Icma.az
close
up
RU
İnsanları bir birinə yaxınlaşdıran universal dil...

İnsanları bir birinə yaxınlaşdıran universal dil...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Beynəlxalq Musiqi Günüdür

Bəzən bir mahnı illər əvvəl yaşadığımız bir günü, insanı, hətta çoxdan unutduğumuzu düşündüyümüz hissləri geri qaytara bilir. İlk öncə notlar səslənir və sanki zaman bir anlıq dayanır. Gözlərimizin önündə köhnə xatirələr canlanır, içimizdə qəribə bir duyğu yaranır. Musiqinin möcüzəsi də elə bundadır. O, qulaqlarımızla eşidilir, amma ən çox ruhumuzda hiss olunur.

Musiqi yalnız səslərdən və notlardan ibarət deyil. İnsanın hisslərini ifadə edən, bəzən sözlərin çatmadığı yerdə danışan, insanları bir-birinə yaxınlaşdıran universal dildir.

Oktyabrın 1-i dünyada Beynəlxalq Musiqi Günü kimi qeyd edilir. Bu günün təsis edilməsinin təşəbbüskarlarından biri bəstəkar Dmitri Şostakoviç və Beynəlxalq Musiqi Şurasının sədri Yehudi Menuhin olub.

Bayram bütün dünyada hər il ən yaxşı sənətkarların və bədii kollektivlərin iştirakı ilə böyük konsert proqramları ilə qeyd olunur, həmçinin dünya mədəniyyəti xəzinəsinə daxil olan bəstələr dinlənilir. Eyni zamanda, bəstəkarlar, ifaçılar, musiqişünaslarla yaradıcılıq görüşləri keçirilir, tematik sərgilər və maarifləndirici tədbirlər təşkil olunur ki, bu da musiqinin bir sənət kimi müxtəlif icmalarda yayılması məqsədinə xidmət edir.

Bəşəriyyət musiqi ilə ən qədim zamanlardan tanış olub. Afrika mağaralarında çoxdan yoxa çıxmış tayfaların qayaüstü rəsmlərində musiqi alətləri olan insanlar təsvir edilib. 2000-ci ildə Çin arxeoloqları iki min il əvvəl, Han sülaləsi dövründə yaradılmış musiqi alətləri muzeyini aşkar ediblər. Əsrlər və minilliklər boyu musiqi hər bir xalqın mədəni ənənəsinin, dini ayinlərinin və gündəlik həyatının ayrılmaz hissəsi olub.

Ruhumuza toxuna bilər

Musiqinin insan psixologiyasına təsiri danılmazdır. Sakit melodiyalar insanı rahatlaşdıra, ritmik musiqilər enerji verə, kövrək və duyğulu əsərlər isə insanın daxilində dərin hisslər oyada bilər. Bəzən insanın danışmağa sözü olmur. İçində yaşadığı hissləri ifadə edə bilmir. Belə məqamlarda bir musiqi sanki onun əvəzinə danışır. Dinlədiyimiz əsərin sözlərində və melodiyasında özümüzdən nələrisə tapırıq.

Musiqi həm də insanı gündəlik həyatın yorğunluğundan uzaqlaşdıra bilir. Bəzən bir neçə dəqiqə sevdiyimiz musiqiyə qulaq asmaq belə düşüncələrimizi toparlamağa, sakitləşməyə və özümüzlə baş-başa qalmağa kömək edir.

Sözlərin bitdiyi yerdə musiqi başlayır

Dünyanın müxtəlif ölkələrində yaşayan insanlar bir-birinin dilini bilməsələr də, eyni musiqidə ortaq hiss tapa bilirlər. Çünki sevincin, kədərin, həsrətin, sevginin və ümidin dili birdir. Elə buna görə, musiqi xalqları birləşdirən ən güclü vasitələrdən biri hesab olunur. Bir melodiyanı dinləmək üçün onun dilini bilmək vacib deyil. Musiqinin yaratdığı hissi anlamaq üçün tərcüməyə ehtiyac yoxdur.

Bəlkə də musiqinin ən böyük gücü elə bundadır. O, insanın yalnız qulağına deyil, yaddaşına, düşüncəsinə və ruhuna toxunur.

Azərbaycan musiqisinin zənginliyi

Azərbaycan musiqisi bu universal dilin özünəməxsus və zəngin nümunələrindən biridir. Muğam, aşıq sənəti, xalq mahnıları, klassik musiqi, bəstəkar yaradıcılığı və müasir musiqi janrları milli musiqi xəzinəmizin rəngarəngliyini göstərir.

Məlumdur ki, muğam Azərbaycan musiqisinin ən dərin və qədim qatlarından biridir. Bu sənətdə yalnız melodiyanın deyil, xalqın dünyagörüşünün, hisslərinin və əsrlər boyu formalaşmış musiqi yaddaşının izlərini görmək mümkündür. Tarın, kamançanın və qavalın səsi isə Azərbaycan musiqi mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib.

Azərbaycan professional musiqisinin inkişafında Üzeyir Hacıbəyovun xüsusi rolu var. Onun yaradıcılığı milli musiqi ənənələri ilə dünya musiqi məktəbinin imkanlarını bir araya gətirdi. Sonrakı dövrlərdə Qara Qarayev, Fikrət Əmirov, Niyazi və başqa görkəmli sənətkarlar Azərbaycan bəstəkarlıq məktəbinin inkişafına mühüm töhfələr verdilər.

Yeganə BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Oktyabr 2026 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri