Icma.az
close
up
RU
İnsanlar süni intellektə bağlanmağa başlayırlar: Alimlər AI yə qarşı hissləri araşdırdılar

İnsanlar süni intellektə bağlanmağa başlayırlar: Alimlər AI yə qarşı hissləri araşdırdılar

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Müasir dünyada süni intellekt (AI) hər yerdə yayılıb, insanların süni intellektlə qarşılıqlı əlaqəsi isə daha tez-tez baş verir və mürəkkəbləşir. Yaponiyanın Vaseda Universitetindən olan tədqiqatçılar insan və AI arasında münasibətləri bağlanma nəzəriyyəsi - insanların bir-biri ilə necə emosional bağlar qurduğunu ənənəvi şəkildə izah edən psixoloji model prizmasından nəzərdən keçirməyin mümkün olub-olmadığını öyrənmək qərarına gəliblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə araşdırmanın nəticələri "Current Psychology" jurnalında dərc olunub.

Alimlər Fan Yanq və Atsuşi Oşionun rəhbərlik etdiyi bir qrup elm adamı xüsusi texnika - EHARS şkalasını işləyib hazırlayıb ki, bu şkala insanın süni intellektə emosional cəhətdən nə qədər "bağlandığını" ölçməyə imkan verir. Məlum olub ki, bir çox insanlar həqiqətən dəstək və məsləhət üçün süni intellektə müraciət edirlər: tədqiqat iştirakçılarının demək olar ki, 75 faizi süni intellektdən yardım mənbəyi kimi istifadə edib, təxminən 39 faizi isə onu etibarlı və daimi yoldaş kimi qəbul edib.

Eyni zamanda, süni intellektə qarşı iki növ münasibət müəyyən edilib: narahat - insan səhv cavab almaqdan qorxur və dəstəyə ehtiyac duyur, çəkingən - insan süni intellektə yaxın olmaqdan narahatlıq keçirir və məsafə saxlamağa üstünlük verir.

Alimlər vurğulayırlar ki, onların işi insanların AI-ni emosional səviyyədə necə qəbul etdiyini anlamağa kömək edir. Bu biliklər daha etik və psixoloji cəhətdən uyğunlaşdırılmış süni intellekt sistemlərinin yaradılması üçün vacibdir, məsələn, tənha insanları dəstəkləmək üçün çatbotlar və ya psixoterapiya tətbiqləri. Bu cür sistemlər istifadəçilərin fərdi ehtiyaclarını daha yaxşı nəzərə almağa - narahat insanlara qarşı daha həssas olmağa imkan verəcək.

"Süni intellekt həyatımıza daha dərindən nüfuz etdikcə, insanlar onda təkcə məlumat deyil, həm də emosional dəstək axtarmağa başlayacaqlar. Bizim araşdırma bunun necə baş verdiyini anlamağa və istifadəçilərin psixoloji rifahını nəzərə alan texnologiyalar yaratmağa kömək edir", - deyə Fan Yanq bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 İyun 2025 01:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri