Icma.az
close
up
RU
İordaniya mediası Zəfər Gününün 5 ci ildönümü münasibətilə yazılar dərc edib

İordaniya mediası Zəfər Gününün 5 ci ildönümü münasibətilə yazılar dərc edib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qahirə, 6 noyabr, AZƏRTAC

İordaniyanın “əl-Bələd”, “Nayruz”, “Ammonnyuz”, “Şaabnyuz” və digər xəbər portalları Azərbaycanın Əmmandakı səfirliyinin bəyanatına istinadla Zəfər Gününün 5-ci ildönümü münasibətilə yazılar dərc edib.

AZƏRTAC xəbər verir ki, yazılarda xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə Prezidentiİlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-nin ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edildiyi bildirilir. Diqqətə çatdırılır ki, Azərbaycan xalqı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini öz gücü ilə icra edərək beynəlxalq hüququn aliliyini təmin edib, 44 günlük Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini azad edib və ölkənin ərazi bütövlüyünü bərpa edib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, “Böyük Qayıdış” Proqramı çərçivəsində tikilməkdə olan yollar, körpülər, hava limanları və “ağıllı şəhər və kənd” layihələri haqqında məlumatların yer aldığı yazılarda Füzuli, Laçın və Zəngilanda beynəlxalq statuslu hava limanlarının istifadəyə verildiyi də bildirilir. Eyni zamanda, yazılarda azad edilmiş torpaqlarda mina təhlükəsinin hələ də qaldığı bildirilir və Ermənistanın təqdim etdiyi qeyri-dəqiq mina xəritələri nəticəsində mülki itkilərin davam etməsi məsələsinə toxunulur və Azərbaycanın beynəlxalq əməkdaşlıq çərçivəsində mina təmizlənməsi və humanitar təhlükəsizliyin təmininə yönəlmiş tədbirlər həyata keçirdiyi vurğulanır.

Qeyd olunur ki, Azərbaycan sülh və əməkdaşlıq siyasətinə sadiqdir. Prezident İlham Əliyev Ermənistanla suverenliyin qarşılıqlı tanınması və diplomatik münasibətlərin bərpası əsasında sülh sazişinin imzalanmasına hazır olduğunu bəyan edib.

İordaniya mediasında, həmçinin 2025-ci il avqustun 8-də ABŞ-da Azərbaycan və Ermənistan liderləri arasında sülh müqaviləsinin mətni üzrə razılığın əldə olunması faktına da yer verilib, bu razılaşmanın regionda davamlı sülhün və sabitliyin təmin edilməsi baxımından mühüm addım olduğu, Azərbaycan tərəfinin Cənubi Qafqazda əməkdaşlıq və iqtisadi inkişaf naminə Ermənistanla münasibətləri normallaşdırmağa və sülh sazişi imzalamağa hazır olduğu vurğulanıb.

Yazılarda, həmçinin qeyd olunur ki, İordaniya Kralı II Abdullahın Prezident İlham Əliyevə zəng edərək onu sülh razılaşması üzrə atılan mühüm addım münasibətilə təbrik edib. Yazılarda o da diqqətə çatdırılır ki, Azərbaycan xalqı bu Zəfər Günü ərəfəsində Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edir və onların qanı ilə yazılmış Qələbə tarixini qürurla xatırlayır.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri