Icma.az
close
up
RU
İnsanlarda yaxınlarına qarşı aqressiya hansı səbəblərdən yaranır? Psixoloq və sosioloqdan AÇIQLAMA

İnsanlarda yaxınlarına qarşı aqressiya hansı səbəblərdən yaranır? Psixoloq və sosioloqdan AÇIQLAMA

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İnsanlarda yaxınlarına qarşı aqressiya bəzən ani və gözlənilməz davranışlarla özünü göstərir. Stress, gündəlik həyatın yaratdığı gərginlik və emosional təzyiq bu aqressiyanı artırır və fərdlərin təhlükəli qərarlar verməsinə səbəb ola bilər.

Buna bariz nümunə kimi ötən həftə Paytaxtın Xəzər rayonunda baş vermiş faciəli hadisə də  göstərilə bilər. Ananın yeni doğulan 3 günlük körpəsini dənizə atması onu göstərir ki, aqressiyanın yüksək səviyyəsi insan davranışlarını nə qədər destruktiv edə bilər. Hətta öz canından bir parça olanın həyatına son qoymaqla...

Hadisə həm fərdi, həm də cəmiyyət səviyyəsində ciddi narahatlıq doğurur. Maraqlıdır, görəsən, insanlarda aqressiya maddi cəhətlərdənmi, yoxsa digər faktorlardanmı yaranır?

Psixoloq, psixoterapevt Orxan Şəfizadə Avtosfer.az-a bildirib ki, aqressiya qətl kimi ağır nəticələrə yol açır: “Aqressiya insanlarda müxtəlif səbəblərdən yaranır. Daxili gərginlik və emosional tıxanma bu səbəblərin ən əsaslarından biridir. İfadə olunmayan hisslər zamanla yığılır və nəhayət, partlayışa çevrilir. Ailə və sosial stress, davamlı konfliktlər də insanın emosional nəzarətini zəiflədir və aqressiv reaksiyaların ortaya çıxmasına səbəb olur. Psixoloji pozuntular və impulsivlik isə düşünmədən verilən reaksiyaların daha kəskin olmasına gətirib çıxarır. Bəzən aqressiya qətl kimi ağır nəticələrə yol açır. Sadəcə maddi və ya gündəlik problemlər tətik rolunu oynasa da, əsas səbəblər dərin psixoloji faktorlarla bağlıdır: uzun müddətli psixoloji yüklənmə, özünə nəzarətin zəifləməsi, impulsiv qərarlar, alkoqol və maddələrin təsiri, emosional partlayış anında rasional düşüncənin sıradan çıxması. Bu faktorlar bir araya gəldikdə aqressiya bəzən ölümcül nəticələrə səbəb ola bilər”.

Psixoloq aqressiyanı azaltmaq üçün effektiv yolların olduğunu da bildirib: “İlk növbədə, tetikləyiciləri tanımaq önəmlidir; insan nə zaman aqressivləşdiyini bildikdə onu idarə edə bilir. Nəfəs və bədən texnikaları gərginliyi saniyələr içində azaldır. Koqnitiv-davranış terapiyası aqressiyanı doğuran düşüncə və inancları dəyişdirərək reaksiyaların idarə edilməsinə kömək edir. Emosional boşalma, məsələn, idman, yazı terapiyası və yaradıcı fəaliyyətlər daxili gərginliyi azaltmağa xidmət edir. Ünsiyyət və sərhəd bacarıqları isə münasibətlərdə konfliktlərin minimuma endirilməsini təmin edir. Yekun olaraq, aqressiya təsadüfi deyil; o, daxili psixoloji və emosional zəminin nəticəsidir. Düzgün müdaxilə insanı və cəmiyyəti təhlükədən qoruyur”.

Belə hadisələr göstərir ki, aqressiya və destruktiv davranışlar təkcə fərdlərin psixoloji vəziyyətindən qaynaqlanmır, eyni zamanda sosial mühit, ailədaxili münasibətlər, iqtisadi və mədəni faktorlarla da bağlıdır.
Sosioloq Naib Niftəliyev mövzu ilə bağlı Avtosfer.az-a bildirib ki, aqressiyanın artması sosial-iqtisadi səbəblərlə, eləcə də informasiya stresi ilə birbaşa bağlıdır: “Ananın övladını bu cür inkar etməsi başqa subyektiv səbəblərlə də bağlı ola bilər. Səbəblər obyektiv və subyektiv olur. Amma istənilən halda ananın övladını dənizə atması və ona qarşı sərt rəftar nümayiş etdirməsi həm cinayət məsuliyyətinə aid davranışdır, həm də qeyr-insani münasibət. Cəmiyyətin sosial-iqtisadi vəziyyəti insanların davranışına təsir göstərir. Yəni ola bilir ki, insan ətraf mühitin və ya maddi-iqtisadi çətinliklərin təsiri altında öz rəftarını tənzimləyə bilməsin. Aqressiyanın qarşısının alınmasına gəldikdə isə önləyici tədbirlər görülməli, aqressiya faktoru bir müddət yanaşı, bir müddət isə tam öndə müşahidə olunmalıdır. Sosial müdaxilə, erkən preventiv tədbirlər, marifləndirmə, sosial təhsil və ictimai qınağın uzlaşdırılması əlverişli ola bilər. Kifayət qədər metodlar və vasitələr mövcuddur. Sosial-iqtisadi motivlərə düzgün köklənmək və insanları iqtisadi cəhətdən daha sağlam, fəal və rifahlı vəziyyətə gətirmək, iqtisadi çətinliklərin yaratdığı mənfi stresslərin qarşısını almaq gərəkdir”.

Nurcan Babək

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 02 Dekabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri