Icma.az
close
up
RU
Azərbaycanda kütləvi qida israfının qarşısını necə almaq olar? EKSPERTLƏRDƏN XƏBƏRDARLIQ

Azərbaycanda kütləvi qida israfının qarşısını necə almaq olar? EKSPERTLƏRDƏN XƏBƏRDARLIQ

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Kütləvi qida israfı istehlakçıların lazımsız alış-veriş etməsi, məhsulların düzgün saxlanmaması və istehsal zamanı baş verən səhvlərdən qaynaqlanır. İstehsal və tədarük zəncirindəki problemlər də israfa səbəb olur.

İnkişaf etmiş ölkələr bu problemi azaltmaq üçün maarifləndirmə kampaniyaları, düzgün saxlanma qaydalarının təbliği və qida məhsullarının təkrar emalı kimi tədbirlər görürlər. Həmçinin istehsal prosesində israfı minimuma endirən texnologiyalar tətbiq olunur.

Bəs kütləvi qida israfı nədən qaynaqlanır? Bunun qarşısı almaq üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı iqtisadçı ekspert Fuad İbrahimov Avtosfer.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə israfçılığın qarşısının alınmasının müxtəlif amillərdən asılılığını nəzərə almaq lazımdır:

“Burada nümunələr, dini mənsubiyyət və mədəni mentalitet kimi göstəricilər də rol oynayır. Bu yanaşmaların tədbirləri müxtəlifdir və mədəni mentalitetdən asılı olaraq dəyişir. Eyni zamanda, sənaye və texnologiyalar bu prosesləri tənzimləyir. Bugünkü istehsal prosesində və kənd təsərrüfatı sektorunda texnologiyanın yanaşma metodologiyası daha çox qənaətçiliyə yönəlməlidir. Lakin hələ ki, bizdə bu sahələrdə inkişaf tam deyil.

Eyni zamanda, adət-ənənələrimiz israfçılığa yol açan faktorlardan biridir. Məsələn, yas mərasimləri və el şənliklərində çoxlu yeməklərin sifariş edilməsi israfın bariz nümunəsidir. Bu, dünyadakı aclıq və yoxsulluq şəraitində düzgün deyil. Hər hansısa israfçılığın qarşısını almaq üçün bu məsələyə sistemli yanaşma lazımdır. Məsələn, dünyada ən çox taxıl istehsal edən ölkə Rusiya olsa da, ən yüksək məhsuldarlıq Almaniyadadır. Almaniya müasir texnologiyalar və innovativ yanaşmalar sayəsində yüksək məhsuldarlıq əldə edir. Bu yanaşma Azərbaycan üçün də nümunə olmalıdır.

Bununla yanaşı, Azərbaycanın kənd təsərrüfatında da israfçılıqlar mövcuddur. Məhsul vaxtında bazara çatdırılmadıqda və ya iqtisadi dövriyyəyə daxil olmadıqda, o məhsul xarab olur. Bu vəziyyətin qarşısını almaq üçün daha yaxşı infrastruktur, soyuducular və anbarların olması vacibdir. Bu tədbirlər israfçılığın qarşısını alar”.
Ekspert son olaraq bildirib ki, Azərbaycanda israfçılığı azaltmaq üçün həm sənayelərdə məhsuldarlığı artırmaq, həm də kənd təsərrüfatında israfı azaltmaq lazımdır:
“Eləcə də, mentalitetimizdə dəyişikliklər etməli, yeni yanaşmalar tətbiq etməliyik. Bu yanaşmalarla israfçılığın qarşısını ala bilərik”.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın fikrincə, dünyada və Azərbaycanda bir çox hallarda israfçılığa yol verirlər:


“Bunlar xüsusilə gündəlik istehlak olunan məhsullar və uzun ömürlü qida məhsulları olur. İstehlakçılar çox zaman ehtiyaclarından daha çox alış-veriş edirlər, bu da israfa səbəb olur. Alınan məhsulların düzgün şəkildə saxlanmaması və ya həddindən artıq bişirilməsi də istehlak edilmədikcə israfa yol açır. Eyni zamanda istehsalda tədarük zəncirindəki səhvlər, qida məhsullarının daşınması və saxlanmasında baş verən problemlər də məhsulun keyfiyyətinin pisləşməsinə və nəticədə israfa səbəb olur.
Qida israfının əsas səbəblərindən biri istehsal zamanı qaydalara riayət olunmaması və ya istehsal xətalarıdır. Qida istehsalında və daşınmasında sərf olunan yüksək xərclər də məhsulun alıcılıq qabiliyyətini aşağı salır, bu da israfa gətirib çıxarır. İstehlakçılar isə qida israfının iqtisadi və ekoloji təsirlərindən xəbərsizdirlər, buna görə də israf etməyə davam edirlər.

İstehsal müəssisələrində qida israflarının qarşısını almaq üçün daha effektiv istehsal texnologiyalarının tətbiq edilməsi, əməkdaşların mütəxəssislər tərəfindən düzgün təlimləndirilməsi və maksimum keyfiyyətin təmin edilməsi vacibdir. İstehsal zamanı keyfiyyətin yüksəldilməsi və israfın minimuma endirilməsi üçün doğru texnologiyaların tətbiqi lazımdır. Eyni zamanda, qida məhsullarının uzun müddət saxlanmasını təmin etmək üçün müvafiq şəraitin yaradılması vacibdir.
Qida istehsalı zamanı yaranan artıqların təkrar emal edilməsi və yenidən istifadə olunması təşviq edilməlidir. Bu proseslər qida israfının azaldılmasına kömək edə bilər. Məktəblərdən və ali təhsil müəssisələrindən başlayaraq, qida israfı ilə bağlı maarifləndirmə gücləndirilməlidir. Kənd təsərrüfatı və qida istehsalı ilə məşğul olan şəxslər üçün mütəmadi olaraq israfçılığın qarşısını almaq məqsədilə təlimlər təşkil edilməlidir.

Ən çox israf olunan qida məhsulları çörək və un məmulatlarıdır. Bu məhsullar tez köhnəlir və tarixinin keçməsinə görə israf olurlar. Buna görə də, bu məhsullar yalnız istehlak olunacaq qədər alınmalı və düzgün şəkildə saxlanmalıdır. Meyvə və tərəvəzlər də tez xarab olan məhsullardır və bunların saxlama şəraiti xüsusi olmalıdır. Çünki bunlar soyuq şəraitdə saxlanılmalıdır və bu şərtlər yerinə yetirilmədikdə israfa yol açılır”.

Mütəxəssis əlavə olaraq qeyd edib ki, hazır yeməklər və yarımfabrikat məhsullar da israf olunan qidalar sırasındadır:

“Çalışan insanlar işə gedərkən çox miqdarda yarımfabrikat məhsul alır, amma bu məhsulların istifadəsi üçün verilən müddət azdır. Beləliklə, bu məhsulların istifadəsi bitmədən israf olunur.

Qida israfının qarşısını almaq üçün istehlakçılar yalnız lazımi miqdarda məhsul almalı, məhsulları düzgün şəkildə saxlamalı və artıq qalan məhsulların təkrar emalını etməlidirlər. Bu prosedurlar qida israfının qarşısını almaqda əsas amillərdən biridir”.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 03 Aprel 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri