şəxs bu əmlakın sahibidirsə, yaxud əmlak ailəyə məxsusdursa, onlar orada qeydiyyata alınmalıdırlar. Bu kimi hallar vətəndaşı seçkilərdən məhrum edir, müəyyən sənədləri etibarsız sayılır və s.

Ölkədə təxmini rəqəmlərə görə, 800 minə yaxın çıxarışsız fərdi yaşayış evi var". Ekspert deyib ki, ümumi daşınmaz əmlak fondu 2 milyon 600 minə yaxındır: 

"Onun demək olar ki, üçdə bir hissəsinin sənədi yoxdur. Bu, bir tərəfdən utancverici bir rəqəmdir. Çünki kiçik bir ölkədə bu qədər sənədsiz ev var. Söhbət çıxarışın verilməsindən getmir, ən azından vətəndaşlara həmin əmlaklarda yaşama hüququ və yaxud ilkin qeydiyyat sənədi verilməlidir ki, onun üzərindən həm qeydiyyata düşə bilsinlər, həm ünvan ala bilsinlər. Yəni ünvanın olmaması da vətəndaşları digər tərəfdən ciddi problemlər yaradır. Bu baxımdan, onların hər birinin qeydiyyat məsələsi birmənalı olaraq həll olunmalıdır”.

Ekspert deyir ki,  vətəndaş qeydiyyata düşmək üçün məhkəməyə müraciət edir, ancaq qeydiyyat məsələsi məhkəmə predmeti deyil:

“Ortada cinayət yoxdur, vətəndaşın konstitusion hüququ pozulub. Yəni hazırda  bu qədər vətəndaş evinin çıxarışı olmadığı üçün qeydiyyata düşə bilmir. Vətəndaşı qeydiyyatsız saxlamaq olmaz. Qeydiyyatla mülkiyyət hüququnu bir yerə gətirmək olmaz. 

Bununla bağlı mütləq şəkildə hansısa bir addım atılmalıdır. Bir otelə qonaq getdikdə belə, otel onu qeydiyyata alır. Əgər bir otel bir vətəndaşı müvəqqəti qeydiyyata ala bilirsə, demək, bu, o qədər də çətin proses deyil. Sadəcə bunu çətinləşdirirlər. Sənədsiz evlərə gəldikdə isə illərdir ki, bu barədə danışılır. Hələ ki, ortada gözəçarpacaq qədər ciddi nəticə yoxdur”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: qeydiyyat yaşayış yeri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Mart 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see259

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see217

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see205

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see199

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see198

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see197

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see196

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see195

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see195

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see191

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see188

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see188

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see184

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see183

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see180

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see173

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see173

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see173

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see171

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri