Icma.az
close
up
RU
İnsanların özünü varlı kimi göstərməsi hansı təhlükələr yaradır? EKSPERTLƏRDƏN XƏBƏRDARLIQ

İnsanların özünü varlı kimi göstərməsi hansı təhlükələr yaradır? EKSPERTLƏRDƏN XƏBƏRDARLIQ

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Daha bahalı həyatın daha çox xoşbəxtlik gətirəcəyi düşüncəsi çox yayğındır, amma bu, hər zaman doğru olmur. Brend çılğınlığı və istehlak mədəniyyəti insanların sosial statusunu və psixologiyasını dərin şəkildə təsir edir. İnsanlar yüksək brendli məhsullar və dəbdəbəli həyat tərzi ilə daha yüksək sosial mövqe əldə etmək istəyirlər. Bu, bəzən onların özlərinə inamını artırır və ya cəmiyyətdə qəbul görmək üçün bir vasitəyə çevrilir.

Lakin maddi dəyərlər üzərində qurulmuş xoşbəxtlik anlayışı bir çox hallarda keçici olur və insanlar uzun müddətli məmnuniyyət və daxili sülh tapmaqda çətinlik çəkirlər. Beləliklə, daha bahalı həyat həqiqətən də daha çox xoşbəxtlik gətirirmi?

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Avtosfer.az-a açıqlamasında bildirib ki, fərqli insanlar fərqli ehtiyaclar və meyarlara əsaslanaraq xoşbəxtliyi axtarır:

“Bəziləri sadəcə ehtiyaclarının ödənməsi fonunda xoşbəxt olur, bəziləri isə daha yüksək ehtiyacların təmin olunması ilə. Bu barədə psixoloq Maslounun ehtiyaclar piramidası mühüm rol oynayır. Maslouya görə, insanların ən yüksək ehtiyacı özünü aktualizə etməkdir, yəni insanlar öz potensiallarını tam şəkildə həyata keçirməyə çalışırlar. Lakin, bəzi insanlar üçün xoşbəxtlik maddi zənginlik və sosial statusla bağlıdır, bəziləri isə fərqlənmə və diqqət çəkməklə özlərini xoşbəxt hiss edirlər.
Bəzi insanlar yüksək həyat tərzi və zənginliklə özlərini ifadə etməyə çalışır. Məsələn, bahalı maşınlar, telefonlar və ya dəbdəbəli geyimlərlə fərqlənməyi istəyirlər. Bu, cəmiyyətdəki yerini möhkəmləndirmək və özünə inamını artırmaq məqsədi güdür. Lakin bəzən insanlar arzuları ilə imkanları arasında uyğunsuzluq yaşayır. Belə insanlar "deprivasiya" vəziyyəti yaşayır və xəyallarını reallaşdıra bilmədikləri üçün xəyal qırıqlığı və depressiya ilə üzləşirlər. Bu, onları gərginlik və psixoloji problemlərə sürükləyə bilər”.

Sosioloq əlavə olaraq bildirib ki, kütlə psixologiyası da bəzi insanların başqalarına uyğun yaşamağa çalışmasına səbəb olur:

“Başqaları nə edirsə, mən də onu etməliyəm düşüncəsi ilə insanlar özlərini və həyat tərzini başqalarına bənzətməyə çalışırlar. Bu yanaşma onları həmişə maddi və sosial cəhətdən irəliləməyə məcbur edir. Lakin bəzən bu, onları daha dərin böhranlara sürükləyir. Məsələn, daha bahalı kirayə mənzil və ya yüksək markalı maşın almaq, onların real imkanlarını aşan bir vəziyyət yaradır. Nəticədə, bu insanlar daha da gərginləşir, çünki bu "göstərmə" yanaşması onları əsl xoşbəxtlikdən uzaqlaşdırır.

Ən mühüm olan, insanların arzuları ilə imkanlarını uyğunlaşdırmasıdır. Misal üçün, "ayağını yorğuna uyğun uzat" deyimi buna yaxşı bir nümunədir. İnsanlar yalnız öz real imkanları daxilində xoşbəxtlik axtarmalıdırlar. Hər insanın öz məqsədi və idealları olmalıdır, amma bu məqsədlər gerçəkliklə uyğun olmalıdır. Beləliklə, arzuları ilə imkanlarını uyğunlaşdırmayan insanlar özlərini xoşbəxt etməkdən daha çox gərginlik və böhranlar yaşayır”.

Psixoloq Aygül Məlikovanın fikrincə, maddiyyat psixologiyada önəmli rol oynayır, çünki bir çox psixoloji narahatlıq insanların maddi azadlıqlarının olmaması və ya arzu etdikləri tərzdə yaşaya bilməməsi ilə əlaqəlidir:

“Bu dövrdə texnologiyanın inkişafı ilə insanlar sosial şəbəkələrdə daha çox vaxt keçirir və başqalarının həyat şəraitini gördükcə öz həyat şəraitlərinə narazı ola bilərlər. Bu vəziyyət isə depresiv problemlərə səbəb ola bilər. Bəzi insanlar isə sosial statuslarını daha çox önəmsəyir, başqalarını sosial statuslarına görə dəyərləndirir və bu yanaşma narsisizm və digər şəxsiyyət pozuntularına səbəb ola bilər. Bu tip insanlar başqalarına qarşı aqressiv reaksiyalara səbəb ola bilərlər.

Eyni zamanda, maddi vəziyyətlərini idarə edə bilməyən insanlar, istədikləri kimi yaşaya bilmədikləri üçün özlərini daha çox zəif hiss edə bilərlər. Maddi çətinliklər özünə inam problemi yarada bilər və bu, depressiya və digər psixoloji pozuntulara səbəb ola bilər. İnsanlar özlərini aciz hiss edə bilər və nəticədə özünə qapalı, depressiv əlamətlər inkişaf etdirə bilərlər”.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 Mart 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri