İnvestisiya fondu BP də iştirak payı alıb
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Elliott Management” hedc fondu (investisiya fondu – red.) Böyük Britaniyanın BP şirkətində iştirak payı alıb və onun dəyərini artırmaq üçün neft-qaz şirkətində dəyişikliklərə təkan vermək niyyətindədir.
“APA-Economics” xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “The Wall Street Journal” yazır.
Qeyd olunur ki, təxminən 70 mlrd. dollarlıq aktivləri idarə edən “Elliott” Voll-Strit-in (Wall Street ) ən nüfuzlu investorlarından biridir.
Bildirilir ki, “Elliott”un BP-də hansı paya sahib olduğu hələlik məlum deyil.
Vurğulanır ki, investor BP-ni öz mövqeyini bərpa etmək üçün indiyədək atdığı addımlardan daha radikal addımlar atmağa çağırır.
BP-nin strategiyası son illərdə kəskin şəkildə dəyişib. Beş il əvvəl o, daha çox aşağı karbonlu enerji əməliyyatlarına diqqət yetirmək qərarına gəldi.
Xatırladaq ki, BP şirkəti Azərbaycanda iri neft-qaz layihələrinin əsas iştirakçılarından biridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 10 Fevral 2025 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















