Icma.az
close
up
RU
Instaqramda tanıdı, indi evlənir Yeni evlilik trendi

Instaqramda tanıdı, indi evlənir Yeni evlilik trendi

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İllər keçdikcə texnologiyanın inkişafı ilə yanaşı, düşüncə tərzi və mental dəyərlər də dəyişir. Bu dəyişikliklər insanların tanışlıq və evlilik standartlarına da təsir göstərir. Artıq gənclər sosial platformalar vasitəsilə münasibətlər qurur və bəzi hallarda bu münasibətlər güclənərək evliliyə qədər gedib çıxır.

Maraqlıdır ki, onlayn tanışlıqların uğur faizi və real münasibətlərə çevrilmə halları necədir?

Bununla bağlı Sfera.az-a açıqlama verən sosioloq Elçin Bayramlı son illərdə onlayn platformalarda tanışlıq hallarının artdığını və bu münasibətlər nəticəsində ailə quranların sayının da çoxaldığını deyib.

Onun sözlərinə görə, bu təbiidir, çünki əhalinin böyük əksəriyyəti sosial şəbəkələrdən istifadə edir:

“Əgər real həyatda bir insanın ünsiyyət dairəsi 5–10 nəfərlə məhdudlaşırsa, virtual aləmdə yüzlərlə insanla əlaqə qurmaq mümkündür. Bu isə ailə qurma prosesinə də birbaşa təsir göstərir. Unutmaq olmaz ki, onlayn tanışlıq sadəcə vasitədir. İnsanlar bir-birini müxtəlif şəraitdə tanıya bilər – əsas məsələ kimlə və hansı dəyərlər əsasında münasibət qurduqlarıdır. Burada iki önəmli amil var: birincisi, seçim meyarları; ikincisi isə tanışlıq müddəti. Tez bir zamanda evlənmək çox vaxt uğursuz nəticələrə gətirib çıxarır. Çünki tərəflər bir-birini kifayət qədər tanımadan ailə qurduqda bu, “oyuncaq ailə”yə çevrilir və tezliklə dağılır”.

Sosioloq ən azı 1–2 il, hətta 3–4 il ərzində tanışlıq mərhələsi keçməyin vacib olduğunu bildirib:

“Bu müddətdə gənclər bir-birinin həyat tərzini, xarakterini, psixologiyasını, maraqlarını və ruhi vəziyyətini öyrənirlər. Beləliklə, münasibət sağlam təməl üzərində qurulur. Əks halda, həm real həyatda, həm də virtual məkanda başlanmış sürətli münasibətlər çoxsaylı problemlərə səbəb olur. Milli dəyərlərimizdə də bir neçə mərhələli ailə qurma ənənəsi mövcuddur: əvvəlcə gənclər bir-birini görür və xoşlanırlar, sonra ailələrin tanışlığı və elçilik baş tutur. Razılıq əldə olunduqda nişan mərasimi keçirilir, müəyyən müddət nişanlılıq dövrü davam edir və yalnız hər şey qaydasında olduqda toy mərasimi baş verir. Bu mərhələlər tərəflərə bir-birini yaxından tanımaq, uyğunlaşmaq və sağlam ailə qurmaq imkanı yaradır. Əgər uyğunluq yoxdursa, ailə qurulmadan münasibət dayandırılır”.

E. Bayramlı qeyd edib ki, eyni prinsip onlayn tanışlığa da aiddir:

“Virtual məkanda ölkənin müxtəlif bölgələrindən insanlar bir araya gəlir, ünsiyyət qurur, ortaq maraqlarını bölüşür və uyğun olan şəxslə yaxınlıq qurur. Sonra real görüşlər və zaman keçdikcə münasibətin möhkəmlənməsi baş verir. Əsas olan, dostu və ya həyat yoldaşını seçərkən düzgün meyarları əsas götürməkdir. Məsələ vasitədə deyil, seçimdədir. İnsan avtobusda da tanış ola bilər, təsadüfən də. Amma seçim meyarları düzgün deyilsə, yəni münasibət maddi maraqlar və mənfəət üzərində qurulursa, problemlər qaçılmazdır. Təəssüf ki, son dövrlərdə boşanmaların çoxalmasının əsas səbəbi də budur. Əvvəllər mənəvi dəyərlər üstünlük təşkil edirdi, indi isə “müasirlik” adı altında mənəvi keyfiyyətlər arxa plana keçib və bu, ailə institutuna mənfi təsir göstərib”.

Fidan Hacızadə

Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://sfera.az
archiveBu xəbər 31 İyul 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri