Icma.az
close
up
RU
İnvestisiya şirkətləri risklərdən qorunacaq

İnvestisiya şirkətləri risklərdən qorunacaq

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Mərkəzi Bankın (MB) İdarə Heyəti “İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qayda”nı təsdiqləyib.  Qərara əsasən, investisiya şirkətinin məcmu kapitalı investisiya şirkətinin biznes strategiyasını dəstəkləməli, daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı investisiya şirkətinin maliyyə dayanıqlığını təmin etməlidir. Məcmu kapitala yalnız dəyəri pul vəsaiti ilə ödənilən maliyyə alətləri daxil ediləcək. İnvesitisiya şirkətinin nizamnamə kapitalı (xarici investisiya şirkətlərinin filialları üçün nizamnamə kapitalına bərabər tutulmuş vəsait) yalnız Azərbaycanın milli valyutasında ödənilən pul vəsaiti ilə formalaşdırılacaq.

Birinci və ikinci dərəcəli kapital

İnvestisiya şirkəti qiymətli kağızlar bazarında mövcud qanunvericiliyə əsasən, investisiya xidmətləri göstərən hüquqi şəxsdir. Hazırda maliyyə sektorunda 15-ə yaxın investisiya şirkəti fəaliyyət göstərir ki, onların əsas əməliyyatları dövlət istiqrazları, səhm, korporativ istiqrazlar və digər qiymətli kağızlar üzrə birjadakı repo əməliyyatlardır. Bir sözlə, bu şirkətlər qiymətli kağızlar bazarının inkişafında əsas iştirakçıdır.

İnvestisiya şirkətlərinin məcmu kapitalının strukturuna birinci dərəcəli (əsas kapital) və ikinci dərəcəli kapital (əlavə kapital) daxildir. Məcmu kapital birinci və ikinci dərəcəli kapitala daxil olan komponentlərin cəmi ilə məcmu kapitaldan tutulmaların fərqinə bərabərdir. İnvestisiya şirkətinin Müşahidə Şurası və icra orqanı məcmu kapitalın investisiya şirkətinin üzləşdiyi bütün risklərin səviyyəsinə uyğun həcmdə, bu qaydada müəyyənləşmiş minimum miqdardan az olmayaraq saxlanmasına riayət olunmasını təmin etməlidir.

Aktivlərin bazar dəyəri ilə hesablanmış cəmi məbləğinin orta dəyəri 50 milyon manatdan artıq olan investisiya şirkətləri birinci kateqoriyalı investisiya şirkəti hesab edilir. Bu şirkətlər qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi, mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması və s. maliyyə proseslərində fəal yer alır. Həmin əməliyyatlarda sıx fəaliyyəti olmayan investisiya şirkətləri isə ikinci kateqoriyalı investisiya şirkəti kimi təsnifləşdirilir.

Güclü kapital investisiya şirkətlərini qoruyur

Məcmu kapitalının həcmindən asılı olmayaraq, bütün investisiya şirkətləri üçün risklər mövcuddur. Bura kredit, bazar, əməliyyat, əmtəə, konsentrasiya, hesablaşma və kontragent, səkm-qiymət və s. risklər daxildir ki, bütün bunlar kapital tələbinin cəmini təşkil edir. Həmçinin digər dövlətlərə və mərkəzi banklara, beynəlxalq təşkilatlara, maliyyə institutlarına və korporativ təşkilatlara qarşı risklər də mövcuddur. Eləcə də likvidlik və valyuta riski də investisiya şirkətləri üçün çox ciddi hadisələrdən biri sayılır.

Risk isə liberal iqtisadiyyatda gözlənilən hadisələrdən biridir. Ona görə də, risklərdən sığortalanmaq və yaxud güclü risk bloku yaratmaq üçün investisiya şirkətlərinin kapital fondunun dayanqılılığı olduqca vacibdir. Ən əsası isə investisiya şirkətinin məcmu kapitalı güclü olmalıdır ki, daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı maliyyə risklərini qoruya bilsin.

Birinci kateqoriyalı investisiya şirkətlərinin davamlı kapital tələbi onun kredit riskləri, bazar riskləri, əməliyyat riskləri, hesablaşma və kontragent riskləri, habelə konsentrasiya risklərinə qarşı hesablanmış kapital tələblərinin cəminə bərabərdir. İkinci kateqoriyalı investisiya şirkətlərinin davamlı kapital tələbi onun nizamnamə kapitalının minimum miqdarı, audit olunmuş illik maliyyə hesabatları əsasında hesablanmış əməliyyat və inzibati xərclərinin 25 faizi həcmində və risk faktoru tələblərinin ən böyüyünə bərabər sayılır.

Şirkətlər risk kateqoriyalarına bölünəcək

Yeni qərar investisiya şirkətlərinin daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı risklərinin sərhəddini müəyyən edəcək. Belə ki, kredit riskləri zamanı kapital tələbi hesablandıqda risk kateqoriyalara bölünəcək, hər bir kateqoriya üzrə risk çəkisi müəyyənləşəcək. Nəticədə yekun risk dərəcəsi üzrə ölçülmüş aktivlərin 8 faizi həddində kredit riski üzrə kapital tələbi müəyyən ediləcək. Yeri gəlmişkən, bir aktiv üzrə birdən çox kredit reytinqi mövcud olduqda, onların arasından minimum kredit reytinqi nəzərə alınacaq. Paylarının və ya səhmlərinin 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən emissiya edilmiş istiqrazların risk çəkisi isə 50 faiz nisbətində müəyyən olunacaq. Digər balans aktivləri risk qruplarına xüsusiyyətlərindən asılı olaraq təyin ediləcək. Məsələn, aktivi 20 faiz olan şirkətlərin risk əmsalı 0,2 faizə bərabər olacaq.

Həmçinin, bu qərar investisiya şirkətlərinin investisiya planlaşdırması və maliyyə hədəflərinin müəyyən edilməsi, eləcə də risk profilinin dəyərləndirilməsi baxımından da əhəmiyyət daşıyır. Şirkətlər yeni qayda əsasında, daim uyğun bazarların və alətlərin seçilməsi, portfelin qurulması və diversifikasiyası, davamlı monitorinq və tənzimləmə, bazardakı vəziyyətə və mühitə uyğun qərarlar qəbul edə biləcək.

Beləliklə, yeni qaydalar investisiya şirkətlərinin fəaliyyətini tənzimləməklə onları risklərdən daha möhkəm qoruyacaq, eləcə də maliyyə bazarlarında şəffaflığı artıracaq. Bu qaydalar, həmçinin, investisiya mühitinə və maliyyə sabitliyinə müsbət təsir göstərəcək.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Aprel 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri